Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Üzüklərin hökmdarı (ing. The Lord of the Rings) — ingilis yazıçısı Con Ronald Ruel Tolkienin məşhur epik fentezi romanı. Əsər, əsasən, 1937-1949-cu illərdə, İkinci Dünya müharibəsi dövründə yazılmışdır. Əvvəlcə bir cildlik əsər olmalı idisə, sonradan üç hissəyə bölünərək dərc olunmuşdur: "Üzük qardaşlığı", "İki qala" və "Kralın qayıdışı". Romanın məşhurluğu incəsənəti və çoxlu pərəstişkarlar cəmiyyətlərinin yaranmasına ilham olmuş, dünya mədəniyyətində dərin iz buraxmışdır.
Üzüklərin Hökmdarı | |
---|---|
ing. The Lord of the Rings | |
| |
Müəllif | Con Tolkin |
Janrlar |
Epik Fentezi Macəra |
Mövzu | Tolkin legendariumu |
Orijinalın dili | ingilis dili |
Ölkələr | Birləşmiş Krallıq |
Orijinalın nəşr ili |
29 iyul 1954 (Üzük qardaşlığı) 11 noyabr 1954 (İki qala) 20 October 1955 (Kralın qayıdışı) |
Nəşriyyat |
Allen & Unwin |
Əvvəlki | Hobbit |
Sonrakı | Silmarillion |
Vikianbarda əlaqəli mediafayllar |
"Üzüklərin hökmdarı" XX əsrin ən məşhur və tanınmış əsərlərindən hesab olunur. O, ən azı dünyanın 38 müxtəlif dilinə tərcümə edilib. Bu kitab fantaziya janrı ədəbiyyatına, stolüstü və kompüter oyunlarına, bütövlükdə dünya mədəniyyətinə böyük təsir göstərmişdir. İlk olaraq, Tolkien "Hobbit"-in davamını yazmağı planlaşdırmırdı ("Üzüklərin hökmdarı" romanı faktiki olaraq həmin əsərin davamıdır). Bununla belə, 1937-ci ildə, müəllifin "Hobbit" əsərini çap etdirdiyi nəşriyyat evinin sahibi Stenli Anvinom ilə nahar vaxtı ona baxılmaq üçün digər əsərləri də təqdim etməsi təklif edildi. "Silmarillion" haqqında fikirlər müsbət olsa da, nəşriyyat onu çap etməkdən boyun qaçırır. Fikirlərin müsbət olmasından ruhlanan Tolkien bir ay sonra nəşriyyatçıya yazdığı məktubda artıq yeni kitabının ilk fəsli barədə məlumat verir. Tolkienin məqsədi ingilis eposu yaratmaq idi. Oksford universitetinin filoloqu olmaqla yanaşı, o, orta əsrlər Şimali Avropasının "Herver haqqında saqa", "Volsunqlar haqqında saqa" kimi miflərilə, eyni zamanda, digər qədim ingilis, şotland və orta əsr ingilisdilli mətnlərlə yaxında tanış idi. Tolkieni bu əsəri yazmağa digər mənbələr də, məsələn, Kral Artur haqqında olan əfsanələr də ilhamlandırmışdır. O hesab edirdi ki, anqlosakslarda Kral Artur kimi genişmiqyaslı bir epos yoxdur. Tolkien Oksford universitetində olan ədəbi-müzakirələr qrupunun üzvlərinin biri, Klayv Lusinin, əgər ingilis eposu yoxdursa, deməli olnu özümüz yaratmalıyıq, fikrilə razılaşır. Bu müzakirələrlə paralel olaraq, 1937-ci ilin dekabr ayından etibarən Tolkien "yeni Hobbit" üzərində işləməyə başlayır. Bir neçə uğursuz cəhdlərdən sonra, hekayənin yazılmasında dönüş baş verir, belə ki, yazı adi "Hobbit"-in davamından daha çox nəşr olunmamış "Silmarillion"-un davamına çevrilir. İlk fəslin fikirləri dərhal hazır şəkildə meydana gəldi, lakin, Bilbonun yox olması səbəbləri, "Tək Üzüyün" vacibliyi haqqında ideyalar və romanın adı yalnız 1938-ci ilin baharına yaxın aydınlaşmağa başlayır. Əvvəlcə, Bilbo haqqında növbəti bir nağıl yazmağı düşünür, hansındakı, baş qəhrəman bütün xəzinəsinin xərcləyib qurtardıqdan sonra yeni macəralara doğru yola düşür. Lakin, üzük və onun gücünü nəzərə alaraq, müəllif, bunun əvəzində, elə üzük haqqında yazmaq qərarına gəlir. İlkin olaraq, əsərin baş qəhrəmanı elə Bilbo nəzərdə tutulmuşdu, bununla belə, müəllif hesab edir ki, hekayə belə şən və gülməli bir personaj üçün kifayət qədər ciddidir. Tolkien, səyahətə Bilbonun oğlunu göndərmək kimi variantlara da müraciət edir, lakin sual yaranır: bəs, onun arvadı hanı? Bilbo, belə təhlükəli səyahətə oğlunu necə göndərə bilərdi? Nəticə olaraq, Tolkien qədim yunan əfsanələrinin ənənələrini davam etmək qərarına gəlir. Belə ki, sehrli gücləri olan artefaktı baş qəhrəmanın bacısı və ya qardaşı oğlu alır. Beləcə hobbit Frodo meydana çıxdı.
Əsərin yazılması Tolkienin perfeksionizmi ucbatından çox asta gedirdi. Onun bədii işi tez-tez akademik vəzifələri ucbatından yarıda qalırdı, xüsusilə, o, tələbələrindən də imtahan götürməli idi. Hətta onun "Hobbit" əsərinin ilk cümləsi - "Biri var idi, biri yox idi, yerdəki oyuğunda balaca bir hobbit var idi" - tələbələrinin biri tərəfindən təmiza imtahan vərəqinin üzərində yazılmışdı. 1943-cü ilin böyük bir hissəsini Tolkien demək olar ki, əsər üzərində heç işləmədən keçirdi, ancaq, növbəti ildən etibarən işini davam etdirməyə başladı. Romandan olan hissələri və fəsilləri o, Afrikada ingilis hərbi-hava qüvvələrində xidmət edən oğlu Kristoferə və Klayv Lusiyə göndərirdi. 1948-də hekayə tamamlanmışdı, lakin 1949-cu ilə qədər "Üzüklərin hökmdarının" əvvəlki hissələri üzərində düzəlişlər həyata keçirildi.
1960-cı illərin əvvəlində, Ace books nəşriyyat evinin fantastika şöbəsinin redaktoru Donald Volxeym aşkar edir ki, əsər ABŞ-də müəllif hüquqları ilə qorunmur. Beləliklə, əsər Amerikada da çap olunaraq satışa çıxarılır. Lakin bu zaman müəllifdən heç bir icazə alınmır və ona bu və ya digər şəkildə hər hansı bir qonorarın da verilməsi nəzərdə tutulmur. Bu hadisə, Tolkien oxucularını hiddətləndirir və şikayətlərdən sonra nəşriyyat evi kitabları satışdan yığışdırmağa məcbur olur, eyni zamanda müəllifə də müəyyən məbləğ təklif edir. Təbii ki, bu məbləğ istənilən nominal məbləğdən çox-çox aşağı idi.
Bundan sonra Tolkienin öz icazəsilə digər bir nəşriyyat evi kitabı hazırlayaraq satışa buraxır. Heç kimin gözləməsinə baxmayaraq, satışdan böyük kommersiya uğuru əldə edirlər. Buna səbəblərdən biri də nəşrin formatını göstərirlər. Belə ki, kitab yumşaq üzlükdə idi və qiyməti də kifayət qədər ucuz idi. Bunun sayəsində kitab gənclər auditoriyasına çıxış qazana bilir. Digər səbəbləri də qeyd etmək lazımdır. 60-cı illərin azadlıq və sülh, xippi ideyalarilə böyüyən gəncləri Tolkien simasında özlərinə həmfikir tapırlar. Nəticə olaraq, ilin sonlarına yaxın kitab əsl partlayış yaradır. Bununla belə, müəllif öz yaratmış olduğu "kult" ilə çox da məmnun olmadığını deyir. Eyni zamanda etiraf edir ki, bu onu yeni əsərlərə həvəsləndirir. O hətta öz nömrəsini belə dəyişməli olmuşdu. Çünki, fanatları onu öz zəngləri ilə bezdirmişdi.
Tolkien özü filoloq olduğundan tərcümələrin keyfiyyətini də elə özü yoxlayırdı. Əsər rus dilinə ilk dəfə 1976-cı ildə tərcümə olunub. Hal-hazırda rus dilinə əsərin 7 müxtəlif tərcüməsi olunmuşdur. Bu dillərdən biri də Azərbaycan dili olmuşdur. Onlardan ən yaxşısı Muravyovun tərcüməsi hesab olunur. Kritiklər qeyd edir ki, Muravyovun dili axıcı və obrazlıdır, baxmayaraq ki, öz vulqarlığı ilə seçilir.
Roman müharibədən sonrakı kağız qıtlığına görə nəşr üçün üç hissəyə parçalandırmışdır. Əvvəlki adını "Üzük uğrunda müharibə" nəşriyyatçılar rədd etdilər. Cildlər 1954-cü il iyulun 21-də, noyabrın 11-də və 1955-ci il oktyabrın 20-də çap edilmişdir. Mövzusunun şəraitləri hadisələr gedən kimi izah edilirlər. "Üzüklərin hökmdarın" fantastik kainatda (Orta dünya) insanlar, hobbitlər, elflər, cırtdanlar və orklar yaşayırlar. Roman elflər vasitasilə düzəldirilmiş Hakimiyyət üzüklərini fokusa yığır. Elflər və zülmət ağası Sauron arasında baş vermiş müharibədən sonra insanlar doqquz, elflər üç, cırtdanlar isə yeddi Hakimiyyət üzüyü aldılar. Sonuncu üzüyü isə Sauron bütün bu tayfalara başçılıq etmək üçün özünə düzəltdi.