Bəhramşah Qəznəvi

Bəhramşah Qəznəvi - Qəznəvilərin on dördüncü sultanı. Xarici siyasətdə müstəqil olmamış, Sultan Səncərin vassalı olaraq hakimiyyət sürmüşdür.

Bəhramşah Qəznəvi
یمین الدولہ
ƏvvəlkiArslanşah Qəznəvi
SonrakıXosrovşah Qəznəvi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qəznə
Vəfat tarixi
Vəfat yeri Qəznə
Dəfn yeri Qəznə
Atası Sultan Məsud Qəznəvi
Uşağı Xosrovşah Qəznəvi
Ailəsi Qəznəvilər sülaləsi
Dini Sünnilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakimiyyətə gəlişi

[redaktə | mənbəni redaktə et]

Arslanşaha qarşı mübarizəsində Səffari əmiri Tacəddin Əbül FəzlSultan Səncərdən yardım alan Bəhramşah 1118-ci ildə sultan olmuşdu.

1119-cu ildə Arslanşaha sadiq qalan Lahor hakimi Əbu Hatim Məhəmmədin üsyanı üzərinə Hindistana gedən Bəhramşah onu və 17 oğlunu öldürərək dövləti stabilləşdirdi. 1149-cu ildə Qəznəyə sığınmış olan Qütbəddin Məhəmməd Qurinin zəhərlənməsi Qurilərin başçısı Əlaəddin Qurini əsəbləşdirdi, o Qəznəyə hücum etdi, şəhəri yeddi gün, yeddi gecə yandırdı. Səbuk Təkin, Sultan Məsud Qəznəviİbrahim Qəznəvi istisna olmaqla bütün Qəznəvilərin qəbirləri və kitabxanalar yandırıldı. Bəhramşah Hindistana qaçdı. 24 iyun 1152-ci ildə Sultan Səncər Quriləri məğlub edərək Qəznəni yenidən Bəhramşaha verdi. Bəhramşah hələ 5 il sultanlıq etsə də Qəznənin xarabaya çevrilməsi dövlətin süqutunu sürətləndirdi.