Bələdiyyə istiqrazlarının sığortalanması

Bələdiyyə istiqrazlarının sığortalanması (Municipal bond insurance) Bələdiyyə istiqrazlarına investisiya qoyan investorların yerli hakimiyyət orqanlarının öz öhdəliklərini yerinə yetirməməsi risklərindən sığortalanması. Adətən, bu alət kredit reytinqinin yüksəldilməsi məqsədilə istifadə olunur. Bələdiyyə istiqrazlarının sığortalanması ideyası 1971-ci ildə Amerika sığorta istiqrazları korporasi yası (hazırda Amerika bələdiyyə istiqrazlarının sığortalanması və zəmanəti korporasiyası) tərəfindən irəli sürülmüşdür.[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2010, s.43