Bürünc çaydan (ing. The Brass Teapot) — rejissor Ramah Moslinin çəkdiyi ABŞ filmidir. Filmin ssenarisi Tim Meysi tərəfindən yazılmış və bu film Moslinin 2007-ci ildə çəkdiyi eyniadlı qısametrajlı triller filmi əsasında hazırlanmışdır.[6] Filmin premyerası 8 sentyabr 2012-ci ildə Toronto Beynəlxalq Film Festivalında baş tutmuşdur. Filmin təqdimatı 2013-cü il aprel ayının 5-də,[7] Rusiyada isə həmin ilin 4 aprelində[8][9] baş tutmuşdur.
Bürünc çaydan | |
---|---|
ing. The Brass Teapot | |
Janr | komediya-dram, fentezi filmi[d], komediya filmi |
Rejissor | Ramah Mosli |
Prodüser |
|
Ssenari müəllifi |
|
Baş rollarda | |
Operator | Peter Simoniçki |
Bəstəkar | Endru Hyuit |
Distribütor | Magnolia Pictures[d] |
İlk baxış tarixi | 2012, 22 may 2014[5] |
Müddət | 101 dəq. |
Büdcə | 900 000 $ |
Gəlir | 413 733 $[1] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Buxarest |
IMDb | ID1935902 |
Filmin hekayəsi Üzüklərin hökmdarı əsərinin süjet xəttinin müasir formada yenidən təsviridir.
Aktyor | Rol |
---|---|
Cuno Templ | Elis |
Maykl Anqarano | Con |
Billi Maqnussen | Erni |
Aleksis Bledel | Leyton |
Aliyə Şövkət | Luiza |
Bobbi Moynahan | Çak |
Ben Rappaport | Piki |
Stiv Park | həkim Ki Linq |
Lusi Uolters | Meri |
Cek Makbrayner | Co |
Debra Monk | Trudi |
Mett Uolş | antik mallar satıcısı |