Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Xivə Xanlığı — 1515–1920-ci illər arası Mərkəzi Asiyada tarixi Xarəzm bölgəsində mövcud olmuş türkmən dövləti.
Tarixi dövlət | |||
Xivə xanlığı | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Xivə, Köhnə Ürgənc | ||
Dilləri | Özbək dili, fars dili | ||
Rəsmi dilləri | |||
Dövlət dini | sünni islam | ||
Əhalisi |
|
||
İdarəetmə forması | mütləq monarxiya | ||
Vikianbarda əlaqəli mediafayllar |
150px|thumb|1917-ci ilədək Xivə xanlığının bayrağı thumb|150px| 1917–1920-ci illərdə Xivə xanlığının bayrağı Xanlıq 1740–1746-cı illlər ərzində Nadir şah Əfşar tərəfindən işğal edilmiş və onun ölümünə qədər Əfşar dövlətinə tabe olmuşdur. 1839–1840-cı illərdə rus çarının icazəsi ilə Orenburq hərbi qubernatoru general V. A. Perovski Xivəyə yürüş etmiş, iki aydan çox davam edən döyüşlərdə əsgərlərinin beşdə bir hissəsini itirən Perovski geri qayıtmağa məcbur olmuşdur. Xanlıq 1873-cü il may ayının 29-da Rusiya imperiyası tərəfindən işğal edilmişdir. Xivə hökmdarı olan Əbülqazi Bahadır xan (1643–1665) eyni zamanda tarixçi olmuşdur. O, Türk və türkmən tarixinə aid "Şəcərəyi-Tərakimə" və "Şəcərəyi-Türk" adlı Türk dilində iki kitab yazmışdır. Birinci əsərdə türkmənlərin mənşəyindən, ikinci əsərdə isə hökmdarlıq dövründəki tarixi hadisələrdən bəhs olunur. Bu əsərlər XVIII əsirdə bəzi Avropa dillərinə çevrilmişdir.
Yadigar Şeybani (ve ya Ərəbşahlılar) xanları (1511–1804)[1] Bunlar Çingiz xan soyundan gələn Qıpçaq dilində danışan Türk-Monqollardır.[2]