Bığlı qızılquş (lat. Falco biarmicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]
Bığlı qızılquş | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Bığlı qızılquş |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Göyərçindən iridir. Başının üstü kürəndir. “Bığları” zəifdir. Bel tərəfi qonur, qarın tərəfi isə ağımtıldır və üzərində naxışlar uzanır. Quyruğu tünd bənövşəyi rənglidir və köndələn qonur zolaqlar var.
Afrikada, Aralıq dənizi ətrafında, Kiçik Asiyada, İraqda və Cənubi Qafqazda yayılıb. Azərbaycanda Qobustanda və Naxçıvan MR-də Şahbuz rayonu Dərəboğaz və Qızılqışlaq qayalığında nəsil verməsi göstərilib.
Qaya və yarğan olan dağətəyi bozqır sahələrdə yaşayır. Nəsil vermək üçün gəlir, qışda təsadüf edilməyib. Aprel ayında leşcil ağqartalın (Neophron percnoptericus) köhnə yuvasını zəbt etməsi müəyyən edilib. Həmin yuvada sonrakı bir neçə ildə yenə də leşcil qartal nəsil verib. Yuvasında 3-4 yumurta olur, iyulda balaları pərvazlanır. Əsas şikarı xırda quşlar, siçanabənzər gəmiricilər və sürünənlərdir. Şikarını havadan ovlayır və yerdən də götürə bilir.
Azərbaycanda ilk dəfə 1949-cu ildə tapıldığı və sonralar cəmi 3 yerdə göründüyü üçün sayı haqqında məlumat yetərli deyil.
Texnosfer səs-küyünə və başqa antropogen faktorlara çox həssasdır.
Ovlanması və satışı qadağandır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.
Yuva sahələrinin müəyyən edilib, təbiət abidəsi statusu ilə qorunması, süni şəraitdə yetişdirilib təbiətə buraxılması, əhalini qorunmasına cəlb etmək.