Bəhram Hüseynov

Bəhram Bəhlul oğlu Hüseynov (4 iyun 1956, Bakı10 fevral 2023) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti.

Bəhram Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 4 iyun 1956(1956-06-04)
Doğum yeri
Vəfat tarixi 10 fevral 2023(2023-02-10) (66 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Tərəqqi" medalı

Bəhram Hüseynov 1956-cı il iyun ayının 4-də Bakı şəhərində anadan olmuşdur.

1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu "Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı" ixtisası üzrə bitirmişdir və həmin ildən Qum adası dənizdə qazma işləri idarəsində geoloq və geoloji şöbənin böyük geoloqu vəzifələrində çalışmışdır. 1988-ci ilin iyulundan "Xəzərdənizneftqaz" İB İstehsalat Birliyində baş ofisində Neftqaz yataqlarının kəşfiyyatı üzrə geoloji şöbəyə böyük geoloq vəzifəsinə keçirilmiş, 1992-ci ildən geoloji şöbənin rəis müavini vəzifəsində çalışmışdir. 1993–1994-cü illərdə ABŞ-nin Amoko şirkətinin Talsa şəhərində olan elmi-tədqiqat mərkəzində ezamiyyətdə olmuş və birgə layihədə iştirak etmişdir. Ezamiyyətdən qayıtdıqdan sonra Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində əmək fəaliyyətini işini davam etdirmişdir. 1995-ci ilin may ayından Azərbaycan Beynəlxalq Əməliyyat Sirkətində vitse-prezidentin müşaviri vəzifəsində, 1997-ci ilin iyun ayından geoloji şöbənin böyük geologu vəzifəsində çalışmışdır. 1998-ci ilin iyunundan BP şirkətinin operatoru olduğu "Şahdəniz" layihəsində geolojı kəşfiyyat qrupunun rəhbəri vəzifəsinə qəbul edilmişdir. 2000-ci ilin martından 2002-ci ilin dekabr ayına qədər BP-nin Böyük Britaniyanıin London ofisində ezamiyyətdə olmuş və "AÇG" yataqlarının II və III fazalarının işlənməsinin geologiya, geofizika və lay mühəndisliyi layihə qrupunun rəhbəri vəzifəsində çalışmışdır. 2002-ci ilin dekabrından 2011-ci ilin yanvarına qədər Bakıda BP-nin operatorluq etdiyi "AÇG" yatağının işlənməsi layihəsində geolojı qrupun rəhbəri, kəşfiyyat bölümündə yeni quyu planlaşdırılması (New well planning) qrupunun rəhbərı, "Azəri" yatağında hasilatın idarə olunması (Base management) qrupunun rəhbəri, "Azəri" yatağında yeni quyuların layihələndirilməsi və yerinə yetirilməsi (New well delivery) qrupunun rəhbəri vəzifələrində çalışmışdır. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür. 2011-ci ilin yanvarından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.[1]

  1. (Azərbaycan). socar.az http://www.socar.az/socar/az/company/management/Vice-President-for-Geology-and-Geophysics (#bare_url_missing_title). 2019-06-27 tarixində arxivləşdirilib.