Elmira Balahüseyn qızı Şabanova (1 noyabr 1940, Bakı) — Azərbaycanın görkəmli kino aktrisası, Azərbaycan Respublikası Xalq Artisti (2006), Prezident təqaüdçüsü.
Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olmuşdur. Atası əvvəl zavod direktoru, sonra SSRİ Ali Sovetinin deputatı olub.[1] M.A. Əliyev adına ADİİ-da əvvəlcə aktyorluq (1958–1962), sonra rejissorluq fakültəsini bitirib. (1969)
Hələ institutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub və rejissor ona filmlərdə çəkilməyi qadağan edib.[1]
Rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır.
1962–1997 müəllim və dosent işləmişdir. "Azərbaycanfilm" kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilmişdir. Aktrisa 2 filmdə çəkildikdən sonra həyat yoldaşı Rüfət Şabanovun qadağası ilə 1977-ci ilədək kinoda görünməyib. 1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmiylə kinoya qayıdan aktrisa xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb. Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş "Qəm pəncərəsi" filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur.
- Azərbaycan Respublikasının Əməkdar artisti (18 dekabr 2000)[2]
- Azərbaycan Respublikasının Xalq artisti (31 iyul 2006)[3]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (5 iyul 2003)[4]
- Əsl dost (film, 1959) (tammetrajlı bədii film)(rol: Leyla)
- Səhər (film, 1960) (tammetrajlı bədii film)(rol: Sevda)
- Bədbəxtliyin astanasında (film, 1977) (qısametrajlı bədii film)
- Gəmi saatının sirri (film, 1983) (tammetrajlı bədii film)(rol: Alikin anası)
- Ötən ilin son gecəsi (film, 1983) (tammetrajlı bədii film)(rol: Həmidə)
- Avqust gələndə (film, 1984) (tammetrajlı bədii film)(rol: Xumar)
- Qapalı orbit (film, 1984)(televiziya tamaşası)
- Qəm pəncərəsi (film, 1986) (tammetrajlı bədii film)(rol: Həmidə)
- Sürəyya (film, 1987) (tammetrajlı bədii film)(rol: Bəyaz xala)
- Dairə (film, 1989) (qısametrajlı bədii film)(rol: Arifin dostu)
- Gecə qatarında qətl (film, 1990) (tammetrajlı bədii film)(rol: ana)
- Şahid qız (film, 1990) (tammetrajlı bədii film)(rol: Rənanın anası)
- Zirzəmi (film, 1990) (tammetrajlı bədii film)(rol: Tamara xanım)
- Fəryad (film, 1993) (tammetrajlı bədii film)(rol: İsmayılın anası)
- Təhminə (film, 1993) (tammetrajlı bədii film)(rol: Aliyə)
- Özgə vaxt (film, 1996) (tammetrajlı bədii film)(rol: Orxanın anası)
- Çalışan adam (film, 1996) (qısametrajlı bədii film)
- Son döyüş (film, 1996) (tammetrajlı bədii film)
- Gəlinlər (film, 2002) (televiziya tamaşası)
- Tam məxfi (film, 2004) (bədii serial)(rol: nənə)
- Məkanın melodiyası (film, 2004) (tammetrajlı bədii film)(rol: Rənanın xalası)
- Əlvida, cənub şəhəri (film, 2006) (tammetrajlı bədii film)(rol: Xanımana)
- Yoxlama (film, 2006)(bədii serial)
- Qafqaz (film, 2007) (tammetrajlı bədii film)
- Qızlar (film, 2007)(bədii serial)
- Qocalar (film, 2008) (qısametrajlı bədii film)
- 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film)(rol: Fatma xala)
- Ağabəyovlar (film, 2012-2014)
- İçəri şəhər (film, 2016) (tammetrajlı bədii film)
- Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı,2008. səh.266.