Bərzaniçilik

Bərzaniçilik (kürd. Barzanîtî ; بارزانییەت)[1]Bərzani tayfasının və Bərzani tayfasından olanların çoxluq təşkil etdiyi Kürdüstan Demokrat Partiyası ilə əlaqəli siyasi ideologiya.

Bərzaniçilik daha çox Mustafa Bərzaninin, qismən də Məsud Bərzaninin düşüncələrinə əsaslanır. Bərzaniçilik sağçı bir ideologiyadır və onun əsas prinsipləri kürd milliyyətçiliyi, populizm, respublikaçılıq, sosial kapitalizm, sosial ədalət, sosial mühafizəkarlıq, antikommunizm, vətənpərvərlikmilli mühafizəkarlıqdır. Dini öz kimliyinin bir parçası kimi təbliğ etməsinə baxmayaraq, dövlətin sekulyar saxlanmasını dəstəkləyir.[2][3][4] Məsud Bərzani və atası Mustafa Bərzani hər ikisi dini tərbiyə almışdılar, çünki Mustafa Bərzani Əbdülsalam Bərzaninin kiçik qardaşı və Nəqşibəndi şeyxləri olan Şeyx Məhəmməd Bərzaninin oğlu idi.[5][6] Məsud Bərzani islamKürdüstanın "bir-birinə bağlı olduğunu" ifadə etmiş, radikal cihadçıların "tolerantlıq, sevgi, sülh və qardaşlıq dini" adlandırdığı islama qarşı "böyük xəyanət" etdiklərini bildirmişdir.[7] Bərzaniçilik kürdlər ətrafında mərkəzləşmiş kürd milliyyətçi ideologiyasıdır, baxmayaraq ki, Kürdüstana vətənpərvər olduqları müddətcə fərqli etnik və dinlərə qarşı ayrı-seçkilik etmir.[8][9]

Bərzaniçiliyi tənqid edənlər bunun traybalizm ideologiyası olduğunu iddia edirlər. Onun dəstəkçiləri bildirmişdir ki, bərzaniçi KDP dövründə Kürdüstan Regionun infrastrukturu modernləşdirilmiş və regiona xarici investisiyalar cəlb edilmiş, təhsil səviyyəsi artmış və turizm inkişaf etdirilmişdir.[10] Kürd siyasətində nərzaniçilik apoçuluq ideologiyasınının ənənəvi rəqibidir. Bərzaniçilər və apoçular arasındakı rəqabət müxtəlif ölkələrdə dəfələrlə silahlı toqquşmalara çevrilmişdir.[11]

  1. Bedraldin, Salah. The Kurdish National Movement in Syria.
  2. Gürbey, Gülistan; Hofmann, Sabine; Seyder, Ferhad Ibrahim. Between State and Non-State: Politics and Society in Kurdistan-Iraq and Palestine. Springer. 2017. səh. 65. ISBN 9781137601810.
  3. "Two leading Iraqi Kurdish parties are taken off US terrorism list". Middle East Eye. 8 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2020.
  4. "Soviet Move in the Mideast". The New York Times (ingilis). 1963-05-09. ISSN 0362-4331. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
  5. "Sheikh Abdulsalam's vision for Kurdistan still inspires 104 years later". www.rudaw.net. 2024-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
  6. "45 years since the departure of the leader of the Kurdistan Liberation Movement, Mulla Mustafa Barzani-ARK NEWS". www.arknews.net (ingilis). 2024-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
  7. "President Barzani: Religion and homeland are linked-ARK NEWS". www.arknews.net (ingilis). 2024-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-02.
  8. "Kurdistan Region President reiterates 'coexistence' on Minority Rights Day".
  9. "Masrour Barzani: Diversity is at the heart of the social fabric in Kurdistan-ARK NEWS". www.arknews.net (ingilis). 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-03.
  10. Fischbach, ed. Biographical encyclopedia of the modern Middle East and North Africa (Gale Group, 2008) p 161.
  11. Daaboul, Azzam. "The rivaling philosophies of Barzani and Ocalan weigh over Syria's Kurds (Timeline)". Syria Direct (ingilis). 2020-02-03. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.