"Bütün gözlər Rəfahda" (ing. "All Eyes on Rafah") — Qəzzədə müharibə və Rəfah əməliyyatı zamanı yayılmış Fələstin tərəfdarı olan siyasi şüar. Bu, daha çox sosial mediada istifadə olunur.[1][2][3]
İfadə Ümumdünya Səhiyyə Təşkilatının Qəzzə və İordan çayının qərb sahili üzrə nümayəndəsi Riçard Piperkornun[4][5][6] 2024-cü ilin fevralında BMT-də jurnalistlərə verdiyi şərhdən irəli gəlir. Piperkornun yayımından bu çıxarış may ayının əvvəlində Rəfah əməliyyatı başlayanda paylaşılmağa başlanılmış və şüarın süni intellektlə yaradılan şəkli həmin ayın sonunda "İnstaqram" yayılmışdır.[7]
"TikTok"da milyonlarla dəfə baxılan videolarda #alleyesonrafah həştəqi yer almışdır[8] və şüar beynəlxalq səviyyədə etirazlarda istifadə olunmuşdur.[7]