Banu Məzyəd (ərəb. بنو مزيد) və ya Məzyədilər mərkəzi İraqda ərəb şiə sülaləsi idi. Onlar Banu Əsəd qəbiləsinin Naşirə qəbiləsinə mənsub idilər. Onlar təxminən 961-ci ildən 1160-ci ilə qədər Kufə və Hit ətrafındakı ərazidə muxtar əmirlik idarə edirdilər.
- 961–1017 : Səna əd-Dövlə Əli (I) ibn Məzyəd əl-Əsədi ən-Naşiri
- 1017–1082 : Nur əd-Dövlə Əbul-Ə'zz Dubays (I) ibn Əli
- 1082 –1086 : Əbu Kamil Bəha əd-Dövlə Mənsur ibn Dubays
- 1086–1108 : Seyf əd-Dövlə Fəxrəddin Əbülhəsən Sədəqə (I) ibn Mənsur
- 1108–1135 : Nur əd-Dövlə Əbu 'l-Ə'zz Dubays (II) ibn Sədəqə
- 1135-1138 : Seyf əd-Dövlə Sədəqə (II) ibn Dubays
- 1138-1145 : Məhəmməd ibn Dubays
- 1145-1150 : Əli (II) ibn Dubays
- 1150–???? : Mühəlhil ibn Əli