Bəşir ibn Sad

Bəşir ibn Sad (I minillik633[1], ərəb. بشير بن سعد‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. İkinci Akabe beyətində iştirak etmiş və müsəlmanların müşriklərə qarşı bir çox hərbi yürüşlərində iştirak etmişdir.

Bəşir ibn Sad
ərəb. بشير بن سعد بن ثعلبة بن الجلاس[1]
Doğum tarixi I minillik
Vəfat tarixi 633[1]
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti alim, əsgər

Bəşir Mədinədə yaşayırdı, Xəzrəc qəbiləsindən idi. O, yazmağı bilən az saylı adamlardan biri olmuşdur. Bəşir İkinci Akabe andiçmə mərasiminin iştirakçısı olmuşdur. O, Numan ibn Bəşirin atası olmuşdur.

Məkkəli müsəlmanlar Mədinəyə köçdükdən sonra müsəlmanların müşriklərə qarşı sonrakı bütün döyüşlərində iştirak etmişdir. O, iki dəfə Fədəkdə Bəni-Mürrəyə qarşı (dekabr 629) və Mədinəyə hücum etmək üzrə olan Qatafan qəbiləsinin qüvvələrinə qarşı yürüşdə döyüşür. Birinci yürüş tam uğursuzluqla başa çatır. Bəşir özü mərdliklə vuruşsa da, yaralanır. Onu ölümünə buraxılır, lakin gecə yerli bir yəhudi tərəfindən sığındığı Fədəkə çata bilir və bir neçə gündən sonra Bəşir Mədinəyə qayıdır. Təxminən 300 müsəlmanın iştirak etdiyi ikinci yürüş uğurlu olur. Düşmən dağılır və çoxlu sayda qənimət əldə edilir. Elə həmin il Peyğəmbər Hüdeybiyyə müqaviləsinə uyğun olaraq həcc ziyarəti üçün Məkkəyə gedir. Bəşir zəvvarları müşayiət edən, lakin Qadağan olunmuş əraziyə daxil olmayan silahlı dəstəyə komandanlıq etmişdir.

Peyğəmbərin vəfatından sonra Bəşir xəlifə seçilərkən Qureyşi dəstəkləyir. O, Əbu Bəkrə beyət edən ilk və ya ilklərdən biridir[2][3]. Daha sonra İraqa qarşı kampaniyaya qoşulur və Xalid ibn əl-Valid əl-Hirənin tutulmasında iştirak edir. O, 633-cü ildə Ayn ət-Təmrdə vəfat etmişdir. Onun döyüşdə öldüyü, yoxsa döyüşdə aldığı yaralardan bir qədər sonra öldüyü məlum deyildir.

  1. 1 2 3 الزركلي خ. ا. الأعلام (ərəb.): قاموس تراجم لأشهر الرجال والنساء من العرب والمستعربين والمستشرقين. 15 بيروت: دار العلم للملايين, 2002. C. 2. S. 56.
  2. Ibn Hatham, Abdul Malik. Seerat Ibn Hatham (1st). Cairo, Egypt: Al-Falah Foundation. 2000. səh. 291. ISBN 977-5813-80-8.
  3. Ibn Khaldun, Abdur Rehman. Tareekh Ibn Khaldun Volume II (First). Karachi, Pakistan: Nafees Academy. 2003. 177–180.