Sittalar (lat. Sittidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Sittalar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: Parvdəstə: Fəsiləüstü: Fəsilə: Sittalar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Sittalar xırda quşlardır. Dimdiyi düz, itilənmişdir. Gödək ayaqlarında sərt əyilmiş iti caynaqları vardır. Lələklənməsi sıxdır. Quyruğu düz və qısadır. Bəzi növlər qayalara , başqaları isə ağac gövdələrində cəld dırmaşaraq çox vaxt başı aşağı gəzə bilir. Cücülərlə qidalanır. Azərbaycanda 4 növü 2 cins vardır. Bizdə 3 növü təmsil olunmuşdur.[3]
Adi Sitta – (lat. - S.europaea L. ) Azərbaycanda 2 yarımnövü vardır: Qafqaz yarımnövü Talışdan başqa hər yerdə, digəri isə Lənkəran ovalığında və Talış dağlarında geniş yayılmışdır. Başqa sittalarda qəhvəyi böyürləri ilə seçilir. Döşü və qarnı oxra rənglidir. Bədəninin üst tərəfi monoton göyümtül bozdur . Qanadları və quyruğu qonurumtul-qara , quyruğunun üstündə ağ xalları vardır. Boğazı ağdır. Tək-tək və ya cüt-cüt gəzir. Nəğməsi hündür fit şəklindədir. Arealı Avropa, Asiya, Şimal-Qərbi Afrikadır. Meşə, park və köhnə bağların olduğu yerlərdə yaşayır. Oturaq həyat tərzi keçirir, dağlardan aşağıya qış köçmələri edir. Ağac koğuşlarında yuvalayır. Aprel-iyunda 5-8 ağ, qırmızı-qonur çilli yumurta qoyur. Mövsüm ərzində 2 dəfə cücü çıxardır.[4]
Kiçik qayalıq Sittası – (lat. - S.neumayer Mich. ) Azərbaycanda Elbrus yarımnövü yaşayan politipik növdür. Qarnı və böyürləri açıq oxra-kürəndir. Həmişə daşların və qayaların üzərində tək və ya cütlərlə olur. Sərt qayalara yaxşı dırmaşır. Nəğməsi fitlər yığınından ibarətdir. Növün arealı Cənubi Avropa, Kiçik Qafqaz, Balkan yarımadası, Kiçik Asiya , Fələstin , Qərbi İrandı. Yayılması Böyük Qafqazda dağətəklərində, Kiçik Qafqazda isə Xəzər səviyyəsindən Alp qurşağınadək məhdudlaşmışdır. Yarğanlarda dağların çılpaq yamaclarında və daşlıqlarda məskunlaşır. Kiçik Qafqazın hündür dağlıqlarından və Naxçıvanda çoxsaylı qalan rayonlarda adidir. Apreldə 5-8 ağ qırmızı-qəhvəyi çilli yumurta qoyur. İyunda artıq uçan cavanlara rast gəlmək olur. Onlar yuvadan kənar valideynləri tərəfindən əlavə yemlənir .[5]
Böyük qayalıq Sittası – (lat. S.tephronota Sharpe ) Azərbaycanda Xəzər yarımnövü yaşayan politipik növdür. Əvvəlki növə çox bənzəyir, ancaq ondan iridir, dimdiyi kütləli və daha uzundur. Arealı Cənubi Zaqafqaziya, Ön və Orta Asiyadır. Seyrək hallarda bütün mövsümlərdə Naxçıvanda rast gəlinir. Biologiyası demək olar ki, kiçik qayalıq sittasında olduğu kimidir.[6]