Falconiformes

Qızılquşkimilər (lat. Falconiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.

Qızılquşkimilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Dəstə:
Qızılquşkimilər
Beynəlxalq elmi adı

Əvvəllər digər gündüz yırtıcı quşları — Qırğıkimilər da bu dəstədə təsnif olunurdu, lakin aparılan genetik analizlərin nəticələrinə əsasən qızılquşların ayrı dəstədə təsnif olunmasına başlanıldı. Hazırda qızılquşlar sərçəkimilər, tutuquşukimilərseriemlərlə bir kladda (Australaves) qruplaşdırılır.[3]

Qızılquşkimilərə Antarktida istisna olmaqla, dünyanın bir çox yerində rast gəlmək olur. Bu dəstəyə aid bir çox növün nəsli kəsilmək üzrədir. Azərbaycanda Falco cinsindən olan 8 qızılquş növü qeydə alınmış və bunlardan 7-si Azərbaycan Respublikasının Qırmızı Kitabıbın II nəşrinə daxil edilmişdir.[4]

  1. Integrated Taxonomic Information System (ing.). 2011.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Hackett, Shannon J.; Kimball, Rebecca T.; Reddy, Sushma; Bowie, Rauri C. K.; Braun, Edward L.; Braun, Michael J.; Chojnowski, Jena L.; Cox, W. Andrew; et al. (2008). "A Phylogenomic Study of Birds Reveals Their Evolutionary History". Science. 320 (5884): 1763–68. doi:10.1126/science.1157704. PMID 18583609. S2CID 6472805.
  4. "Arxivlənmiş surət". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.