Bəxtiyar Cavadov

Bəxtiyar Məhərrəm oğlu Cavadov (21 mart 1915, Hoçaz, Laçın rayonu15 sentyabr 2003, Bakı) — hüquqşünas.

Bəxtiyar Cavadov
Bəxtiyar Cavadov.jpg
Doğum tarixi 21 mart 1915(1915-03-21)
Doğum yeri
Vəfat tarixi 15 sentyabr 2003(2003-09-15) (88 yaşında)
Vəfat yeri
Həyat yoldaşı Tamara Cavadova
Uşaqları
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti hüquqşünas

Həyatı[redaktə | mənbəni redaktə et]

Cavadov Bəxtiyar Məhərrəm oğlu 1915-ci ildə Laçın rayonunun Hoçaz kəndində anadan olmuşdur. Şuşa pedaqoji məktəbini, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinin qiyabi şöbəsini bitirmiş, Azərbaycan SSR-nin prokurorluq orqanlarından təqaüdə çıxmazdan əvvəl (1944–1976) öz doğma kəndində — Azərbaycan SSR-nin Laçın rayonunun Hoçaz kəndindəki orta məktəbdə riyaziyyat müəllimi işləmiş, Laçın rayonu komsomol təşkilatının katibi olmuşdur.

1944-cü ildən 1976-cı ilə qədər Azərbaycan SSR prokurorluq orqanlarında işləmişdir.

Bəxtiyar Cavadov 2003-cü ildə vəfat edib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Bəxtiyar Cavadov Laçın rayonunun Seyidlər kəndində dünyaya göz açan Tamara Seyid Fərrux qızı Əliyeva ilə ailə həyatı qurub. Tamara xanım 2011-ci ilin aprel ayında ürək tutmasından dünyasını dəyişmişdir.[1] Rövşən CavadovMahir Cavadov adlı övladları, Laçın Cavadov adlı nəvəsi vardır. Nəvəsi 2004-cü ildə vəfat edib.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "RÖVŞƏN CAVADOVUN ANASI VƏFAT EDİB". 2013-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-06.
  2. Asif Mərzili. "20 il əvvəlki 8 mart və 1995-ci ilin 13-17 mart hadisələri". "Təzadlar" qəzeti. 2019-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2015.