Bəhmən Vətənoğlu

Abbasov Bəhmən Kalış oğlu (Bəhmən Vətənoğlu) (31 dekabr 1932, Seyidlər, Kəlbəcər rayonu30 sentyabr 2004, Gəncə) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998).[1]

Bəhmən Vətənoğlu
Bəhmən Kalış oğlu Abbasov
Doğum adı Bəhmən Abbasov
Doğum tarixi
Doğum yeri Seyidlər, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili ADU Tarix fakültəsi
İxtisası tarixçi
Fəaliyyəti şair
Əsərlərinin dili azərbaycanca
İlk əsəri "Dəyişməmişəm" (şeir, 1958)

Bəhmən Vətənoğlu 1932-ci il[2] dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlmişdir. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışmış (1951-1955), kənd kitabxanasında müdir olmuşdur (1955-1960).

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində (qiyabi) təhsilini davam etdirmişdir (1960-1965). Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilmişdir (1965-1970). Seyidlər kənd orta məktəbində direktor olmuşdur (1970-1993).

Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləmişdir (1993-2004).

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri "Dəyişməmişəm" 1958-ci ildə Kəlbəcər rayon qəzetində ("Yeni həyat uğrunda") dərc olunmuşdur. Respublika mətbuatında vaxtaşırı çıxış etmişdir. 1998-ci ildən AYB-nin üzvüdür. "Haqqa qardaş yaranmışam" (1985), "Allahsız dünya" (1992) "Vətən bizi bağışlamaz" (1995), "Qaldı ürəyimdə dağı dağların" (1997) şeir topluları nəşr olunmuşdur.Bəhmən Vətənoqlu 2004-cu il sentiyabrın 30-da beyninə qan sızaraq dünyasını dəyişmişdir. Gəncə şəhərində qələm dostları Qəmkeş Allahverdi, Sücaət uyuyan məzarlıqda torpaqa tapşırılmışdır.

  • "Haqqa qardaş yaranmışam" (1985),
  • "Allahsız dünya" (1992)
  • "Vətən bizi bağışlamaz" (1995),
  • "Qaldı ürəyimdə dağı dağların" (1997)
  • "Nə yaman aldatdın Bəhməni, dünya"
  • Bir ömürün bir ili
  • İnsanam insana yazığım gəlir
  • Allahsız dünyaya gül vətənoğlu
  • Ömrün yetmişindən yüzünə doğru
  • Bəlkə bir də bitdim ək məni dünya
  • Əli Uluxanlı. "Murovun başında qəbrim olaydı" (məqalə), Dünya qəzeti. 28 yanvar 2011-cu il. № 32-33, səh.15.
  • Zakir Şəhriyaz, "Bəhmən həsrətiynən, Bəhmən eşqiynən", Bütöv Azərbaycan qəzeti, №42(174), 5-11 dekabr 2012-ci il. səh.7.
  1. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  2. "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.