Bərdax

Bərdax (əsl adı: Berdimurad Kaqabaylı qaraq. Berdaq, Бердақ; 1827[1][2][…], Xivə xanlığı1900[1][2][…], Qaraqalpaqıstan Respublikası) — qaraqalpaq şairi.

Bərdax
Doğum tarixi 1827[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1900[1][2][…]
Vəfat yeri
Fəaliyyəti şair
Əsərlərinin dili Qaraqalpaq dili
Vikimənbənin loqosu Bərdax Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaraqalpaqların konqrat qəbiləsinə mənsub olan Berdimurad Kaqabaylı 1827-ci ildə Aral ətrafında doğulub. Kiçik yaşlarında valideynlərinin hər ikisini itirməsi onun həyatla erkən tanış olmasına səbəb olub. Kənd məktəbində oxuduğu vaxtlarda çobanlıqla da məşğul olurdu. Mədrəsədə təhsil aldıqdan sonra varlı ailələrin övladlarına dərs deyərək pul qazanmağa başladı. Təhsilini mədrəsədə davam etdirərkən, türk və şərq ədəbiyyatı klassikləri ilə tanış olması gənc yaşlarında yaradıcılığa həvəs göstərməsinə vəsilə oldu. Türk ləhcələrini və ərəb fars dillərini dərindən mənimsəməsi şairin yaradıcılığını inkişaf etdirməsinə şərait yaradırdı.

İlk şeirini 13 yaşında qələmə alan Berdimurad Kaqabaylı Bərdax təxəllüsü ilə illər sonra Qaraqalpaq ədəbiyyatında möhürünü vuran şairə çevriləcəkdi. Mübaliğəsiz demək olar ki, həm poeziyadan, həm də etnoqrafiyadan uğurla bəhərlənən Bərdax, yaradıcılığı ilə Qaraqalpaq ədəbiyyatında zirvəyə çevrilməyə nail oldu. Yaradıcılığa erkən başlasa da, Qaraqalpaq xalqı onu qəbul etmiş və o, bu xalqın ədəbiyyatının fəxrinə çevrilmişdi. O, dövrünün görkəmli şəxsiyyətlərindən idi.

Yaradıcılığı XX əsr ədəbiyyatının formalaşmasında xüsusi rola malikdi. Bərdax zamanının bilikli insanlarından idi. Onun əsərlərinin ruhu oxucuda xüsusi bir iz buraxmağa qadirdir. Bərdax yaradıcılığının qüdrətini nəzərə alaraq onu Nəvai, Füzuli ilə müqayisə etsək heç də yanılmarıq.

Bərdax əsl xalqın şairi idi. Bu fikrin doğruluğunu onun yaradıcılığına nəzər saldıqda görmək mümkündür. Şair xalqın taleyindən daim narahat idi. Onun mənsub olduğu Qaraqalpaqlar tarix boyu əziyyətlər çəkmiş köçəri həyat sürmüş və öz həyatlarını qazanmağa çalışmışdılar. Köçəri həyat sürmələri və vahid dövlət yarada bilməmələri onların düşmənlərə qarşı birgə mübarizə aparmağına mane olurdu. Qaraqalpaqlar da bəzi türk dövlətləri kimi uzun zaman qəbilə formasında yaşamışlar. Bu da onların vahid dövlət halında birləşməsinə mane olurdu. Xalqın bu halına acıyan şair, “Düşünmə”, “Xalq üçün”, “Nadan olma”, Keçdi dünyadan”, “Zamanda” şeirlərində onları birləşməyə, vahid güc halında mübarizə aparmağa səsləyirdi.

Qaraqalpaqlar, zaman-zaman ərəblərin və daha güclü türk dövlətlərinin hücumuna məruz qalırdılar. Yadelli işğalları yalnız müharibə, itki demək deyildi. Həm də işğaldan sonra vergilərin artırılması, xalqın vəziyyətinin daha da ağırlaşması idi. Bərdaxı xalqın bu halı çox narahat edirdi. İctimai məsələləri uyğun bədii lövhələrlə ifadə edən şair vergilərin artırılması nəticəsində xalqın necə zülm çəkdiyini “Vergi”(“Salık” ) şeirində göstərməyi bacarmışdı.

İldən ilə pisləşdi, ağır zamanlar gəldi
Heç bir kasıb qalmadı, vergi on qata qalxdı

.

Bərdax zülümkarlara nifrət edirdi. Xalqın əzilməsinə fəlsəfi fikirləri ilə etiraz edərək “Olmamış” (“Bolğan emes”) şeirini yazır:

Kimisi acdırsa, kimisi toxdur
Toxun qayğısı, kasıbın yuxusu yoxdur

Qaraqalpaqların nəsillərinə nəzər saldıqda ötən dövrlərin onlar üçün necə çətin keçdiyinin şahidi oluruq. ərəblərin hökmranlıq etdiyi dövrlərdə ərəblər qəbilələr şəklində yaşayan türk ellərinə “Peyğəmbərin səhabələri” simasında iki şəxs göndərirlər. Qazaxlara Enes Qaraqalpaqlara isə Məlik adlı şəxs rəhbərlik edir. Bu tarixi məlumatı Bərdaxın “Şəcərə” ( “Şəjirə”) şeirində də əldə edirik:

Enes Melik iki kişi
Peyğəmbərin səhabəsi

Bərdaxın söz qılıncı kəsərli idi. O, öz yaradıcılığı ilə xalqı mübarizəyə səsləyirdi. Zülmkarlara qarşı daim barışmaz mövqe tutan Bərdax zəngin poetik ifadələrlə bu mövqeyini ortaya qoymağı bacarırdı. Şairi qadın hüquqsuzluğu dərindən narahat edirdi. “Gəlin”, “Mənim zamanım”, “Qəm etmirəm” kimi əsas leytmotivini qadın təşkil edən şeirlərində qadına yüksək dəyər verən şair onun əzilməsinə poetik etirazını bildirirdi.

Bərdax yaradıcılığına ümumi nəzər saldıqda onun yalnız bir istiqamətli deyil, çoxşaxəli inkişaf etdiyinin şahidi oluruq. Bərdaxa yalnız şair deyə xitab etmək yanlış olardı. O, sözün əsl mənasında, dövrünün mütəfəkkiri idi. Etnoqrafiya ilə dərindən maraqlanan Bərdax, sosial-ictimai mövzulu şeirlər yazmaqla yanaşı dastanlardan da bəhrələnərək əsərlər yaratmışdı. “40 qız dastanı” əsasında yazdığı “Axmaq Paşa”, “Aydos Bıy”, “Aman gəldi” tarixi motivli yüksək bədii dəyərə malik əsərlərdi.

Onun yaradıcılığının cəzbediciliyi türkoloqların, rus mütəfəkkirlərinin gözündən yayınmayıb. Əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. Bu tərcümələr, Bərdaxın Azərbaycan ədəbiyyatındakı Xəstə Qasım, Aşıq Alı, Dədə Ələsgər kimi söz ustaları ilə eyniləşdiyini görməyə imkan verir. Şairin yardıcılığından dilimizə tərcümə edilmiş şeirlər qoşma formasında yazılıb.

Ədəbiyyatda Bərdax adı ilə məşhurlaşan Bərdimurad Kaqabaylı 1900-cü ildə vəfat edib.

  1. 1 2 3 4 Swartz A. Berdaq // Open Library (ing.). 2007.
  2. 1 2 3 4 Berdaq // Faceted Application of Subject Terminology.