Bədiş dili — Pakistanda danışılan, demək olar ki, nəsli kəsilmiş, təsnif edilməmiş Hind-İran dili. Dilin fərqliliyi təsdiqlənməyib, dil ailəsi adı da ola bilər. 2014-cü ildə "Ethnologue, Languages of the World"ində qeyd edilmişdir ki, bədiş dili ən azı üç nəsildir danışılmır, lakin 2018-ci ildə "BBC" hələ də bu dildə danışa bilən üç kişini taparaq mövzu haqqında süjet çəkmişdir.[4]
Bədiş dili | |
---|---|
Ölkə | |
Regionlar | Bişiqram vadisi, Çeil |
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | ərəb[1] |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | bdz |
Ethnologue | bdz |
IETF | bdz |
Glottolog | bade1240 |
Sahə dilçisi Məhəmməd Zaman Sağar bu dil üzərində işləyirdi, lakin iki il ərzində apardığı araşdırmalar nəticəsində cəmi yüzə yaxın söz toplaya bilmişdir.[4] 2007-ci ilin iyul ayında o, yenidən Bişiqram vadisini ziyarət Setmiş və orada bir neçə gün insanlarla birlikdə olmuşdur. Digərləri ilə yanaşı, dilçi Zübeyr Torvali bu dildə qeydləri qorumaq üçün cəhdlər edilir.[5]
2018-ci ildə "BBC" müxbirləri Pakistanın şimalındakı Bişiqram vadisində hələ də bədiş dilində danışa bilən üç qoca kişi (Səidgül, Əlişir və Rəhimgül) tapmışdır.[4] Onlar bildirmişdilər ki, onların kəndində insanlar bədiş dili əvəzinə torvali dilində danışır. Onlar həmçinin, Svat vadisinin puştu dilinin danışıldığı turizm bölgələrində işləyirdilər. Bədiş dilinə aid bəzi ifadələri bunlar idi: