Bəs Yaradan ölmüşdü? (ing. The Case for a Creator) — Li Strobelin kitabı.[1][2]
Bəs Yaradan ölmüşdü? | |
---|---|
The Case for a Creator | |
| |
Müəllif | Li Strobel |
Janr | Tədqiq |
Mövzu | Teizm, Kreatsionizm |
Orijinalın dili | İngiliscə |
Ölkə | ABŞ |
Orijinalın nəşr ili | 2004 |
Nəşriyyat | Qədim Qala |
Səhifə | 456 |
ISBN | 9789952807899 |
Kitab 2004-cü ildə Amerikada nəşr olunub və nəşr olunduğu tarixdən indiyədək gündəmdən düşməyib. Əsər dünyanın bir çox dillərinə tərcümə olunub.[3]
New York Times jurnalının bestsellerlər siyahısında yer almış bu kitabın müəllifi Li Strobel ixtisasca hüquqşünas, jurnalistdir və bir çox mükafatların laureatıdır.[3]
"Elm kainatın şüurlu bir yaradanı olması barədə illüziyaların hamısını darmadağın edib" – ən azından, Li Strobel belə düşünürdü. Lakin son illər ərzində kainatın Üstün Zəka tərəfindən yaradıldığını təsdiq edən çoxlu sayda maraqlı elmi nailiyyətlər ortaya qoyulub. Deməli, alimlər Yaradanı kəşf ediblər?
Li Strobel nə vaxtsa onu Tanrıdan uzaqlaşdırmış elmi nəzəriyyələri araşdırmağa başlayır və bu məqsədlə müxtəlif sahələrin tanınmış alimləri ilə müsahibələr aparır.
Kitabda kosmologiya, hüceyrə biologiyası, DNT, insan şüuru, astronomiya, fizika sahəsində çox maraqlı tədqiqatlarla, təkzibedilməz faktlarla tanış olacaqsınız. Gəncliyində ateist olmuş və daha sonra dinə üz tutmuş Strobel kitabın ana sualını bu şəkildə qoyur: Bir zamanlar məni ateizmə sürükləmiş elmin beynimdə yaranan suallara verə biləcəyi cavab varmı, yoxmu?[3]
Kitab 2019-cu ildə Azərbaycan dilinə tərcümə edilmiş, Qədim Qala nəşriyyatında 456 səhifədə, 60/90 ölçüsündə nəşr edilib.[3]