Adelaida Məmmədova

Adelaida Məmmədova (22 avqust 1922, Tiflis – 25 aprel 2015, Bakı) — musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Bülbülünün həyat yoldaşı və Polad Bülbüloğlunun anası.

Adelaida Məmmədova
Adelaida İrza qızı Məmmədova
Digər adı Adelaida Qasımova
Doğum tarixi
Doğum yeri Tiflis, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri II Fəxri xiyaban
Həyat yoldaşı Murtuza Məmmədov (Bülbül)
Uşaqları

Çingiz Məmmədov,

Polad Bülbüloğlu
Atası İrza Qasımov
Fəaliyyəti musiqiçi, hüquqşünas
Mükafatları "Şöhrət" ordeni — 2007Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tiflis şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır.

1977-ci ildə Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir. Adelaida xanım 40 ildən artıq müddətdə, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğçısı olmuşdur. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Onun səyi ilə BakıŞuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi olmuşdu. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır.

O, Bülbülün həyat və yaradıcılığı haqqında kitab və məqalələrin müəllifidir. Adelaida xanımın əməyi yüksək qiymətləndirilmiş və o, Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeninə və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu"na layiq görülmüşdür.[1] Adelaida Məmmədova 25 aprel 2015-ci ildə ömrünün 93-cü ilində vəfat etmişdir. Yas mərasimi Təzəpir məscidində keçirilmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.[2]

Müəllifi olduğu kitablar

[redaktə | mənbəni redaktə et]
  • Бюлъ-Бюлъ -Баку, 1964
  • Bülbül -Bakı, 1967
  • Маэстро Бюлъ-Бюлъ; К 110-летию со дня рождения Бюлъ-Бюля.-Баку, 2007
  • Маэстро Бюлъ-Бюлъ -Баку, 2009
  • Бюлъ-Бюлъ вокалист мирового класса.-Баку, 2010
  • Bizim Bülbül -Dünyanın Bülbülü.-Bakı, 2011
  • Bülbül Bütün Zamanların Nəğməkarı.Бюлъ-Бюлъ Певец Всех Времен.-Баку, 2012
  1. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2003-cü il tarixli, 1154 nömrəli Sərəncamı Arxivləşdirilib 2017-12-19 at the Wayback Machine. e-qanun.az  (az.)
  2. "Adelaida Məmmədova vəfat edib". 2015-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.