Ümumdünya Ədalət Evi

Ümumdünya Ədalət Evi

Ümumdünya Ədalət EviBəhai dinində inzibati orqanın adıdır. Bəhai dininin banisi — Bəhaullahın qanunlarının həyata keçirilməsi və əlavələr edilməsi səlahiyyətlərinə və Bəhai rəhbərliyində qərar verici bir funksiyaya malik bir qurumdur. Bu qurum haqqında Bəhaullahın və dinin varisi Əbdül-Bəhanın yazılarında tərif verilmişdi, rəsmi olaraq 1963-cü il, On İllik Yürüş adlanan beynəlxalq Bəhai təbliğ planının sonunda qurulmuşdur.

Üzvlər doqquz nəfərdən ibarətdir və hər beş ildən bir kişilər arasından seçilir, seçicilər dünya üzrə bəhai Milli Ruhani Məhfilinin üzvləridirlər. Ümumdünya Ədalət Evinin binası İsrailin Hayfa şəhərində, Karmel Dağının yamacında yerləşir, həmçinin onun üzvləri də orada yaşayırlar.

Həmçinin Bəhai yazılarında vurğulanmayan məsələlərə aid qanunlar qəbul etmək səlahiyyətlərinə malik olmaqlarına baxmayaraq, Ümumdünya Ədalət Evi qurulandan bəri bu məsələdə özünü məhdudlaşdırır və az istifadə etməyə çalışır. Bunun əvəzinə, bütün Bəhai dünyasına müxtəlif məktublar və mesajlar vasitəsilə rəhbərlik verir. Ümumdünya Ədalət Evi tərəfindən yazılan kitablar və sənədlər, bəhailər tərəfindən etibarlı və qüsursuz nümunə olaraq qəbul olunur. Qurum olaraq həm də Bab, Bəhaullah və Əbdül-Bəhanın yazılarından çıxarışların toplanması və nəşri ilə də məşğul olurlar.

Bəhai dininin banisi Bəhaullah, ardlcıcılları tərəfindən ən müqəddəs kitab hesab edilən, həmçinin qanun kitabı olaraq qəbul edilən Kitab-i-Aqdasdə, ilk Ümumdünya Ədalət Evinin təşkili barədə yazır və funksiyalarını müəyyən edir. Administrativ vəzifələr barədə Bəhaullahın yazılarında izah olunub, həmçinin "Bəhaullaın Lövhlər"ində rast gəlmək olar. Bəhaullah yazılarında Ümumdünya Ədalət evinin din üzərində hakim olması və özünün qeyd etmədiyi suallara, nəzər yetirməsi barədə buyurmuşdur; O, bu qurumun üzvlərinin, ilahi ilhamla, bütün insanları diqqətdə saxlayacağını və şərəfini qoruyacaqlarını qeyd edir.

Daha sonra, Əbdül-Bəha, Bəhaullahın oğlu və davamçısı, özünün Əhd və Vəsiyyətnaməsində, funksiyaları barədə və heyətinin seçilməsi barədə ətraflı izah etmişdir. O, Ümumdünya Ədalət Evinin, Bəhaullahın qoruması altında olduğunu, onların səhvsiz olması və ona itaətin vacib olduğunu qeyd etmişdir.

Kərmil dağında Ümumdünya Ədalət Evinin görüntüsü

Ümumdünya Ədalət Evi üç mərhələdən ibarət, gizli səs vermə ilə dünyanın hər tərəfindən yetkin yaşda (21+) olan bəhailər tərəfindən seçilir. Ümumdünya Ədalət Evi namizədsiz, təşviqat kompaniyası olmadan seçilir və bütün yetkin yaşda olan kişi bəhailərinin seçilmək hüququ vardır. Bu kollektiv, hər beş ildən bir qurultay zamanı, bütün ölkələrdən olan Milli Ruhani Məhfil və ya Regional Ruhani Məhfil üzvləri tərəfindən seçilir. Müxtəlif ölklərin Milli Ruhani Məhfil üzvləri, hansı ki, onlar da həmçinin öz ölkələrində bəhailər tərəfindən seçiliblər, yetkin yaşa çatmış doqquz kişi bəhaiyə səs verirlər. Müəyyən səbəbdən iştirak etməyən seçici səsini poçt vasitəsilə və ya qurultay üzvlərinin təsdiqi ilə verə bilər. Ən çox səs alan doqquz nəfər Ümumdünya Ədalət Evinə üzv seçilir. Qadınlar bu quruma seçilmir. Əbdül-Bəha qeyd edir ki, bunun səbəbi gələcəkdə məlum olacaq, həmçinin qadın və kişi ruhani baxımdan bərabərdirlər. Daha çox məlumat üçün Bəhai dini:Gender bərabərliyi səhifəsinə daxil olun.

Orqanın qüsursuzluğu

[redaktə | mənbəni redaktə et]

Bəhailərin inancına görə Ədalət Evi Allahın ona bəxş etdiyi qüsursuzluq və səhvsizlik xassəsinə malikdir.

Əbdül-Bəha Abbas yazır:

"Mütləq qüsursuzluq yalnız və yalnız İlahi Zühurlara (Peyğəmbərlərə) məxsusdur. Qazanılmış qüsursuzluq isə hər bir müqəddəs ruha bəxş edilə bilər. Məsələn, Uca Ədalət Evi, əgər zəruri şərtlər daxilində, bütün xalqlardan və millətlərdən seçilmiş üzvlərin iştirakı ilə qurularsa, O, Allahın rəhbərliyi və himayəsi altında olacaqdır. Əgər həmin Ədalət Evi, yekdilliklə və ya səs çoxluğu ilə qərar çıxaracaqsa, həmin qərar səhvdən qorunacaqdır. Ədalət Evinin üzvlərinə qüsursuzluq xas deyil, amma bu bütöv təsisat Allahın doğru rəhbərlik və himayəsi altındadır; bu bəxş olunmuş qüsursuzluqdur."

"Bişarat" lövhündə Bəhaullah Ümumdünya Ədalət Evinə hakimiyyətin idarəsini bəxş edir və rəhbərliyində qüsursuz olacağını vəd edir:

"Allahın Ədalət Evinin üzvləri insanların işlərinə görə məsuliyyət daşıyırlar. Onlar, həqiqətən, Allahın bəndələri arasında Onun qəyyumlarıdır və Onun ölkələrində hakimiyyətin dan ulduzlarıdır. Ey Allahın bəndələri! Bu dünyanı idarə edən Ədalətdir. Zira onu iki sütun saxlayır: təltif(mükafat) və cəza. Bu iki sütun dünya üçün həyat mənbəyidir. Hər günün bir yeni müşkülü və hər bir müşkülün uyğun həlli olduğu üçün bu işlərdə Uca Ədalət Evinə müraciət edilməlidir ki, onlar zamanın tələbinə və ehtiyacına uyğun olaraq hərəkət edə bilsinlər. Allah yolunda Onun Əmrinə xidmət edən kəslər gözəgörünməz səltənətdən İlahi ilham alanlardır. Onlara itaət etmək hər bir kəsin borcudur…"

Bəhaullah "Kəlimət-i-Firdovsiyə" lövhündə yazır:

"Ədalət Evinin qəyyumlarının üzərinə Kitabda açılmamış məsələlərlə bağlı biri-biriləri ilə məşvərət etmək və razılığa gəldiklərini həyata keçirmək vəzifəsi qoyulmuşdur. Həqiqətən, Allah onların arzularına ilham verir. O, həqiqətən İlhamverən və Hərşeyi biləndir".

Əbdül-Bəha Abbas da Öz Yazılarında Ədalət Evinin hakimiyyətini və qüsursuzluğunu təsdiq etmişdir: "Müqəddəs və gənc budaq – Allah Əmrinin Mühafizi (Şövqi Əfəndi), həmçinin dünya səviyyəsində seçilməli olan Uca Ədalət Evi – hər ikisi Əbha gözəlliyinin qayğı və himayəsi, Əbədi Camalın və Ən Uca olanın (qoy mənim canım onlara fəda olsun) mühafizəsi və doğru rəhbərliyi altındadır. Onların bütün qərarları Allahdandır. Kim ona və onlara itaət etmirsə, Allaha itaət etmir, kim onlara qarşı qiyam edirsə, Allaha qarşı qiyam etmiş olur, ona qarşı çıxan Allaha qarşı çıxır, kim onunla münaqişə edirsə, Allah ilə münaqişə edir, onu inkar edən kəs Allahı inkar etmiş olur, kim ona inamını itirirsə, Allaha inamını itirmiş olur. Kim ondan uzaqlaşırsa və özünü ondan ayırırsa və kənara çəkilirsə, əslində öz Allahından uzaqlaşmış, ayrılmış olur…"

Sonra Əbdül-Bəha bir lövhdə buyurur:

"Qoy elə təsəvvür yaranmasın ki, Uca Ədalət Evi bütün qərarları özünün baxış və konsepsiyalarına uyğun olaraq qəbul edəcək. Allah qorusun! Uca Ədalət Evi qərarların qəbulu və qanunların yaradılmasını Müqəddəs Ruhun ilhamı və təsdiqləri ilə həyata keçirəcəkdir, çünki o, Əbədi Gözəlliyin himayə və mühafizəsi altındadır və onun qərarlarına itaət əsas vəzifə və borcdur və heç kim ondan yayına bilməz."

Ümumdünya Ədalət Evinin üzvləri Allah köməyinin mövcudluğunu həmişə söyləyirlər. Onlar belə düşünürlər ki, Ümumdünya Ədalət Evinin qərarları Allah tərəfindən istiqamətləndirilir. Onlar öz seçicilərinə aşkar şəkildə bildirirlər ki, bu Ali Orqanda xidmət etməyə layiq deyillər. Lakin bununla belə, bu cür ağır məsuliyyətin yükünü böyük əminliklə öz çiyinlərinə götürürlər.

Ümumdünya Ədalət Evinin üzvü olmaq yalnız kişilərə icazə verilmişdir. Bəhaullah Ümumdünya Ədalət Evini yaradarkən nəzərdə tutulurdu ki, ona üzv kimi kişilər daha əlverişlidir. Bəhaullahın bu fikrindəki müdriklik bu gün hələ bəhailər üçün aydın deyildir. Əbdül-Bəha Abbas söz vermişdir ki, bu əmrin müdrikliyi yaxın gələcəkdə aydınlaşacaqdır. Lakin Bəhai Yazılarının mətnindən göründüyü kimi, Ümumdünya Ədalət Evi kişilər üçündür.

Bəhaullah və Əbdül-Bəha Yazılarında Ümumdünya Ədalət Evinə bəşəriyyətin maraqlarına uyğun olaraq işləməyi və dünya işlərinin yaxşılaşmasına təsir etməyi məsləhət görürdülər. Bəhaullah "Kəlimət-i Firdovsiyə" lövhündə Ədalət Evinin üzvlərinə aşağıdakı sözlərlə müraciət edir: "Biz Ədalət Evinin üzvlərini müdafiə edirik və onlara əmr edirik ki, qadınların, kişilərin və uşaqların mühafizəsini və təhlükəsizliyini təmin etsinlər. Onların borcudur ki, hər zaman və hər bir şəraitdə insanların maraqlarına böyük diqqət yetirsinlər.

"İşraqat" lövhündə isə O buyurur:

"Dünyanın tərəqqisi, millətlərin rifahı, xalqların əmin-amanlığı və yer üzərində yaşayan bütün insanların asayişi Allahın fərmanları və prinsiplərinə daxildir. Din insanlara hədiyyələrdən ən gözəlini bəxş edir, rifah badəsini təklif edir və əbədi həyat verir və bəşəriyyətə həmişəyaşar nemətlər yağdırır. Dünyadakı başçı və hökmdarların və xüsusən, Allahın Ədalət Evinin qəyyumlarının borcudur ki, bütün qüvvələrini Onun mövqeyinin qorunmasına, maraqlarının həyata keçirilməsinə və dünyanın gözlərində onun durumunun ucaldılmasına cəlb etsinlər".