Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vestminster sarayı (ing. Palace of Westminster) — İngiltərə Parlamentinin yerləşdiyi bina.
Vestminster sarayı | |
---|---|
ing. The Palace of Westminster | |
51°29′58″ şm. e. 0°07′27″ q. u.HGYO | |
Ölkə | İngiltərə |
Status | London |
Yerləşir | Vestminster borosu[1] |
Sifarişçi | II Elizabet |
Əsas tarixlər | 1840-1876 |
Tikilmə tarixi | 1016 |
Üslubu | İngilis qotikası və neoqotika |
Sahəsi |
|
Rəsmi sayt | parliament.uk/about/livi… |
Rəsmi adı: Vesminster sarayı | |
Tipi | Mədəniyyət |
Kriteriya | I, II, IV |
Təyin edilib | Vesminster sarayı, Vestminster monastrı və Müqəddəs Marqaret kilsəsi |
İstinad nöm. | [1] |
Dövlət | Birləşmiş Krallıq |
Region | Avropa |
Vikianbarda əlaqəli mediafayllar |
Bina 1834-cü ildə mövcud olan və müxtəlif xarakterli tikililəri özündə birləşdirən qədim saray yandıqdan sonra onun yerində 1840 – 1860-cı illərdə ucaldılmışdır. Lakin yandırılan binanın içərisindən yalnız xüsusi kapellaya malik olan Müqəddəs Stefan adlanan nümunə çıxarıla bilmişdir. Bu kapella qədim Vestminster holunun (ictimai binalarda istirahət və ya gözləmək üçün böyük otaq, salon, zal) ən gözəl memarlıq hissəsi hesab olunurdu. Həyat bu binaya qarşı çox yaxşı yanaşmışdır, çünki 1941-ci ildə alman ordusunun atdığı bombalardan tikili salamat qalmağı bacarmışdır. Həmin müddət ərzində tikili ilə qonşu olan ümumi palatalar üçün nəzərdə tutulmuş zal tamam dağılmışdır.
Müasir London üçün Vesminster holu orta əsr dövrünün ən gözəl memarlıq abidələrindən sayılır. 1097-ci ilin əvvəlindən başlayaraq, bura XIV əsrə kimi inşa edilməyə davam etmişdir. Henri Yevel Londonun istedadlı daş ustalarından sayılır və bu şəxs divarların əsasını qoymuşdur. Taxtadan hazırlanmış qapılar kral ailəsinin ən bacarıqlı dülgəri hesab olunan Xyu Erlanda tərəfindən düzəldilmişdir.
Vestminster – holun meydanı 1800 kv.metr sahəni əhatə edir. Onun uzunluğu 28 metr hesablanmışdır. Bu orta əsrlərə aid olan ən möhtəşəm zallardan birirdir, həmçinin Qərbi Avropa memarlığında da çox tanınıb. Dam örtüklərinə verilən dayaq üslubundakı sütunlar ağacdan hazırlanmışdır. Zalın 21 metr enliliyi palıddan düzəldilmiş çatı tirləri ilə hazırlanıb, bu çətin sistem özündə divara bərkidilmiş taxtadan altlığı da birləşdirir. Bu örtüklərin deyilməsi və başa salınması olduqca çətindir. Adətən bunları qədim freqatların (1. üçdorlu hərb gəmisi; 2. keşikçi vəzifəsi görən hərb gəmisi) şpanqoutu (1. gəmi və ya dirijablın gövdəsinin əsasını təşkil edən göndələn tir; 2. təyyarənin füzelyajı) ilə müqayisə edirlər. Bütünlükdə bu hissələrə diqqət yetirərkən konstruksiyanın necə çətin hazırlandığını başa düşmək mümkündür. Tikintinin çox hissəsində platindən istifadə edilmişdir və onların əldə etdikləri heyranedici rəssamlıq effektləri də olduqca füsünkardır. Lazım olan yerlərdə ağac örtüklərindən olan sistemlərə adətən İngiltərənin yaşayış evlərində və çox tanınmayan kilsələrində rast gəlmək mümkündür. Bu, İngiltərənin orta əsr memarlığının əldə olunmuş uğuru sayılırdı və Avropada bundan sonrakı müddət ərzində özünün ən çox yayılmış formasını qazana bilmədi. Həmçinin rəssamlıq üslubuna görə də heç bir ölkədə bu səviyyəyə qalxa bilmədi.
Vestminster – holda insanı kompozisiyanın birləşməsi, uyğunluğun əvəzolunmazlığı və oyma rəsmlərin xətti valeh edir. Əsrlər boyunca ağac örtüklər qaralmışdır və hazırda onlar sirli qaranlığa bənzədilir. Zalın içərisi gümüş işıqlandırmaya malikdir, həmçinin içərisində rəngli vitrajlar qotik üslubunda olan pəncərələrin üzərinə düşür. İngilislərin söylədiklərinə əsasən demək olar ki, ilin hansı fəslində olmasından asılı olmayaraq divardan içəri sərin hava daxil olur. Hər şey zalın qədimliyindən xəbər verir və burada baş vermiş hadisələri daha yaxşı əks etdirməyə kömək göstərir. Bəzən burada parlament yığışırdı. Lakin XIII əsrin sonlarından etibarən ümumi palata adəti üzrə Vestminster abbatlığında müzakirələr aparmağa başladılar. 500 il müddətində, XIV ərdən XIX əsrə kimi Vestminster – holu iki əsas hissəyə ayrılmışdır; bunlardan biri tacqoyma mərasimləri, banketləri üçün yer hesab olunurdu. Burada İngiltərənin Yuxarı palatası yığışırdı. Burada göstərdiyimiz əsrlərin ən mühüm həyatı prosesləri keçirilmişdir. Vestminster – holda Tomas Mor, I Karl, Hayu Foks və digər şəxslərin ölümünə əmr verilmişdir. Həmçinin qaldırılmış "barıt müqaviləsi", XVIII əsr lordları Kilmanrok, Balmerino və Lovatu adlı şotland qiyamçıları da burada müzakirə obyektinə çevrilmişdir. Elə buradaca 1653-cü ildə Oliver Kromvel İngiltərə respublikasının lord- prorektoru elan edildi, səkkiz ildən sonra monarxiyanın yenidən bərpa edilməsi nəticəsində Kromveli qəbirdən çıxartdılar və onun başını elə həmin Vestminster – xolun yuxarı – tavan hissəsinə taxdılar. 1975-ci ildə bu zalda utanc verici yeddi illik proses davam etmişdir, Uorren Hactinqsom tərəfindən olan bu iş Hindistana qarşı edilən cinayətlə əlaqədar olaraq Hindistanın general qubernatoru məhkəməyə dəvət edilmişdir. XIX əsrdə Vestminster – holl artıq London həyatının xoşagəlməz münasibələrinin mərkəzi hesab olunmurdu. Siti şəhərində Məhkəmə binası tikilmişdi və 1832-ci ildə sonuncu tacqoyma mərasimi bu zalda qeyd edildi, bundan çox əvvəl isə təqribən XVII əsrin sonlarında kitab tacirləri və qayıq sürənlər zalın divarlarında lazımsız səs – küy saldıqlarına görə buradan qovulmuşdular. Vestminster – holl XIX əsrdə tikilən Müqəddəs Stefanın portalı olan parlament binasına birləşdirilmişdi.
1965-ci ildə İngiltərə təntənəli surətdə Böyük xartiyanı (1. filol. papirus və ya perqamentdə qədim əlyazısı; 2. bu yazının yazıldığı material; 3. ictimai-siyasi cəhətdən əhəmiyyəti olan bəzi sənədlərin adı) keçirdi və bu adətən latın qrafikasında Maqna kartı kimi adlandırılır və İngiltərə parlamentinin 700 illik yubileyi qeyd edilmişdir. Yalnız öz qədim baş vermiş hadisələrinə və bütün ölkələrdə çoxcəhətli tanınmasına baxmayaraq ümumi palata özünəməxsus yerləşmə yeri tapa bilməmişdir. İclasların qədim Vestminster – holda yaxud monax idarəedicilər olan Vestminster abbatlığında keçirmək məcburiyyətində qalırdılar. Lakin 1547-ci ildə parlament həmişəlik iqamətgah əldə etdi və həmin yer qədim Vestminster sarayının Müqəddəs Stefan kapellası hesab olundu. XIII – XIV əsr nümunəsi olan kapellanı parlamet iclası kimi düzəltmək üçün tamam başdan stul və qalareya ilə yığmağa məcbur oldular. Nəticədə zalın memarlığı müəyyən qədər pozuldu. Həmçinin kapellaya giriş Vestminster – holdan edilməyə başlanıldı və burada İngiltərənin yuxarı məhkəməsi yerləşirdi. Bütün bu narahatlığa baxmayaraq ümumi palata 1834-cü ildə baş verən yanğın hadisəsinə qədər Müqəddən Stefan kapellasında yerləşməyə davam etdilər. Yanğından sonra palatanın yenidən həmişəlik nəzərdə tutulan iclas zalı olmadı.
1835-ci ilin yayında xüsusi komissiya özünün məsləhətlərini bildirdi və köhnə yerdə yeni sarayın yaradılmasını irəli sürdü. İrəli sürülən fikirə əsasən tikinti məhz həmin yerdə və eyni üsluba uyğun hazılanmalı idi. Yəni Temza çayının kənarında parlament binası olmalı idi, çünki insanların narahatlığı olarsa iqamətgahı inqilabçı dəstə dairəyə ala bilməyəcəkdi. Sarayın tikilməsində qotik üslubundan yaxud da Elizavet stilindən istifadə edilməsi irəli sürüldü. Elizavet forması İngiltərə memarlığında özünü daha çox XVI əsr nümunələrində göstərir.
Müsabiqə üçün nəzərdə tutulmuş 97 layihə içərisində qotik üslubunda təqdim olunan layihələrin sayı 91 idi. Bu zaman daha çox üstünlüyü Çarlz Berrinin layihəsinə verdilər və gənc memar bu tikilinin ətrafında özünü sübut etməyə çalışmışdı. 1837-ci ildə terrasın yaradılmasına başladılar və bu qoruyucu terras Temza çayının sahilinə xətt çəkir, həmçinin üç il sonra Berrinin xanımı yeni sarayın uzaldılması üçün ilk daşı yerləşdirdi. Parlament binası memar Berrinin əhəmiyyətli işlərindən biri oldu. Düzdü, o, tamamilə zidd fikirlərə və tənqidlər məruz qalsa da, şəhərin ən tanınmış şəxslərindən birinə çevrilə bildi. Əgər onun əl işlərinə diqqət yetirsək fasadlarda klassik ciddiliyi və genişliyi görmək mümkündür. Həmçinin ümumi görünüşü tam formada ifadə edir. Qüdrətli, kvadrat planda, Viktoriya qalası və nəhəng saat qalası, sarayın şimal və cənub hissələrinin asimmetriyası, bura təkaraolunmaz görünüş verir. Çox da böyük olmayan qala şpili (1. binanın təpəsində uzun mil; 2. uzun mıx), mərkəzi zalda yerləşən oturma hissəsi, bu tikilini yalnız bəzəmir, öz hündürlüyü ilə önun fasadına böyük qüvvə verir.
Viktoriya qalası 104 metr hündürlüyə kimi qalxmışdır və parlamentdə kraliça girişi kimi qeydiyyatdadır. Sessiya zamanı burada Britaniya dövlətinə məxsus olan bayraq qaldırılır. Parlament sessiyası zamanı qaranlığın düşməsi ilə əlaqədar qalada projektor yandırılır.
Britaniya imperiyasının öz parlament binası həmin dövrlə müqayisədə ölçüsü və təntənəli forması ilə seçilirdi. Soraq kitabçalarındakı rəqəmlər; 3,2 hektar meydan, 3 km korridor, 1 100 otaq, 100 pillə və s. Əlbəttə quru yazılmış rəqəmlər rəssamlıq üsullarını gizlədə bilməz. Bunların hamısı rəssamlıq üslubunun necə çətin olması və planlaşdırılmasından xəbər verir. Həmin yerlərdə parlament strukturu, ənənəsi, ingilis parlamentinin həyatı və iclasları haqqında dəyişikliklər vardır. Ümumi palatanın əsas zalının yanında və lordlar palatasında yerləşməyə baxmaq vacib rol oynayırdı. Gündəlik parad mərasimlərinin sayılması üçün krallığın parlament açılışında iştirak etməsi mühümdür. Burada o, tacqoyma mühazirəsi deməli idi. Səsvermə üçün xüsusi yer lazım gəlirdi, kilometrlik korridorlar, hansı ki, mərkəzlə kitabxananı birləşdirirdi, yeməkxana, müxtəlif yerləşmələr var idi. Berri bu çətin başa gələn sayı çox yaxşı formada yerləşdirməyi bacardı, otaq, dəhliz, qapının istiqaməti bacarıqla başa çatdı.
Binanın şimal hissəsi, payız qalası Viktoriya, lordlar palatası və yerləşmənin əsasını təşkil edir. Bunlarla parlament mərasimi birləşik idi. Bunlara təsir edir; dəbdəbəli Krallıq qalareyası, parad prosesinin yoxlanması, otaqlar, hansı ki, kraliçanın parlamentə təntənəli girişini təmin edir, lobbi – ingilis dilindən tərcümədə gözləmə zalı, faktik cəhətdən kuluar (parlamentdə və s.-də nümayəndələrin istirahəti, bir-birilə görüşməsi, fikir mübadiləsi və s. üçün atlas zalı xaricində olan otaqlar), müvəqqəti qərarların verilməsi üçün otaqlar və s. Bütün bunlar deputatların maraqlarını və onların təzyiqlərini ən yaxşı formada əks etdirir.
Sarayın cənub yarım hissəsində Biq – Benin yanında ümumi palata zalı yerləşir. Burada ümumu palata üçün nəzərdə tutulmuş lobbi, səsvermə yeri, spiker iqamətgahı var. Dəhlizlər Vestminster sarayının əsas hissələri olan Mərkəzi zalla, orta bina sayılan yeri və döngəni biləşdirir. Həmçinin parlament üzvlərinin "xarici dünya" ilə əlaqə yaratmasına kömək edir. Bu zalda həmişə canlılıq hiss olunur. Deputatlar üz seçicilərindən ərizə qəbul edir. Jurnalistlər parlamentin yeni xəbərlərini öyrəndikdə tezliklə çoxsaylı nömrələri olan telefonlarla şəxsi agentlərinə çatdırırlar. Burada çoxlu əhali, turist olur.
Buradan dəhliz Müqəddəs Stefana daxil olur və binanın burası yanğın nəticəsində yanan kapellanın yerində ucaldılmışdır. Ucaldılmış zalın sonunda Vestminster — hola aid olan çox gözəl interyer görünür.
Müasirlərindən öz parlament tikintisindəki uğuruna görə seçilən Berri çox işlərdə köməkçisi Oqastes Pyudjinə minnətdardır. Qotika formasında olan memarlıq nümunəsi orta əsr incəsəntinin aşiqi hesab olunurdu. Həmçinin Pyudjin gözəl rəssam da sayılırdı. Son illərin tədiqatları göstərir ki, Vestminster sarayında olan memarlıq rəsmlərinin hamısı onun əl qabiliyyətinin bəhrəsidir. Pyudjenin yaratmaq qabiliyyəti nəticəsində fasadlar və Berri qalası mürəkkbəb naxışlarla bəzədildi. Pyudjinaya ilham verən sürət VII Henrik kapellası sayılırdı. Həmin yer son orta əsrlərdə tikildi və perpendikulyar üslubda idi. Ucaldılmış saraya çox yaxın yerdədir. Ümumiyyətlə isə Pyudjin parlament binasının interyeri üçün çox işləmişdir. Lakin burada da sülh hissi onu işləri görməyə tam qoymurdu. Heç yanda tavan və divar üçün sakit üslub tapa bilməyən rəssam çətinə düşmüşdü. Hər yerdə — ağacdan hazırlanmış panellər, bəzəkli tavanlar, divar oyuqları, cəlbedici mozaykalar, freskaların nəhəng ölçüləri, rəngli divar kağızları var idi. Çox yerləşmə hissələrinin döşəməsi sarı, mavi, qəhvəyi rəngdə hazırlanmışdı. Ornamantlər, detallar, rənglənmə üçün boyaların seçilməsi 1840-cı ildə yaşan bütün insanları dəhşətə gətirmişdi. Bu müasir gözləri təəccübləndirir və bəzən yaradılan bu füsünkarlığı yetəri qədər izah etməyə belə söz çatmır. Daha çox maraqlara isə lordlar palatasına aid olan interyer sahib oldu. Dekorativ yerlər, sarayın xarici görkəmində yer alan gözəlliklər, burada özünün kuliminasiya nöqtəsinə çatır. Tavan hissəsində heraldika quşları, heyvanları gülləri yer alır. Divvarlar ağacdan hazırlanmış panellərlə əhatə olunub və bunların üzərində də altı freska yaradılmışdır. 18 barona aid edilən bürünc heykəllər, həmçinin kral Böyük İonnaya da bunlardan biri məxsusdur. Bu heykəllərin bəziləri pəncərələr arasında yerləşir, kral tacqoyma mərasimlərini özündə əks etdirən bəzəkli tavanlar, skamyalar arasında tünd qırmızı rəngə boyanmış dəridən olan lord – kanslerin divanı da burada yer alır.
Bu divan qədim ənənələrdən xəbər verir; əvvəllər lord – kansler parlamentdə yun döşəkçədə oturardı, daha çox bitaniyalı tacirlərin simvoluna bənzədilirdi. Yundan ibarət olan bu kisə parçası muzeylərin əsas eksponatına çevrilmişdir, lakin ənənə hələ də davam edir; lorlar palatasının sədri qara rənglə bəzədilmiş qızıl mantiyada özünün ağ pariki ilə parlamenti açarkən yun divanda əyləşir. Həmçinin ənənəyə əsasən şimal hissənin sonunda lordlar palatasına aid olan iclas zalı bürüncü döyülmüş səddlə ayrılır, həmin yer ümumi palatanın üzvlərinə aid olduqlarını bildirir və spikeri daha böyük göstərir. Onlar parlamentin açılışı zamanı yer alırlar. Vestminster sarayının bir hissəsi hansı ki, ümumi palata yerləşir II dünya müharibəsi olarkən dağıdılmışdır. Yenidənqurma zamanı qotik üslubunda olan memarlıq üslubunu saxlamışlar. Lakin daşlar və ağaclarda olan detallar tam göstərilə bilinməmişdir, həmçinin bir çox predmetlər, kompleksə aid edilən yerləşmə üçün nəzərdə tutulan tək formalı üslubun təkrarı mümkün olmamışdır. Edilən müasir bərpa işləri rəssamlıq nümunələrinin daha da məhvinə gətirib çıxartmışdır. Lakin özünün ilk formasında da ictima palatalar zalı lordlar palatası ilə müqayisədə daha ciddi və işgüzarlıq xarakteri daşıyırdı. Onun divarları qara palıd panelləri ilə örtülmüşdü, skamyaları isə sarı rəngli dəri ilə hazırlanmışdı. Bu forma bizim müasir dövrümüzə qədər qorunmuşdur.
Vestminster sarayını tikən memar parlament prosedurasında baş verən hadisələrin hamısını dəqiqliklə bilməli idi. Binanın öz memarlıq planı bir çox ənənəvi rituallara xidmət etməli idi. Məlumdur ki, ingilislər öz adətlərinə olduqca qısqanc yanaşır. Demək olar ki, bu ölkədə özünəməxsus mədəniyyət nümunələri vardır. Bunlardan bəziləri ingilislərin həyatının əsas hissəsinə çevrilmişdir. Bir çox ingilisləri çox ciddi, digərləri isə gülməli hesab edir. Onların özlərinə xas bir çox tarixi adətləri vardır. Onlardan bəziləri özləri üçün yaşayır, digərləri isə mədəniyyət üçün yaşamağa daha çoc üstünlük verirlər. İngilislərin adətləri haqqında bir kitab belə yazmaq olar. Bunların içərisində parlamentə aid olanlar da vardır. 1605-ci ildə Hay Foks "barıt müqaviləsi" hazırladıqdan sonra parlament binasını partlatmağa çalışdı. Həmin gündən etibarən hər il 5 noyabr qorxu günü sayılır, əhali qəribə paltarlar geyinir, paltarların üzərində fanarlar olur. Sarayın zirzəmisində və çox gedilməyən yerlərində axtarışlar edilir. Lakin əvvəlcədən məlumdur ki, həmin hissələrdə heç nə tapılmayacaq. Bundan əlavə axtarışlar yeni saray binasında aparılır, hansı ki, bu hadisədən 250 il keçdikdən sonra tikilmişdir.
Əgər ictimai palatanın iclası gecə yarıya qədər davam edirsə indiki zamanda belə sarayda belə səslər ucalır; "Kim evə gedir?". Keçmiş zamanlarda Londonun küçələri qaranlıq və təhlükəli idi və parlament üzvləri böyük kompaniya formasında evə qayıtmağa üstünlük verirdilər. Vestminster sarayının ətrafı daha gur yanan elektrik işıqları ilə təchiz edilmişdir və parlamentin üzvləri özləri üçün daha rahat olan avtomobilləri gözləyirlər. Lakin "Kim evə gedir?" sözləri neçə əsrlər bundan əvvəl olduğu kimi indi də səslənir. Bu formada olan adətlər Vestminsterdə çoxsaylıdır. Bunlardan ən çətini və hər il olanı isə dəbdəbəli və təntənəli parlament sessiyasının kralın iştirakı ilə açıq elan etməkdir. Burada hər iki palatanın üzvləri və deputatları iştirak edir.