Bədbəxtliyin astanasında qısametrajlı bədii filmi rejissor Rauf Nağıyev tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin süjeti laqeydlik ucbatından baş vermiş bir yanğın əhvalatı üzərində qurulmuşdur. Əsas rolları Cəfər Namiq Kamal, Kamilə Tatlıyeva, Elmira Şabanova və Hicran Nəsirova ifa edirlər.
Bədbəxtliyin astanasında | |
---|---|
Janr |
qısametrajlı dram |
Rejissor | Rauf Nağıyev |
Ssenari müəllifi | Rauf Nağıyev |
Baş rollarda |
Cəfər Namiq Kamal Kamilə Tatlıyeva Elmira Şabanova Hicran Nəsirova |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1977 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 22 dəq. |
Ölkə | Azərbaycan SSR |
İl | 1977 |
Texniki məlumatlar |
2 hissə 600 metr genişekranlı |
Rəng | rəngli |
Film həyatın ən çətin anlarında gənclərimizin yüksək əxlaqi keyfiyyətlərə malik olduqlarını açıb göstərir. Filmin süjeti laqeydlik ucbatından baş vermiş bir yanğın əhvalatı üzərində qurulmuşdur.[1]
Cəfər Namiq Kamal (Cəfər Əhmədov kimi)
Kamilə Tatlıyeva
Elmira Şabanova
Hicran Nəsirova
Rafiq Nəsirov