Bəşir Məmmədov

Bəşir Məmmədov Məmməd oğlu (10 yanvar 1915, Lənkəran, Lənkəran qəzası3 oktyabr 1988, Lənkəran) — azərbaycanlı xanəndə.

Bəşir Məmmədov
Ümumi məlumatlar
Doğum tarixi 10 yanvar 1915(1915-01-10)
Doğum yeri
Vəfat tarixi 3 oktyabr 1988(1988-10-03) (73 yaşında)
Vəfat yeri
Uşağı 8
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Mükafatları 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni

Azərbaycan klassik xanəndələri ənənələrinin davamçılarından biri. Uşaqlıq illərindən məlahətli səsə və musiqi duyumuna malik olmuşdur.

Respublikamızın ayrı-ayrı rayonlarında tanınmış xanəndələrlə konsertlərdə iştirak etmiş, Azərbaycan milli muğam sənətini təbliğ etmişdir. İfasında xalq mahnıları, muğamlar əsas yer tutmuşdur. Nizami , Füzuli, Nəbati, Vahid və digər klassiklərin qəzəllərini məharətlə ifa etmiş, tamaşaçıların rəğbətini qazanmışdır.

Yaşadığı əsrin əllinci illərində Lənkəran Dövlət Teatrına dəvət olumuş, Məcnun ("Leyli və Məcnun"), Şah İsmayıl ("Şah İsmayıl"), Azançı ("Sevil") və digər rollarda çıxış etmişdir. Xalq mahnıları və muğam ustası kimi Lənkəranda "oxuyan Bəşir" adı ilə tanınmışdır.

Böyük Vətən Müharibəsi iştirakçısı olmuş, "Birinci dərəcəli Vətən müharibəsi" ordeni və müxtəlif medallarla təltif edilmişdir. Uzun illər şəhər ticarətində çalışmışdır.

3 oğlan, 5 qız atası olmuşdur. Doğulduğu tarixdən ömrünün sonuna qədər Lənkəranda "böyük bazar" deyilən ərazidə yaşamışdır.

  • Lənkəran: Ensiklopedik Məlumat kitabı. səh. 331.