Qaraqalpaqlar – kompakt halda Özbəkistanın Qaraqalpaqıstan Respublikasında və az sayda digər ölkələrdə yaşayan türkdilli xalqı.
Ümumi sayı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
550 000 | ||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||
| ||||||||||||
Dili | ||||||||||||
Dini | ||||||||||||
Qohum xalqlar | ||||||||||||
Ərazi əvvəllər Qazaxıstanın, sonralar isə Rusiyanın tərkibində olmuşdur. 1936-cı ildə Özbəkistanın tərkibinə qatılmışdır.
Özbəkistan Respublikasında 2002-ci ildə aparılmış siyahıya almaya əsasən ölkədə yaşayan Qaraqalpakların sayı 504 301 nəfərdir və say baxımından onlar Özbəkistanda özbəklərdən, ruslardan, taciklərdən və qazaxlardan sonra beşinci xalqdır.
Qaraqalpaqlar türk xalqlarının kiçik saylı qruplarından biri olmaqla uzun müddətdir ki, Orta Asiya ərazisində Sırdərya ilə Amudərya çaylarının hövzəsində yaşayırlar, lakin orada qaraqalpaqların sayı 350–400 mindən çox deyil. Qaraqalpaqıstanda əhalinin ümumi sayı isə son siyahıyaalmaya görə, təxminən 1,5 milyondur.
Qaraqalpaqlar çox çətin, əzablı, məşəqqətli aqibət yaşayıblar. Ötən çağlarda qaraqalpaqlara müxtəlif xalqlar tərəfindən olan həmlələr onların sayının azalmasına, ata yurdundan kənar düşmələrinə səbəb olub. Bütün bu səbəblərdən qaraqalpaqların bir hissəsi Yayıq ətrafına, digəri İtil ətrafına, qalan qismi isə Orta Asiya və Ural ərazisindən kənarlaşaraq Əfqanıstana, Pakistana, İrana, Rusiyanın müxtəlif bölgələrinə yayılmışlar.
"Qaraqalpaq" adı tarixi ədəbiyyatda XVI əsrdən çəkilir.