Bəylər Eldar oğlu Məmmədov (13 mart 1971, Ağkilsə, Vardenis rayonu – 18 fevral 1993, Ağdam) — Şəhid.
Məmmədov Bəylər | |
---|---|
Bəylər Eldar oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağkilsə, Göyçə |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Aterk, Ağdərə, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Gəncə, Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Məmmədov Bəylər Eldar oğlu 1971-ci il martın 13-də Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1988-ci ilin dekabrında erməni təcavüzü nəticəsində elindən–obasından didərgin düşüb, Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır. 1992-ci ilin aprel ayının 1-də Daşkəsən RHK-dan könüllü olaraq Milli Ordu sıralarına yollanıb. 1993-cü il fevralın 18-də Qarabağda Ağdərə rayonunun Aterk kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.[1] Gəncə şəhərindəki şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra 9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Məmmədov Bəylər Eldar oğlu "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.[2]