Ələsov Zakir Ələs oğlu (Zakir Şəhriyaz) (10 oktyabr 1954, Qızılgül kəndi) — şair, Azərbaycan Aşıqlar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı və "Ustad sənətkar" mükafatları laureatı. "Dərələyəz" qəzetində poeziya şöbəsinin müdiri.
Zakir Şəhriyaz | |
---|---|
Zakir Ələs oğlu Ələsov | |
Doğum adı | Zakir Ələsov |
Doğum tarixi | |
Doğum yeri | Qızılgül, Dərələyəz mahalı, Ermənistan SSR, SSRİ |
Fəaliyyəti | yazıçı, şair, publisist |
Üzvlüyü |
Zakir Şəhriyaz 10 oktyabr 1954-cü ildə Dərələyəz mahalının Qızılgül kəndində anadan olub[1]. 7 illik məktəbi doğma kəndində, orta məktəbi isə Qovuşuq kəndində bitirib.
1973-1975-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra həyatını Bakı şəhəri ilə bağlayıb. 1975-ci ildə 79 saylı peşə məktəbinə daxil olub. 1975-1982-ci illərdə Bakı Kondisionerləri Zavodunda, 1982-ci ildən 2011-ci ilin dekabrına qədər isə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda işləmişdir.
18 yaşına qədər Dərələyəz mahalında yaşayan Zakir bədii yaradıcılığa orta məktəb illərindən başlayıb. Haqqında Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Xalq yaradıcılığı" baş redaksiyasında radio verilişlər hazırlanmışdır.
Azərbaycan Aşıqlar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı diplomu və "Ustad sənətkar" ali jurnalist mükafatları laureatıdır. "Dərələyəz" qəzetində poeziya şöbəsinin müdiridir.[2]
Hal-hazırda Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayır və bədii yaradıcılığını müntəzəm davam etdirir.
Ələs və Sonanın ailəsində doğulan Zakir Şəhriyaz 1979-cu ildə ailə həyatı qurub. 2 oğlu, 1 qızı və 5 nəvəsi var.