Bülbülün ev muzeyi — tanınmış Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, ictimai xadim, professor Bülbülün Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. Muzey Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 43 ünvanında yerləşir.[2]
Bülbülün ev muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 1976 |
Açılış tarixi | 10 iyun 1982 |
Ölkə | |
Yerləşir | Bakı, Azərbaycan |
Ünvan | Xəqani küçəsi, 43 |
Direktor | Fərqanə Cabbarova[1] |
Telefon | (+994 12) 493-56-97 |
40°21′ şm. e. 49°50′ ş. u.HGYO | |
bulbulmuseum.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey 1976-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə Bülbülün Memorial muzeyi yaradıldı. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaratmışdır.[3]
1977-ci il, iyulun 1-də Bülbülün Memorial muzeyinin direktoru vəzifəsində onun xanımı Adelaida Məmmədova təyin olundu.
1982-ci il, iyun ayının 10-da Bakıda Bülbülün Memorial muzeyin təntənəli açılışı olmuşdur.
Muzey 4 ekspozisiya otağında yerləşdirilmişdir. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır.Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanmışdır. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişət əşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır. Filialları: Bülbülün Şuşada yerləşən ev muzeyi. Amma, 1992-ci ildən etibarən, Şuşanın işğalından sonra öz fəaliyyətini dayandırmışdir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |