Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Fələstin (ərəb. دولة فلسطين) — Yaxın Şərqdə yerləşən de-yure suveren dövlət. 15 noyabr 1988-ci ildə qurulmuş Fələstin dövləti rəsmi olaraq Fələstin Azadlıq Təşkilatı (FAT) tərəfindən idarə olunur və Şərqi Qüds də daxil olmaqla 1967-ci il müharibəsindən bəri İsrailin hakimiyyəti altında olan İordan çayının qərb sahilinin və Qəzza zolağının öz ərazisi olduğunu iddia edir.[5][6] Dövlət BMT-nin 141 üzvü tərəfindən tanınır və 2012-ci ildən BMT-də qeyri-üzv müşahidəçi statusuna malikdir.
Qismən tanınan dövlət | |||||
Fələstin | |||||
---|---|---|---|---|---|
دولة فلسطين | |||||
| |||||
Himn: Biladi |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Qüds (məhdud tanınma), Ramallah | ||||
İdarəetmə forması | Unitar, yarı prezident respublikası | ||||
Prezident | Mahmud Abbas | ||||
Baş Nazir | Mohammad Mustafa | ||||
Sahəsi | |||||
• Ümumi | 6 020[1] km² | ||||
• Su sahəsi (%) | 3,5[2] | ||||
Əhalisi | |||||
• Əhali | 5 483 450[3] nəfər (121-ci) | ||||
• Sıxlıq | 731 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ 36 391 milyard[4] dollar (138-ci) | ||||
• Adambaşına | ▲ 6 642[4] dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2021) | ▲ 18 109 milyard[4] dollar (121-ci) | ||||
• Adambaşına | ▲ 3 464[4] dollar (140-cı) | ||||
Demonim | Fələstinlilər | ||||
Valyuta | Yeni İsrail şekeli | ||||
İnternet domeni | .ps | ||||
ISO kodu | PS | ||||
BOK kodu | PLE | ||||
Telefon kodu | +970 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
"Fələstin" və ya Aralıq dənizinin cənub-şərqi üçün səciyyəvi olan digər əlaqəli terminlərin ümumi istifadəsi tarixən Qədim Yunanıstanın mövcudluğu dövrünə qədər gedib çıxır. Belə ki, Herodot eramızdan əvvəl 5-ci əsrdə özünün "Tarix" adlı əsərində əraziyə finikiyalıların digər dəniz xalqları ilə qarşılıqlı əlaqədə olduğu "Fələstin adlı Suriya bölgəsi" kimi istinad edərək bu haqda yazan ilk tarixçi olmuşur.[7][8] Başqa izahlar da mövcud olsa da, "Fələstin" termininin (latın dilində, Palæstina ) Qədim Yunanlar tərəfindən filistinlilərin işğal etdiyi torpaq sahəsi üçün istifadə edilmiş bir termin olduğu güman edilir.[9]
Məqalənin bu bölməsinin neytrallığı şübhə doğurur. Tərəf tutmaq və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir. Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
İnsan varlığı izləri Təbəriyyə gölünün cənub regionunda tapılmışdır, bu təxminən miladdan öncə 600 min ilə gedib çıxır. Yeni daş dövründə (m. ə. 10000 – m.ə. 5000) sabit kənd təsərrüfatı icmaları yaradılmışdır. Eneolitdən (m. ə. 5000 – m.ə. 3000) Əriha divarında , Yeddi quyuda , Ölü dənizdə mis və daş alətlər tapılmışdır.[10] Kənanilər Ərəb Yarımadasından Fələstinə m.ə. 3300 — m.ə. 2700 illərdə gəlmişlər. Bunun ardınca bura Kənani torpağı kimi tanınmışdır. Təxminən m. ə. 1250-ci ildə dəniz insanları (fələstinlilər) öz mülklərini saldıqları sahil boyunca məskunlaşdılar. Daxili yüksəklik regionlarında yayılmış kənani məmlukları ilə evlənərək ticari əlaqələr qurdular. Bu dövrdən təxminən az sonra əl-Abiro (Bəni İsrail) fələstinlilər və kənanilərlə müharibələrdən sonra miladdan əvvəl 1000-ci ilə qədər Ərihadan başlayaraq Kənani ölkəsinin hissələrini istila etdi.[11][12][13] Bu vaxt Davud Qüds əhalisi yəbusilərlə (kənanilərin bir qolu) müharibədən sonra Qüds şəhərinə nəzarət etməyə başladı.
M. ə. 965 – 928-ci illərdə məlik Süleyman Qüdsdə heykəl qoymuşdur. M.ə. 928-ci ildə Bəni İsrail dövləti İsrail və Yəhuda məmləkətlərinə bölünmüşdür və m.ə. 721-ci ildə bu məmluklar bütövlükdə Fələstinin tarixi ərazilərinə nəzarət edə bilmədilər, belə ki , ümumi olaraq sahil regionu onların nəzarətindən kənarda qaldı. Assuriyalılar İsrail məmləkətini ələ keçirmişlər və m.ə. 586-cı ildə babillilər Nabuxaz Nəsrin rəhbərliyi ilə Yahudanı məğlub etmiş və oranın əhalisi Babilistana axışmış və heykəl sökülmüşdür. M. ə. 539-cu ildə Farslar Babilistanı ələ keçirmiş və yəhudilərə geri qayıtmağa icazə vermişlər və ikinci heykəl tikilir. M. ə. 333-cü ildə Böyük İskəndər fars ölkəsini ələ keçirir və Fələstini yunan hakimiyyəti altına salır. M.ə. təxminən 323-cü ildə onun ölümü ilə misir ptolomeyləri və suriya Selevkiləri Fələstin üzərində hökmranlıqda bir-birilərini əvəz edirlər. Selevkilər imperiyası ellin (yunan) mədəniyyətini və dinini zorla qəbul etdirməyə çalışdılar. Lakin m.ə. 165-ci ildə yəhudi tarixinə görə makkabilər Suriya hakimi selevki Antiox İbifans üzərində inqilab edir və müstəqil yəhudi dövlətinin yaradılmasına davam edilir. M.ə. 63-cü ildə Fələstin Roma İmperiyasına birləşir.[11][14]
Roma hakimi Böyük Pompey m. ə. 63-cü ildə Fələstinə hökmranlıq etdi və ondan yəhudi məliklərinin hökmranlıq etdiyi roma mahalı yaratdı. Miladın 70-ci ilində Roma İmperatoru Titus Fələstində yəhudi inqilabını yatırtdı , Qüdsü yerlə -yeksan etdi və məbədini dağıtdı. Miladın 132–135-ci illərində digər bir yəhudi inqilabının ardınca İmperator Hadriyan Qüdsün dağıntıları üzərində yeni bir bütpərəstlik şəhəri inşa etdi, onun adını Koloniya İliya Kapitaliya adı ilə adlandırdı və yəhudilərin ora daxil olmasını qadağan etdi. Hadriyanın dövrü başa çatdıqdan sonra Qüdsdə yaşayan xristianların sayı fasiləsiz olaraq artdı. İmperator birinci Konstantin xristian dinini qəbul etməklə və anası kraliça Hilana miladın 320-ci ilində Qüdsü ziyarət etməklə xristian Qüds və Fələstinin vəziyyəti öz bütpərəstlik vəziyyətinə qalib gəlməyə başladı. Qaytantin özü qiyamət kilsəsi tikdi və öz xələflərindən daha gərgin çalışdı, xüsusilə Cistinyan Fələstində ən çox kilsələr və xristian abidələr tikən birisi idi. Bizanslar yəhudilərə yalnız ildə bir gün məbədin yerində hələ də qalmaqda olan daş yaxınlığında ağlamaq üçün Qüdsə daxil olmağa icazə verdilər.
Misirdə və İraqda aparılan qədim araşdırmalara görə samilər Fələstin ərazisində ən qədim tanınmış xalqdır. Miladdan öncə 4-cü minillikdən bəri onlar Aralıq Dənizinin şərq sahillərində yaşayırdılar. İslam baxışına görə samilər əslində samdan, Nuhun böyük oğlundan törəyən qəbilələrdir. Dəqiqdir ki, qədim əslən fələstin əhalisinin hamısı sami idilər. Ərəb yarımadasını bürüyən quruluğun ardınca oradan köçmüşlər. Onlar yeni vətənləri Kənanda "Peyğəmbər" Musa və ardıcıllarının zühurundan 2 min əvvəl yaşamışlar.
Təsdiqlənmiş mənbələrə görə məşhur kənani əmirliyinin hicrəti ərəb yarımadasından miladdan öncə 3-cü miniliyyin yarısında baş vermişdir. Lakin bəzi tədqiqatçılar o nəticəyə gəlirlər ki, kənanilər 3-cü minilliyin başlanğıcından etibarən ölkədə bərqərar olmuşlar. Onlar qədim Misir araşdırmalarına istinad edirlər. Digər tədqiqatçılar bundan da uzağa gedirlər. Belə ki onlar göstərirlər ki, kənanilərin mövcud olması miladdan əvvəl 7 min il öncəyə gedib çıxır. Bu onların qədim şəhərlərində olan qədim abidələr vasitəsilə izah edilir. O şəhərlərdən ən qədimi Əriha şəhəridir ki, bu günümüzə qədər bu şəhər qalmışdır və dünyada ən qədim şəhər hesab edilir. Əgər zamanın əvvəlibndəki qiymətləndirmələr kənanilərin mövcud olması haqda fikir irəli sürsə bunda qətiyyən heç bir ixtilaf yoxdur. Onlar həqiqətən regionda tarixən ilk məskunlaşmış tanınmış xalq olmuşlar və ilk olaraq Fələstin ərazisində mədəniyyətin əsasını qoymuşlar. İvrit yazılarında rast gəlinir ki, kənanilər ölkənin əsl əhalisidirlər. Tövratda qeyd olunduğu kimi onlar əmirlik xalqıdır. Günümüzə qədər qalan ən qədim kənani şəhərləri: Əriha, Əşdud (Əsdud), Akra, Qəzzə, Məcdəl, Yafa, Aşkelon, Beyt Şan və orada olan şəhərlər və kəndlərdən çoxusu günümüzə qədər qalmış çoxusu isə silinb getmişdir. Şəkim kənanilərin paytaxtı olmuşdur.
Kənanilər kənd təsərrüfatı , sənaye ilə şöhrət tapmışlar və onlar metallurgiya , keramika, şüşə, parça , paltar sənayelərində habelə inşaat sənətində mahir idilər. Musiqi vəv ədəbiyyat kənani sivilizasiyasında piramidanın başında gəlirdi, beləki sami xalqı kənanilərin məşğul olduğu kimi musiqi və incəsənətlə məşğul olmamışlar. Onlar öz musiqi əlamətlərinin çoxusunu Qədim Yaxın Şərqdə məskunlaşmış müxtəlif xalqlardan iqtibas etmişlər. Bu ona görə idi ki, kənani ibadəti ənənəsi mahnının istifadə edilməsini tələb edirdi. Beləcə onların mahnıları və musiqi alətləri bütün orta yerlərdə yayıldı. Mədəniyyətin ünvanının ədəbiyyat və incəsənət olması barədə mübahisə edən yoxdur. Həqiqətən(Brosted) kimi böyük tarixçilər yəhudilərin oraya daxil olduğu gün çiçəklənmiş kənani şəhərlərini təsvir edərkən deyir ki, bu şəhərlərdə rahat evlər var idi və orada sənaye , ticarət, yazı, məbədlər və həmçinin yəhudilərin tez bir zamanda iqtibas etdikləri mədəniyyət var idi. Onlar evlərin tikintisində çadırlarını qoyub getmişlər. Habelə onlar səhrada geydikləri dəriləri çıxarmışlar. Onlar al əlvan rəngli yundan paltar geyirdilər. Bir müddət sonra kənanilər və yəhudilər arasında olan kişi xarici görünüşə görə fərqlənmirdi və dəniz tərəfdən fələstinlilər və İordaniya istiqamətindən israillilər daxil olduqdan sonra kənani ərazisi 3 millət arasında paylandı və yalnız kənanilər tək özləri ölkəni idarə etmədilər, lakin kənani dili ölkədə hakim dil olaraq qaldı. Erkən yazılmış tarixdən bəri , yəni 5000 min ildən bəri Fələstin 1917-ci ilə qədər Britaniya Mandatlığına qədər tanınmamışdır.
Yalnız üç dil var idi: İlk olaraq kənani, arami ikinci – bu o dil idi ki, İsa Məsih bu dildə danışırdı, — üçüncü ərəb dili. M.ə. −1200 m.ə. 2000 Miladdan öncə ikinci minilliyin başlanğıcında şəhərlər inkişaf etməyə başladı, bu şəhərlərdə memarlığın , qəbiristanlıqların yeni-yeni tərzləri, keramika və silahların yeni növləri meydana gəldi. Bu mərhələ Qədim Şərqin əksər regionları ilə inkişaf etmiş siyasi, ticari əlaqələrlə fərqləndi, xüsusilə Misir, Şam ölkələri, Suriyanın şimalı və Şərqi Anadolu.
Habelə bu dövr keramikanın inkişaf etmiş sənayesi ilə fərqlənmişdir, belə ki gil maddəsinin seçilməsi, onun qarışdırılması və müxtəlif yaraşıqlı qab-qacaq növləri istehsal etmək üçün sürətli təkər üzərində idarə edilməsi. Bu dövr Şam ölkələrinin tam yarısının 18-ci və 19-cu ailələrin hökmranlığı dövründə misir tərəfindən hökmranlığı ilə səciyyələnir. Bu hökmranlıq dövründə Hiksos krallarından sonuncusu təxminən (m.ə.1567-ci ildə) vəfat etmişdir və təxminən (m.ə.1480-ci ildə) Üçüncü Tutmos Şam ölkələrinə həmlələr etmişdir. Bundan əlavə böyük miqdarda əyilmiş su kütlələri ilə sıxılmış laylarla bərkidilmiş Hiksosa aid güclü istehkamlar yoxa çıxmışdır.
Bu dövrdə narahatlığın olması müşahidə edilmişdir və bu vəziyyət Fələstin üzərində hakimlik etmişdir. Habelə Orta və Cənub regionlarından 18-ci ailənin başlaması ilə yəni Hiksosun Misirdən qovulmasından sonra və onların Fələstinin cənubunda Şaruhinə qədər izləməsindən sonra görünür. Qeyd edilməlidir ki, 3-cü Təhtəmisin dövründən bəri burada təfsilatlı mətnlər vardır və o cümlədən Şam tərəfdən məlik Maciddu və məlik Qadişin rəhbərlik etdiyi kəskin Maciddu döyüşü ilə bağlı olan mətnlər. Hər iki məlikə məlik Əl- Mitani dəstək vermişdir. Bu ittifaqda təxminən 120 şəhər iştirak etmişdir və onların adları 3-cü Təhtəmisin topoqrafik cədvəllərinin birində çəkilmişdir. Bu mətnlər naxışlar formasında iynələrin üzərində olmuşdur. Bu iynələr Memfis və Karak şəhərlərində bərkidilmişdir : (m.ə. Məmluklar dövrü (Dəmir dövrü 550–1200) Həmin vaxt fələstinlilər özlərini Misir Hakimiyyətinin Fələstin üzırində qanuni xəlifələri hesab edirdilər və onlar Fələstinin əksər hissələrinə hakimlik edirdilər. Lakin çox vaxt göstərilir ki, onlar fələstin sahili sakinləri idilər, belə ki onlar Qəzzə, Aşkelon, Əsdud, Aqir, Təl əl-Safi və bir çox digər bu kimi şəhərlərin əsasını qoymuşlar. Habelə yerli kənani təsirləri müxtəlif fələstinlilərə Dacun və Aştrot kimi onların ilahilərinin adları ilə üzə çıxmışdır. Fələstin sahili sakinlərində dini həyat kənani əsilli idi. Həmçinin dini binalar ən mühümü, kənani məbədləri kimi inşa edilən Təl əl – Qəsilədəki bir-birini izləyən silsilə məbədlər idi. Onların üzərində misir təsirləri də var idi.
M.ə. 550 : Fars İmperatorluğu və Makedoniyalı İskəndər dövrü 330. İmperatorluq "Darius" , "Kambiz" , "Kuruş" olan ilk imperatorların hərəkəti ilə Aşurun varisi hesab olunur. Bu imperatorluq qərbdə Egey dənizindən, Şərqdə Hind sərhədlərinə, Misirin cənubundan Qara dənizə və şimalda Qafqaz dağlarına uzanıb gedirdi. O vaxtlar Dara İmperatorluğu 20 vilayətə bölmüşdür və hər bir vilayətin bir valisi var idi. Fələstin beşinci vilayətin bir hissəsi idi və o arami adı ilə "Çayı keçmə" , yəni "Çayın arxasındakı" adı ilə tanınmışdır. Bu o demək idi ki, Fərat çayı bütün Şam ölkələrini əhatə edirdi, o cümlədən Suriya , Finikiya, Kipr. M.ə. 63–330
Makedoniyalı İskəndər m.ə. 334-cü ildə Yunanıstandan Kiçik Asiyaya gələrək dənizi keçdi və ilk qələbəsini qazandı. Elə həmin il Ğranikus Kilikiya döyüşündə İssusda farslar üzərində fars hökmdarı üzərində qələbə qazandı. Daha sonra Şam ölkələri sahillərinə, cənuba doğru istiqamətləndi. Onun istəyi Aralıq Dənizinin şərqində farslara aid olan Mirinados dəniz donanmasını dağıtmaq idi. Tarus dağlarını keçdi və Mariyandus şəhərini təmir etdirdi və o hazırkı İskəndəriyyə şəhəridir. O bir qrup ordusunu Dəməşqə göndərdi və oranı işğal etdi. Daha sonra o Şam sahilinə irəlilədi və m.ə. 332-ci ilin payızında oranı ələ keçirdi. Onun vəfatından sonra imperatorluq hakimiyyət zamanı bir sıra daxili münaqişlər və müharibələr dövrü keçirdi. Bu iki dövlətin Şam ölkələrində səlcuqların və Misirdə Ptolomeylərin yaradılmasına gətirib çıxardı. M.ə. 175-ci ildə Fələstində Selevkilərə qarşı makkabilər müharibəsi baş qaldırdı və bu müharibə 40 il davam etdi və haşmoni ailəsinin qiyamı ilə başa çatdı "Pompey" m.ə. 63-cü ildə Qüdsü işğal edərkən ona son qoydu. Fələstin o vaxt digər Şam ölkələrində olduğu kimi Roma dövlətinin bir hissəsinə çevrildi.
M.ə. ikinci əsrin başlanğıcından bəri romalılar Selevki dövlətinin işlərinə müdaxilə etməyə başladılar. Bu onların daxil olan xarici müharibələrin ardınca üzləşdiyi zəiflik və gücsüzlük səbəbi ilə baş verdi. Onlar 3-cü Antyuxis üzərində m.ə. 190-cı ildə Maqneziya döyüşündə qələbə qazandı. Tarixçilər qeyd edir ki, roma ordusu başda rəhbər Pompey olmaqla m.ə. 63-cü ildə şiddətli döyüş və mühasirədən sonra Beytul Müqəddəsə daxil oldu. Şəhər çoxlu sayda əhalisini itirdi. Fələstin və Qərbi Suriya Roma vilayəti hesab edildi. "Sakavurus" orada ilk vali təyin edildi. M.ə. 57-ci ildə "Ğabinyus" Suriya vilayətini ələ keçirdi. Beytul Müqəddəs rayonuna idari sistem yenidən qayıtdı. Daha sonra m.ə. 54-cü ildə Krass Suriyaya vali təyin edildi. O, o vaxt hakimiyyəti böyük bir dövlətdə bölmək üçün tanınan üçlük ittifaqının üzvü idi. Onlar "Pompey , Sezar və Krass idilər. Sonra Pompey və Sezar arasında ixtilaf yarandı və Yuliyus Sezari xaincəsinə öldürdü. Ona sui-qəsd edənlərdən biri "Kasiyus" m.ə. 42–44-cü illərdə Suriyaya vali təyin edildi və m.ə. 42-ci ildə Antoniyus və Aktafiyus Yuliyus Kayzerin qətl hadisəsində qələbə qazandı. Daha sonra "Hirudis" Fələstin və Beytul Müqəddəs regionuna məlik təyin olundu və onun hökmranlıq müddəti m.ə. 4–37-ci illərə qədər davam etdi. Hirudis vəfat etdikdən sonra vəsiyyət etdi ki, (Antbiyas) Fələstinin böyük hissəsində olsun. Bu m.ə. 4-cü ildən miladın 39-cu ilinə qədər davam etdi. Qeyd olunur ki, Təbəriyyə onun paytaxtı qəbul edildi. Miladın 41-ci ilində Fələstin bütünlüklə Roma Vilayətinə çevrildi.
Məsih Əleyhissalam m.ə. 4-cü ildə Beytul Ləhmdə anadan olmuşdur. Bu müddət 3 dövrə bölünmüşdür : (Birinci dövr birbaşa olaraq Məsihi izləmiş və Rəsul əsri adlandırlır. Miladi 30–95). İkinci dövr bir əsrə qədər uzanır. Birinci əsrin sonundan ikinci əsrin axırlarına qədər. Üçüncü isə Roma İmperatoru Konstantinin müqəddəs anası Hilanadan miladi 312-ci ildə xristianlığı qəbul etməsi ilə başa çatır.
Miladi 3-cü əsrin 2-ci yarısında iki əmir "Əzinə" və ondan sonra arvadı "Zenobiya" vasitəsilə Romaya qarşı daxili inqilab başladı. "Ourelina" ya imkan verildi ki, miladi 272-ci ildə bu cəhdə məhdudiyyət qoysun. Bu dağıtmaq hesabına idi. Miladi 395-ci ildə Roma İmperatorluğu 2 hissəyə bölündü. Şərqi və Qərbi. Habelə "Siyudisyus" övladlarından birinə iddia olunur ki, bu "Arkadiyus" dur Şərqi hissəni miras qoydu. Ona müstəqil bir hakim olmağı məsləhət gördü və miladi 395–408-ci illərdə əmrləri öhdəsinə götürdü. O 2-ci oğluna (Hinuriyus) qərb hissəni miras qoydu, həmçinin 395–423-cü illərdə müstəqil olaraq onu idarə etdi. Konstantindən sonra miladi 527-ci ilə qədər hakimiyyəti təqribən 17 imperator ələ aldı. Onların arasında 4-ü taxt-tacı zorla ələ almışdı.
Qeyd olunur ki, İkinci "Gistinyan Yustinus" miladi 565–578-ci illərdə, İkinci Tibariyus 578–582-ci illərdə, Moriyus 582–602-ci illərdə, Fukas 602–610-cu illərdə və Herkel 610–641-ci illərdə bizans taxt-tacını ələ keçirdi. Bizanslar və Sasanilər arasında müharibələr gah şiddətlənir, gah da sakitləşirdi. İki dövlət arasında çoxlu sayda sülh sazişləri və müqavilələri bağlanırdı ki, müharibələr aradan qaldırılsın və bir daha iki ölkə arasında müharibələr başlamasın. Miladi 610–622-ci illərdə Farslar romalılar üzərinə hücuma keçdilər və onlara qalib gəldilər. Miladi 614-cü ildə Farslar Antakiya, Dəməşq, Qüdsü fəth etdilər. Şahrbaraz müqəddəs xaçı ələ keçirdi. Digər hadisələrlə bərabər müharibə davam edirdi. İki dövləti zəiflətdilər, lakin onlar Sasani dövlətini süquta yetirən islam qoşunlarının qarşısında dayana bilmədilər. Misiri və Şam ölkələrini bizanslardan geri aldılar və həlledici döyüş hicrinin 15-ci ilində miladi 636-cı ildə Yermuk döyüşü oldu.
7-ci əsrdə İslamın zühurundan əvvəl Fələstində xristianlar və Fələstinin cənub şərqində yaşayan ərəb əhalisi (onlardan çoxusu da həmçinin xristian idi) arasında birləşmə baş verdi. "Peyğəmbər" və onun tərəfdarları namazın qibləsi kimi Qüdsə istiqamətlənirdilər. İslam rəvayəti Peyğəmbərin müqəddəs Məkkədən Qüdsə gecə səyahət etməsini və oradan "səmaya qalxmasını" rəvayət edir. Acnadin döyüşündən və müsəlmanların bu döyüşdə qələbə qazanmasından sonra müsəlmanlar Fələstin ərazilərinə hökmranlıq etməyə başladılar. Müsəlman ərəblər Qüdsü bizanslardan milad təqvimi ilə 637-ci ildə ələ keçirdilər və Xəlifə Ömər ibn Əl-Xəttab bu şəhərə öz hörmət və ehtiramını ifadə etdi ki o özü şəhəri təslim alsın. Şəhərin əhalisi ilə yaxşı "ədalət və mərhəmətlə" rəftar etdi və onlar üçün əmin-amanlıq vəsiqəsi yazdı, sonralar bu vəsiqə ümrə məsuliyyəti kimi bilindi. Burada onların özlərinə, mallarına, kilsələrinə və xaçlarına əmin –amanlıq verdi. Oradan çıxan və orada qalan hər kəs əmin-aman idi. Bütün bunlara Xalid ibn əl-Vəlid , Əbdur-Rəhman ibn əl-Avf , Əmr ibn əl-As , Müaviyə ibn Əbu Süfyan şahid oldu. Ser Valim Finz Cerald artıq etiraf etmişdir : "Fütuhatların təəssüfedici tarixində Qüdsün müsəlmanlar tərəfindən talan edilməsinədək bu heç vaxt baş verməmişdir və o vaxtdan nadir hadisədir." Qüdsə verilən ilk ərəb adı Beytul Haramın eynisi kimi Beytul Müqəddəs idi. Fələstin Bizans Vilayəti o vaxtdan Fələstin əsgərlərinin adı ilə adlandırılan ərəb, hərbi, adminstrativ vilayət oldu.
Fələstinin 3 "səmavi" dinlər arasında dini əhəmiyyəti vardır. İslam , xristian, yəhudi. Öz tarixi boyunca Səlib müharibələri kimi üzərində din əlaməti olan bəzi münaqişələrlə üzləşmişdir. Habelə bəziləri ərəb-israil münaqişəsinə dini ölçü verir. Xristian imanına görə Fələstin xristianlarda müqəddəs diyarı adlandırılır. Burada Yəsu Məsih və elçiləri doğulub yaşamışdır və müasir dövrdə və qədim dövrdə adı çəkilən əksər hadisələr burada baş vermişdir. Xristian irsinə görə İncil Yəhuda və Cəlildən başlamışdır, yəni Fələstinin şimalından və mərkəzindən bütün dünyaya yayılmışdır. Ona görə də Fələstin xristianlar üçün bir çox müqəddəs məkanları əhatə edir və onların da başında Beyt əl-Ləhm, Masqat Ras ul Məsih, habelə Kənisətul Məhd, Mədinət əl-Nasirə gəlir. Belə ki bakirə Məryəm İsa Məsihi müqəddəs ruhdan dünyaya gətirməklə sevinc xəbərini aldı. İsa Məsih ailəsi Beyt Ləhmdən və Qüds şəhərindən yaxud ənənəvi xristian adı ilə adlanan Yerusəlimdən qayıtdıqdan sonra boya başa çatdı. Belə ki Məsih Yəhuda əhalisini, öz ardıcıllarını dəvət etdi ki, o ağrılar yolunda son addımlarını atır. Sonra çarmıxa çəkilib dəfn edildi. Xristianlar İsa Məsihin qəbrinin şəhərdəki qiyamət kilsəsində olmasına inanırlar. Həmçinin xristianlar Cəlildə, xüsusilə Təbəriyyə gölü ətrafında və İordaniya çayı sahilində olan müxtəlif məkanları müqəddəsləşdirirlər. Habelə xristianlar qədim dövrdə həmçinin müsəlman və yəhudilərin də müqəddəsləşdirdiyi Xəlildə və digər yerlərdə Əl Haram Əl-Qüdsi , Əl-Haram Əl-İbrahimi kimi adı çəkilən bəzi yerləri müqəddəsləşdirirlər. Fələstində xristianlıq əvvəldən müxtəlif istiqamətlərlə təsirlənmişdir. Miladi birinci əsrdən bəri müqəddəs ərazilərdə çoxlu sayda müxtəlif xristian tayfalar bir-biriləri ilə birgə yaşamışlar və Fələstində xristianlığın mövcud olması bu günümüzə qədər kəsilməmişdir. Qüdsdəki qiyamət kilsəsi dünyada olan ən mühüm kilsələrdən biridir. Minlərlə xrisitian hər il Fələstinə, Beyt əl-Ləhmə , Qüdsə , Nasirəyə gəlirlər.
Abbasilər Bağdadı özləri üçün paytaxt qəbul etdilər. Abbasilər Xilafəti yarandığı əsr dövründə öz nüfuz və sultanlığının ən yüksək zirvəsinə çatdı. Daha sonra İmperatorluq ərazilərinin çoxu adı abbasi xilafətinin valilərindən olan hakimlərin nəzarəti altına düşdü. Fələstini miladi 9-cu əsrin sonundan 10-cu əsrin sonlarında səlib yürüşlərinə dək olan müddətdə müsəlman hakimlər idarə etməyə başladılar və onlar Qahirədən bir bina götürdülər. Oraya Abbasilərdən iki xəlifə baş çəkdi. Mənsur onlardan birincisi idi və o Abbasi xəlifələrindən ikincisi idi. O Qüdsə iki dəfə getdi və zəlzələ səbəbi ilə şəhərin üzləşdiyi tələfatı düzəltmək üçün əmr verdi. Ancaq 2-ci Xəlifə Mehdi idi. O üçüncü Abbasi xəlifəsi idi. O Qüdsə xüsusi olaraq Məscidul Əqsada namaz qılmaq üçün baş çəkdi. Abbasi xəlifələrindən 7-cisi Məmun Qübbət əl-Səhra məscidində o zamanlar Suriyada xəlifənin nümayəndəsi olan qardaşı və xələfi Motasimin rəhbərliyi altında böyük təmir işləri aparmaq üçün əmr verdi.
Fələstinə Ərəb və İslam hökmranlığı ardıcıllığı səlibin qəsb hərəkəti ilə və miladi 1099 −1187-ci illərdə Latın Qüds Məmləkətinin yaradılması ilə kəsildi. Lakin səliblərə qarşı Kürd sərkərdəsi Səlahəddin Əyyubi və onun xəlifələrinin rəhbərliyi ilə olan həmlələr 1291-ci ilə qədər davam etdi. Belə ki, müsəlmanlar Qəysəriyyə və Akkada olan son səlib qalalarını geri aldılar. Səliblər Qüdsə daxil olduqdan sonra minlərlə silahsız müsəlman uşaqlara, qadınlara, kişilərə əzab verdilər , onları yandırdılar. Az sayda yəhudi əhalisi öz məbədlərinə sığındı. Həmin vaxtda bir sıra müharibələr başladı. Müsəlman rəhbərlər Fələstini azad etməyə çalışdılar , o cümlədən vəzir əl-Əfzəl əl-Fatiminin cəhdi idi ki, bu cəhd uğursuz oldu.
Məmluklar onlar idilər ki, səlibləri Fələstindən çıxardılar və onlar Çingiz xanın nəvəsi Hülakü xanın rəhbərliyi ilə monqollar üzərində qələbə qazandılar. Onların hökmranlıq müddəti 1260-cl ildən osmanlıların 1517-ci ildə Misiri fəth edənə qədər davam etmişdir. Onun adı Fələstin hakimiyyəti altnda "Fələstin əsgərləri" olaraq qaldı və 6 qəzaya bölündü: 1. Qəzzə, 2. Əl-Ləd, 3. Qaqun , 4. Qüds, 5. Əl-Xəlil , 6. Nablus. Təxminən 1517-ci ildə Osmanlılar məmlulklar üzərində qələbə çaldılar və 1516-cı ildə Osmanlı Dövləti Fələstin üzərində hökmranlıq etdi. Konstantinopol oraya yerli hakim təyin etdi. Ölkə 5 regiona bölündü ki bu regionlar sancaqlar adlanırdı. Qüds sancağı, Qəzzə, Safad, Nablus və əl-Lucun. Hakimiyyət yerli əhalinin əllərində uzun həddə idi. 1537-ci ildə Süleyman Qanuninin vasitəçiliyi ilə Qüdsdə infrastruktura yenidən bərpa olundu. Fələstinin müxtəlif hissələri və ümumiyyətlə Şam ölkələri Osmanlı Dövləti vaxtında müxtəlif ailələrin nəzarəti altına düşdü və dostluq və düşmənçilik mərkəzi dövlətdə gedib gəldi. Zahir əl-Ömər müraciət edir ki, 1831–1840-cı illərdə Misirin hökmdarı Məhəmməd Əli öz nüfuzunu Fələstin və Livan üzərində artırdı. Onun siyasəti feodal sistemini düzəltməyə gətirib çıxardı. Kənd təsərrüfatı artdı, təhsil yaxşılaşdı. Osmanlı İmperiyası 1840-cı ildə öz nüfuzunu Fələstin üzərində yenidən bərpa etdi. Fələstin Osmanlı hakimiyyəti altında 1917–1918-ci ilin qışına qədər, yəni Birinci Dünya Müharibəsinə qədər qaldı. Ondan sonra Sayks Piko və digər bu kimi müqaviləyə uyğun olaraq İraq və Şam regionlarına bölündü.
19-cu əsrin 80-ci illərində Avropada xüsusilə onun şərqində milli hissin inkişafı sionizm bülluruna gətirib çıxardı. 19-cu əsrin sonlarında sionist qərarı Fələstini əsl əhalinin mövcudluğunu , onların istəklərini nəzərə almadan işğal edib, onu yəhudi dövlətinə çevirmək idi. Fələstin tarixində yeni dövr başlatmağa səbəb olaraq fələstin problemi adı ilə adlandırıldı. Yeni gələnlərin düşüncəsi əsasən vətəndaş fikri idi. Elə sionist hərəkatı əsasən vətəndaş hərəkatı idi. Tyodor Hertzel varlı yəhudiləri sionist düşüncəsinə dəstək verməyə vadar etməyə başladı. Elə həmin əsnada ölkə Sayks Piko müqaviləsinə görə parçalandı. 2 noyabr 1917-ci ildə Balfur Fələstində yəhudi dövlətini yaratmağa mərhəmət gözü ilə baxan vədi verdi. Ona görə aydın şəkildə başa düşsünlər ki, Fələstində indi yaşayan qeyri yəhudi tayfaların yararlandıqları dini və vətəndaşlıq hüquqlarının naqis olması bir iş gətirməyəcək. Fələstinlilərin reaksiyaları 1919-cu ildə Balfur vədinə etiraz olaraq ilk fələstin milli konfransı çağırmaq oldu.
1956-cı il 29 oktyabr ayının gecəsi İsrail qüvvələri Sinayı vurmağa başladı, 5 noyabrda britaniya qüvvələri Port Səidə daxil oldu və Bur Fuad fransa qüvvələri tərəfindən hücuma məruz qaldı. İsrail Qəzzəni 6 ay müddətinə 1957-ci ilin martına qədər işğal etməyə başladı.
1967-ci ildə israil ordusu o zaman İordan çayının qərb sahilini, habelə Qəzzə zolağını, Misir Sinay Yarımadasını, Suriya Qolan təpəliyini və şimalda digər iordaniya regionlarını işğal etdi. Bu müharibə altı günlük müharibə adı ilə tanındı və fələstin lüğətinə məğlubiyyət adı ilə daxil oldu. 1967-ci il noyabr ayında Təhlükəsizlik Şurasından 242 saylı qərar çıxdı, bu qərar İsrailin 1967-ci il iyun ayında işğal etdiyi ərazilərdən geri çəkilməyi və qaçqınların öz diyarlarına qayıtmasını iddia edirdi.
Fələstinlilər 1987-ci ildən 1993-cü ilə qədər kütləvi yürüş etdi və bu ilk inqilab yaxud Hicara uşaqlarının inqilabı adı ilə tanındı.[15] Bu inqilab İsrailə beynəlxalq təzyiqlərin yaranmasına səbəb idi.
İnqilab əsnasında 1550 fələstinlinin, o cümlədən 276-sı uşaq olmaqla şəhid olmuşdur. İnqilab əsnasında 100000 fələstinlinin həbs edilmişdir.[16] Fələstin yaralılar müəssisəsinin məlumatları görə, inqilabda yaralananların sayı 70 mindən artıqdır, onların təxminən 40%-i daimi maneələrdən əziyyət çəkir.[17]
1988-ci il iyul ayında İordaniya Hökuməti İordaniya Kralı Hüseyn İbn Talalın göstərişlərinə əsasən İordaniyaya məxsus olan Qərb sahilinin qanuni vəziyyətini yenidən tanıtmağı hesab edən bir sıra tədbirlər gördü. İordaniyanın bir hissəsi olan Qərb sahili işğal altında qalmadı. Bu addımlar "əlaqənin açılması" adı ilə adlandırıldı.
İlk inqilabın ardınca problemin həllinə beynəlxalq tərəflərin himayəsi ilə danışıqlar vasitəsilə cəhdlər başladı. Müxtəlif tərəfli Madrid danışıqları başladı, hansı ki, İordaniyanı, Suriyanı, Livanı, Fələstin və İsraili əhatə etdi. Onun ardınca Oslo və Vaşinqton danışıqları başladı ki, Oslo müqaviləsi ilə ayrıldı.
Fələstin Dövlətinin iddia etdiyi ərazilər Cənubi Levantda yerləşir. Qəzzə zolağı qərbdən Aralıq dənizi ilə, cənubdan Misirlə, şimaldan və şərqdən isə İsraillə həmsərhəddir. İordan çayının qərb sahili isə şərqdən İordaniya, şimaldan, cənubdan və qərbdən İsraillə həmsərhəddir. Belə ki, Fələstin Dövlətinin iddia etdiyi ərazini təşkil edən iki anklavın bir-biri ilə coğrafi sərhədi yoxdur, İsrail onları ayırır. Bu ərazilər vahid olaraq birləşdirilsə, quru sahəsinə görə dünyanın 163-cü ölkəsini təşkil edər.[18][19]
Tarixi Fələstinin ümumi sahəsi 27.009 kvadrat km-ə çatır. Lakin 1967-ci ildə işğal edilmiş ərazilərdə təklif edilən Fələstin Dövlətinin sahəsinə gəlincə (Qərb Sahili və Qəzzə zolağı) bu sahə 6209 kvadrat km-dir və aşağıdakı formada tarixi Fələstin sahəsinin 22,95%-ni təşkil edir .
Qərb sahilinin sahəsi 5844 kvadrat km və Fələstin tarixi ərazisinin ümumi sahəsinin 21,6%-ni təşkil edir. Qəzzə zolağının sahəsi 365 kvadrat km və Fələstin tarixi ərazisinin ümumi sahəsinin 1,35%-ni təşkil edir.
İordan çayının qərb sahili bölgəsi üçün Aralıq dənizi iqlim tipi səciyyəvidir. Bölgənin şərqi quru və isti iqlimi ilə xarakterizə olunan Yəhudi səhrasının böyük bir hissəsini əhatə edir.
Qəzzada qışı mülayim və yayı quraq keçən isti semiarid iqlim hakimdir.[20] Bahar mart-aprel aylarında gəlir və ən isti aylar 33 °C (91 °F) orta temperatur ilə iyul və avqust aylarıdır. Ən soyuq ay isə temperaturun adətən 7 °C (45 °F) ətrafında olduğu yanvar ayıdır. Yağıntı azdır və əsasən noyabr-mart ayları arasında düşür. İllik yağıntının miqdarı təxminən 4.57 düym (116 mm)-dir. [21]
Fələstinlilərin sayı (2008-ci ilin ortası) təqribən 10.5 milyondur. Onlardan təqribən 5 milyon fələstinli tarixi fələstin regionunda (təxminən 1.2 milyon İsrailin daxilində, 2.4 milyon isə Qərb sahilində, 1.4 milyon isə Qəzzə zolağında) yaşayırlar. Eyni zamanda təqribən 3.2 milyon fələstinli İordaniyada və 1.7 milyon isə Livan , Suriya, Misir və digər ərəb ölkələrində yayılmışlar. Təqribən 600 min isə əcnəbi dövlətlərdədi.