Poldəşt şəhristanı

Puldəşt (Ərəblər) şəhristanı (fars. شهرستان پلدشت‎‎) — İranın Qərbi Azərbaycan ostanının 17 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Puldəşt (Ərəblər) şəhəridir.

Puldəşt şəhristanı
39°21′ şm. e. 45°04′ ş. u.HGYO
Ölkə
Əhalisi
Əhalisi
  • 42.170 nəf. (2016)[1]
Xəritəni göstər/gizlə
Puldəşt şəhristanı xəritədə
Puldəşt şəhristanı
Puldəşt şəhristanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Puldəşt şəhristanının Qərbi Azərbaycan ostanındakı yerləşimi

Şəhristan Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Babək, KəngərliŞərur rayonları ilə həmsərhəddir.

2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 42,170 nəfər və 11,537 ailədən ibarət idi.[2]

Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.

Şəhristan öz adını inzibati mərkəzi olan Puldəşt şəhərindən alır. Şəhərin əski adı Ərəblər olsa da sonradan 1938-ci ildə farslaşdırılaraq Puldəşt adı verilmişdir. Hazırki rəsmi adı olan Puldəşt farsca "körpü" mənasını verən "pul", və "düz, düzənlik, çöl" mənalarını verən "dəşt" sözlərindən ibarətdir; adın mənası "körpü yanında yerləşən düzənlik" kimi açıqlana bilər.

Puldəşt şəhristanının şəhərləri

[redaktə | mənbəni redaktə et]

Puldəşt şəhristanının bəxşləri

[redaktə | mənbəni redaktə et]
  • Mərkəzi bəxşi
  • İnzibati mərkəzi: Puldəşt (Ərəblər)
    • DEHİSTANLARI:
      • Çaybasar-i Şərqi dehistanı
        • KƏNDLƏRİ: Bəhlulkəndi, Eşqabad, Gingur, Girəkəndi, Kovlus, Muradlı-i Ülya (Yuxarı Muradlı), Pazik, Sarısu, Şidi, Şotlu, Şorbulaq-i Süfla, Təzəkənd, Zəkirli, Zəngənə
      • Zəngibar dehistanı
        • KƏNDLƏRİ: Ağotluq, Əlinəzər, Ağəmirkəndi, Bəhlulabad/Təzəkənd, Dəylankəndi, Fətahkəndi, Hacısufi, Camalabad, Məşədimirzəkəndi, Mollakəndi, Muradlı-i Süfla (Aşağı Muradlı), Muradlı-i Vusta (Orta Muradlı), Nəzərxan, Oruc-i Məhəmmədkəndi, Pənahkəndi, Biləsuvar, Pörnək, Qılınclanmış, Qaracalı, Qaraxocalı, Qarquluq-i Ülya, Qarquluq-i Süfla, Qıyqac, Qırkəndi, Qutan, Saxtıman, Səyyət Askan Əşayir Milad, Təpəbaşı-i Pörnək
  • Araz bəxşi
  • Şəhərləri yoxdur
    • DEHİSTANLARI:
      • Qıclarat-i Qərbi dehistanı
        • KƏNDLƏRİ: Allahverdikəndi, Çaxmaqlı-i Ülya (Yuxarı Çaxmaqlı), Çaxmaqlı-i Süfla (Aşağı Çaxmaqlı), Givan, Kərimabad, Nazik-i Ülya, Nazik-i Süfla, Qoçkəndi, Şirməhəmməd
      • Qıclarat-i Şərqi dehistanı
        • KƏNDLƏRİ: Əzizkəndi, Bəycan, Divanxana, Duday, Qoçlar, Həsənkəndi, İlanlı İncədərəsi, Kərbəlayıbağırkəndi, Nüsrətabad, Qalacıq, Qurşaqlı, Qurşaqlı-i Kürd, Şəhrək-i Araz, Şəbli-i Ülya, Şəbli-i Süfla, Şeyxhəmzəli, Törəmiş
  1. نتایج سرشماری جمعیت به تفکیک تقسیمات کشوری سال 1395.
  2. "Əhalisi". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-20.