Böyük qayalıq sittası

Böyük qayalıq sittası (lat. Sitta tephronota) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sittalar fəsiləsinin sitta cinsinə aid heyvan növü.

Böyük qayalıq sittası
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Parvdəstə:
Fəsiləüstü:
Fəsilə:
Cins:
Növ:
Böyük qayalıq sittası
Beynəlxalq elmi adı

Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]

Kiçik qayalıq sittasından daha böyük olub. Göz arxasındakı qara xətt daha nəzərəçarpan olmaqla gözün gerisində genişlənir və boyun yanlarına doğru uzanır. Qara sürmənin ("qaşın") kənarları ağdır. Qayaya qonmuş halda arxadan baxıldıqda, bu qara xətlər boyunun iki yanında birdən görünür. Ayaqları və quyruğu qısadır. Alını və təpə hissəsi daha tünd rəngli olub, bel tərəfi, boz, alt tərəfləri ağ, quyruğa doğru narıncı rəngli lələklər olur. Dişi və erkək bir birinə bənzəyir, yalnız quyruqaltı rəngində müəyyən fərqlilik müşahidə olunur. Monoqamdır, cütlərin yuvalama sahələri bir-birindən aralıdır. Yuvasını qayalarda qurur, ön tərəfini palçıqla suvayır. Yuvanın yerdən yüksəkliyi 1–30 m olur. Yuvanın ağırlığı 3–5 kq-dən 18 kq-ə qədər ola bilər. Yuva — tük, ot və palçıqdan hazırlanır, həm erkək, həm də dişi uzun müddət yuvanın hazırlanmasında iştirak edirlər. Dişi, aprel ayı ilə iyun ayının sonu arasında 5–7 yumurta qoyur. Kürtyatma müddəti 12–18 gündür. Yalnız dişi kürtə yatır və bu müddət yuvadab çıxmır, erkək onu yedizdirir. Lakin balaları birlikdə böyüdürlər. Balalar, 21–27 günə çatanda, yəni mayın ortası-iyunun sonunda uçmağa başlayırlar. Ancaq sentyabr ayına qədər yuvadan ayrılmırlar. Ömürləri 2–3.5 ildir (10 ilə qədər yaşayanı da qeydə alınmışdır). Elmi adındakı tephronotus, sözü böyük ehtimalla Yunanca tephra: kül [rəngi], notus kürək sözlərindən əmələ gəlmiş və kürəyi külrəngli mənasını verər.

Növ dünya üzrə böyük yayılma arealına malik olub Şərqı Türkiyədən]] Pakistan və Şimalı Hindistana qədər yayılmışdır, o cümlədən Mərkəzi AsiyanıCənubi Qafqazı əhatə edir. Azərbaycanda Kiçik Qafqaz dağlarında, Zəngilan, Qubadlı rayonlarında, Zuvand yaylalasında, Naxçıvan Muxtar Respublikasının bütün yüksək qayalıqlarında müşahidə olunur.

Adətən 1000 m-dən aşağı enmir. Bəzən 500–700 m əki qayalıqlı ərazilərdə də müşahidə olunurlar. 2000 m-ə qədər qayalıqlarda və dağların meşə olmayan yamaclarında yaşayırlar. Hərdən meşələrin kənarlarına və ağaclı sahələrə də girirlər. Böcək, toxum və güclü dimdikləri sayəsində qabıqlı giləmeyvə ilə qidalanırlar. Ağacların və budaqların sərt qabıqları altında gizlənmiş böcəkləri başı aşağı vəziyyətdə ovlayırlar. Çoxalma dövründə ərazilərini güclü qoruyurlar. Digər zamanlarda qrup halında müşahidə olunurlar. Qırğılar tərəfindən ovlanır və bəzi quşları tərəfindən yumurtaları zərər görürlər. Oturaq növdür.

Dünya üzrə böyük saya malikdir. Avropada ehtimal olunan sayı 22,000–91,000 cütdür. Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində qayalıq hissəsinin daha çox olduğunu nəzərə alaraq ərazisində 2–3 km2-də 2–4 cütün yayıldığı ehtimal olunur. Azərbaycanda sayı bizim tərəfdən 100–500 arasında qıymətləndirilir.

Azalma səbəbləri

[redaktə | mənbəni redaktə et]

Davamsız otarma və nəticədə qayalıqların deqradasiyası səbəb ola bilər.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yaşadığı bəzi ərazilərin milli park və yasaqlığın tərkibində olması eləcə də Naxçıvanın MR-in "Qırmızı kitabı"na daxil edilməsini faydalı hesab etmək olar. Avropa mühafizə statusuna, Bern konvensına daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yaşayış ərazilərində otarmanın, yol çəkiminin və texnikanın hərəkətinin məhdudlaşdırılması faydalı ola bilər

  1. Integrated Taxonomic Information System (ing.). 1999.
  2. Clements J. The Clements Checklist of birds of the world (ing.). Ithaca: Cornell University Press, 2007.
  3. "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-11.