Altı nömrəli palata tammetrajlı televiziya tamaşası rejissor Bəhram Osmanov tərəfindən 1994-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Filmdə hadisələr paslanmış, ətrafı köhnə xarabalıqlarla əhatələnmiş bir yerdə yerləşən 6 bömrəli palatada baş verir. Əsas rolları Abbas Qəhrəmanov, Ayşad Məmmədov, Elxan Ağahüseynoğlu, Qurban İsmayılov və Elxan Quliyev ifa edirlər.
Altı nömrəli palata | |
---|---|
Janr | dram |
Rejissor | Bəhram Osmanov |
Prodüser | Ramiz Həsənoğlu |
Əsərin müəllifi | Anton Çexov |
Ssenari müəllifi | Bəhram Osmanov |
Baş rollarda |
Abbas Qəhrəmanov Ayşad Məmmədov Elxan Ağahüseynoğlu Qurban İsmayılov Elxan Quliyev |
Operator | Eldar Məmmədov |
Rəssam | Oqtay Quliyev |
İstehsalçı | Azərbaycan televiziyası ("Sabah" eksperimental yaradıcılıq emalatxanası) |
Filmin növü | tammetrajlı televiziya tamaşası |
Müddət | 74 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1994 |
Rəng | rəngli |
Filmdə hadisələr paslanmış, ətrafı köhnə xarabalıqlarla əhatələnmiş bir yerdə yerləşən 6 bömrəli palatada baş verir. Buradakı xəstələr unudulmuş, tərk edilmiş xəstələrdir. Onlara kimsə baş çəkmir. Hər bir xəstənin özünəməxsus xəstəliyi var: biri gecə-gündüz qüssə içində olur, biri səhərdən -axşama kimi küçələrdə dilənir, hamıya qulluq edir, yoldaşlarına su verir, bütün bu xidmətləri yazığı gəldiyi üçün və ya humanistliklə etmir, yalnız bunu etmək istəyir vəssalam. Palatada gənc xəstə olan İvan isə bura təqibolunma xəstəliyindən əziyyət çəkdiyi üçün salınır. Çox savadlı olan, mütaliə etməyi sevən İvan çox acılar çəkmişdir: ilk öncə universitetdə oxuyarkən atasını itirmiş, daha sonra isə anasını. Pulsuzluqdan əziyyət çəkmişdir. Bir gün küçə ilə addımlayarkən ona elə gəlir ki, kimsə onu izləyir, arxasına düşüb, beləcə onda bu fobiya yaranır və nəticədə isə onu bu palataya salırlar.
Dövrün tibbi şəraitinin pis olması, dəlilərə laqeyd yanaşılma, həqiqətin ayaq altına alınması və.s filmdə yer almışdır. Həyatda daim əzab-əziyyət görən İvan Dmitriç və hər şeyə laqeyd yanaşan, sionist Andrey Yefimiç. Eyni zamanda xəstəxanadakı digər xəstələr, onların davranışı əsərdə olduğu kimi filmdə də çox mükəmməl təsvir olunmuşdur.
Film Anton Çexovun əsəri əsasında çəkilib.
Əsərin müəllifi: Anton Çexov
Ssenari müəllifii: Bəhram Osmanov
Rejissori: Bəhram Osmanov
Operatori: Eldar Məmmədov
Rəssami: Oqtay Quliyev
Prodüseri: Ramiz Həsənoğlu
Abbas Qəhrəmanov — Ragin
Ayşad Məmmədov
Elxan Ağahüseynoğlu
Qurban İsmayılov
Elxan Quliyev
Rəzzaq Məmmədov
Azərbaycan filmlərinin siyahısı
1994-cü ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı