Bəkir Yusifov

Bəkir Yusifov (1956, Laçın) — Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri.

Bəkir Yusifov
Bəkir Aslan oğlu Yusifov
Doğum tarixi
Doğum yeri Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Aslan Yusifov
Milliyyəti azərbaycanlı
Təhsili Ali
Mükafatları "Tərəqqi" medalı — 2005 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2015

Həyatı[redaktə | mənbəni redaktə et]

Bəkir Yusifov 1956-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1983-cü ildə V.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) bitirmişdir.

Əmək fəaliyyətinə 1977-ci ildə fəhlə kimi başlamış, texnik-konstruktor, 1981-1984-cü illərdə 10№-li texniki peşə məktəbində azad tələbə həmkarlar ittifaqı komitəsinin sədri, təlim-tərbiyə işləri üzrə direktor müavini, Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir.

16 iyul 1993-cü ildə Aviasiya işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK Məclisinin və İcraiyyə Komitəsinin üzvüdür.

2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı,[1] Rusiya Mülki Aviasiyasının 80 illik, 85 illik yubiley medalları, Rusiya Müstəqil Həmkarlar İttifaqlarının 100 illik medalı, Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının "Həmkarlar ittifaqları hərəkatındakı fəaliyyətinə görə" gümüş medalı, Belarus Həmkarlar İttifaqları Federasiyasının "100 illik" medalı, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının "Şərəf nişanı" ilə təltif edilmişdir.

Milli Aviasiya Akademiyasının dissertantıdır, 6 monoqrafiyanın müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Bəkir Aslan oğlu Yusifov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[2]

Evlidir. İki övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI ƏMƏKDAŞLARININ "TƏRƏQQİ" MEDALI İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.
  2. Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları təltif edilib - SİYAHI [ölü keçid]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Bəkir Yusifov -Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Arxivləşdirilib 2017-02-22 at the Wayback Machine