Ac həriflər (film, 1993)

Ac həriflərƏbdürrəhim bəy Haqverdiyevin 1911-ci ildə yazdığı eyniadlı pyesi əsasında rejissor Ramiz Həsənoğlu tərəfindən 1993-cü ildə ekranlaşdırılan tammetrajlı bədii televiziya film-tamaşası. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşada hadisələr Həsən dayının(Yaşar Nuri) yeməkxanasında cərəyan edir. Həmin gün Həsən dayının heç bəxti gətirmir. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Film-tamaşada əsas rolları Yaşar Nuri, Cahangir Novruzov, Nazim Abbas, Tofiq Tağızadə, Bəhram Osmanov, Hüseynağa Atakişiyev, Kərim Kərimov, Məmmədkamal Kazımov, Arif MədətovƏdalət Ziyadxanov ifa edirlər.

'Ac həriflər'
Janr komediya
Rejissor Ramiz Həsənoğlu
Əsərin müəllifi Əbdürrəhim bəy Haqverdiyev
Ssenari müəllifləri Ramiz Həsənoğlu
Şərif Qurbanəliyev
Baş rollarda Yaşar Nuri
Cahangir Novruzov
Nazim Abbas
Tofiq Tağızadə
Bəhram Osmanov
Hüseynağa Atakişiyev
Kərim Kərimov
Məmmədkamal Kazımov
Arif Mədətov
Ədalət Ziyadxanov
Operator Eldar Məmmədov
Bəstəkar Cavanşir Quliyev
Rəssam Rəfael Əsədov
İstehsalçı "Sabah" eksperimental yaradıcılıq emalatxanası
İlk baxış tarixi 1993
Filmin növü tammetrajlı bədii televiziya film-tamaşası
Müddət 64 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1993
Rəng rəngli

Film-tamaşada hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının (Yaşar Nuri) yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli (Bəhram Osmanov) buraya gələn "ac həriflər"in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi də gülüş doğurur. Bu yeməkxanaya gələnlərin hərəsi bir sənətin sahibidirlər. Müştərilər içərisində "quru bəylər" də az deyil. Lakin onların heç biri yediyinin pulunu vermək istəmir. Dövrün "ac hərifləri" öz kələkləri ilə Həsən dayını aldatmaqla gülüş hədəfinə çevrilirlər.[1] Özü demişkən: Çörəyi yeyən qaçır…

Film-tamaşa "Humay" mükafatına layiq görülmüşdür.[2]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Əsərin müəllifi: Əbdürrəhim bəy Haqverdiyev
Ssenari müəllifi: Ramiz Həsənoğlu, Şərif Qurbanəliyev
Rejissor: Ramiz Həsənoğlu
Operator: Eldar Məmmədov
Rəssam: Rəfael Əsədov
Bəstəkar: Cavanşir Quliyev

Yaşar Nuri — Həsən dayı; çəkməçi; şəhər sakini; qəzet oxuyan
Cahangir Novruzov — dərviş; çarşaflı qadın; qorodovoy
Nazim Abbas — İbrahim bəy; məşədi
Tofiq Tağızadə — mirzə Mahmud
Bəhram Osmanov — Zərbəli; falçı; kərbəlayi
Hüseynağa Atakişiyev — aktyor; rus kişi
Kərim Kərimov — Süleyman; məşədi
Məmmədkamal Kazımov — Səlman; meyxana deyən
Arif Mədətov — türk; Hacı Salman
Ədalət Ziyadxanov — mirzə
Vaqif Əsədov — Əhməd; "kor" kişi
Yusif Əkbərov — Rza
Anaxanım Abdullayeva — "əcnəbi"
Şamil Nəcəfzadə — ingiliscə danışan azəri

  1. ""Ac həriflər" tamaşası xalq teatrının səhnəsində". 2018-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-12.
  2. "RAMİZ HƏSƏNOĞLU". 2019-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-12.

Azərbaycan filmlərinin siyahısı
1993-cü ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı