Bəhai dinində təhsilə xüsusi önəm verilir. Bəhai müqəddəs yazılarında Allahın təkliyi və insanlığın birliyi ilə yanaşı ümumi və icbari təhsildən də danışılır.
Bəhaullah, Bəhai dininin peyğəmbəri yazır:
Bəhai təlimləri incəsənət, iqtisadiyyat, elm və peşələrin öyrənilməsindən əlavə mənəvi və ruhani təlimə də diqqət yetirilməsinə diqqəti çəkir. Təhsilə edilən bu vurğu ictimai və milli səviyyədə inkişafa vasitə kimi qəbul edilir. Bütün bəhailərin insanlığın yararına olan işlə məşğul olmalıdırlar və Bəhai təlimi də onların buna hazırlamalıdır.
Ümumi icbari təhsilin bir məqsədi Bəhai qısa namazında vurğulanır. Allahın insanları yaratma səbəbi odur ki, bizim hər birimizin onu tanıyaq və sevə bilək. Məqsədlərdən biri isə məhz budur, insan üçün bunu əlçatan etmək. Lakin bu vacibdir ki, dini təhsil insanları ayrılığa və münaqişəyə aparmasın. Bəhaullah yazır:
Bu prinsip bəhailər tərəfindən "uşaqlar üçün dərslər"də və sosial-ictimai proyektlərdə ümumi şəkildə tətbiq edilir. Təhsilə edilən bu vurğunun ictimai və milli səviyyədə inkişafa vasitə olması fikri Əbdül-Bəha Abbasa, Bəhaullahın oğlu və xələfinə məxsusdur. O yazır:
Bəhai yazılarında haqqında danışılan təhsilin növləri ancaq bir təhsil növü və ya metodu ilə məhdudlaşmır.
Bəhai təlimləri incəsənət, iqtisadiyyat, elm və peşələrin öyrənilməsindən əlavə mənəvi və ruhani təlimə də diqqət yetirilməsinə diqqəti çəkir.
Uşaqlar və onlara müvafiq təhsil verilməsi Bəhai Yazılarında xüsusi vurğulanan tələbdir. Uşaq sinifləri bir çox Bəhai icmasında ümumi məkana çevrilir və Ümumdünya Ədalət Evinin 2001-ci ildə ildə elan etdiyi 4 əsas fəaliyyətlərdən biri sayılır, hansı ki, bəhailərin bunlara diqqət verməsi tövsiyə olunur.
Bütün bəhailərin insanlığın yararına olan işlə məşğul olmalıdırlar və Bəhai təlimi də onların buna hazırlamalıdır. Lakin tək hədəf bu deyil (yuxarıdakı aşağıdakı kateqoriyalardan göründüyü kimi), eyni zamanda bəhailər "sözlə başlayıb sözlə qurtaran" təhsilə də qarşıdırlar.
Bəhaullahın nazil etdiyi İşraqat lövhünün "yeddinci işraq"ında aşağıdakı şərt qoyulur:
Dünyada savadsızlığın qəbul edildiyi mədəniyyətlərin olmasında baxmayaraq, bəhailər düşünürlər ki, "daim inkişaf edən sivilizasiyanın" bir əlaməti olaraq artıq hər kəs savad əldə etməlidir. Məsələn, Bəhai dinində ruhanilər sinifi mövcud deyil, çünki onların əvvəl olmasını zəruri edən savadsızlıq aradan qalxır, artıq hər kəs özü müstəqil oxuya və yaza bilir, müqəddəs mətnlər hər kəs üçün əlçatandır.
Bəhailər inanırlar ki, dünya dövlətləri bir gün beynəlxalq köməkçi dil müəyyən edəcəklər və bu dil qlobal rabitəni təmin edəcək. Bundan sonra isə bu dil ana dili ilə yanaşı dünyanın bütün məktəblərində uşaqlara öyrədiləcək.
Belə bir dilin seçilməsindən sonra Bəhaullah çox sayda dil öyrənməyi boşuna vaxt itkisi adlandırsa da, bir çox mötəbər Bəhai mətnləri indiki dövrdə bir neçə dil bilməyi təqdirəlayiq sayır.
Təhsil nəzəriyyəsində nə öyrətməyə edilən vurğu qədər, necə öyrətmək də vurğulanır. Ənənəvi təhsil metodları ilə yanaşı başqa metodlar da dünya təcrübəsində mövcuddur: alternativ məktəblər, anskulinq (unschooling), ev tədrisi, Montessori təlimi, Waldorf təlimi və s. Bəhai təhsil anlayışı hər hansı belə imkanları rədd etmir.
Bəhai Yazılarında ata uşaqlarının tərbiyəsinə məsul şəxs kimi təsvir olunur və əgər bu məsuliyyətin boyun qaçırarsa buna məcbur edilə, hətta atalıq hüququndan məhrum edilə bilər. Analar insanlığın "ilk tərbiyəçisi" kimi qəbul edilir və onların da atalarla bərabər məsuliyyəti var. Bunlardan əlavə məsuliyyət həmçinin Bəhai təsisatlarının təmsil etdiyi icmanın üzərinə qoyulur:
Valideynlərin və ya icmaların bütün bəhai uşaqların təhsilinə imkan yarada bilmədiyi hallarda, Bəhai qanununa görə ilk növbədə qızların təhsilinə oğlanlara nisbətdə üstünlük veriləcəkdir.
Əbdül-Bəha məktəb geyimi, təmizlik və nəzakət haqqında yazır:
Bəhailərin fokuslandığı dörd əsas fəaliyyət növündən ikisi olan uşaq siniflərinin təşkili və dərnəklər kimi tanınan kurslar ardıcıllığında iştirak bütün dünya bəhailərinin icma həyat tərzinə çevrilmişdir.
The most common sequence is called Ruhi (meaning: of the spirit), which was originally developed in Colombia and currently consists of 7 courses, with the themes from the Bahá'í writings of prayer, education, history, and more.
Ruhi kursları Kolumbiyada inkişaf etdirilmiş və hazırda Bəhai yazılarının, duaların, təlimlərinin, tarixinin və s. cəmləndiyi 7 kursdan ibarətdir. Ardıcıllıq belədir:
Bəhai ibadət evi Bəhai yazılarında bir təsisat kimi keçir. O özlüyündə ibadət yeri, xəstəxana, universitet, hüzur evi, digər humanitar və təhsil strukturlarını birləşdirir.
Dünya üzrə müəyyən yetkinliyə çatmış Bəhai icmaları Sosial və İqtisadi İnkişaf proyektlərini öz üzərlərinə götürməyə başlayırlar. Bu peoyektlər yerdən-yerə dəyişən tələbatlara müvafiq olaraq müxtəliflik göstərirlər. Bunlara örnək kimi miqrant işçilər üçün pulsuz təlim proqramları, evsizlərin işlə təmini, qaçqınlara dəstək və s. göstərilə bilər. Həmçinin bəzi fərdlər cəmiyyətdəki təhsil praktikalarında islahatlar üzrə çalışmışlar, məsələn bir bəhai olan Dr. Dwight W. Allen birgə müəllifliklə William H. Cosby, Jr ilə 2000-ci ildə Amerikan məktəbləri: 100 milyard dollar meydanoxumasını yazmışlar.[1][2] Həmçinin Dr. Daniel Jordan-ın ANISA Educational Modeldəki işi.[3] Bəhailər dünya üzrə 300-dən çox akademik bəhai məktəbləri təsis etmişlər.[4]
Bəhai yazıları müəllimlərə çox yüksək şərəf istinad edir və Bəhai qanununa görə, bunun əksinə bir şəxsi vəsiyyət yazılmadığı halda insanın mirasının bir hissəsi onun müəlliminə çatır.