Bəhram Gurun əjdahanı öldürməsi

Bəhram Gurun əjdahanı öldürməsi - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Məhəmməd Zaman tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatür əlyazmasına sonradan əlavə edilmişdir.[1] Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır.[2]

Bəhram Gurun əjdahanı öldürməsi
Rəssam Məhəmməd Zaman
Tarixi 16751676[1]
Üslubu İsfahan miniatür məktəbi
Saxlanıldığı yer Britaniya Milli Kitabxanası

Əsərdə şərq miniatürlərinə xas olan kompozisiyanın ənənəvi sistemi dəyişdirilmişdir.[3] Atlı Bəhram, ön planda qabarıq verilmiş caib əjdahaya ox atır. Arxa planda ağaclı dağlar və Avropa tipli bir ev görünür. Rəssam şərq üslubunu yalnız Bəhramın geyimində və surətində saxlamışdır.[3]

1675-ci ildə Bəhram Gurun əjdahanı öldürməsi mövzusunda miniatür işləmiş Məhəmməd Zaman, İtalyan rəssamlığından təsirlənmişdir.[4] Nadir Zamanov qeyd edir ki, "İtaliyada təhsil almış bu rəssamın yaradıcılığında klassik miniatür üslubu ilə realistik Avropa boyakarlığının xüsusiyyətləri birləşir." [3] İvanovun fikrincə isə, Məhəmməd Zaman İsfahanda hansısa italyan rəssamdan təhsil almışdır. Onun II Şah Abbas tərəfindən təhsil üçün İtaliyaya göndərilməsi və orada katolisizmi qəbul etməsi isə əfsanədir.[4]

Bu mövzuya M. Zamandan əvvəl Behzad və Qasım Əli müraciət etmişdir.[3]

  1. 1 2 Landau, Amy S. From Poet to Painter: Allegory and Metaphor in a Seventeenth-Century Persian Painting by Muhammad Zaman, Master of Farangī-Sāzī (PDF) (Muqarnas: An Annual on the Visual Culture of the Islamic World 28). 2011. 101–132.[ölü keçid]
  2. "Khamsah of Nizami". bl.uk. Britaniya Milli Kitabxanası. 2016-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2017.
  3. 1 2 3 4 Zamanov, 1981. səh. 55
  4. 1 2 History of Civilizations of Central Asia: Development in contrast : from the sixteenth to the mid-nineteenth by Chahryar Adle, Irfan Habib
  • Zamanov, Nadir. Nizami poeziyası və təsviri sənət (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Bakı: Elm. 1981. səh. 190.