Bəyzadə — bəy oğlu, bəy nəslindən olan adam. Sovet hakimiyyəti qurulana qədərki Azərbaycanda hakim sinfə mənsub adamların oğlan uşaqlarına da bəyzadə deyilirdi.[1]
Bu titul Osmanlı imperiyasında zadəgan nəslindən olan və imperiyada mühüm vəzifə tutan müvəqqəti valilərə və hərbi generallara verilirdi.[2][3][4] Bu termin tez-tez Osmanlı imperiyası haqqında olan Qərb mənbələrində cəmiyyətdə üstün yer tutan, adətən böyük gücə malik olan kişilərə aid edilirdi.[5][6]Şərqi Avropada, Balkanlarda, Qafqazda, Anadolu və İraq Kürdüstanının bəzi bölgələrində Osmanlının bu regionlardakı fəthlərində iştirak edən çərkəz şahzadələrinə bəyzadə titulu verilirdi.[7][8][9][10][11]
↑Бәјзадә // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. II ҹилд: Балзам—Гајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 140.
↑Atilla Dorsay. Benim Beyoğlum. ağdaş Yayıncılık ve Basın Sanayii A.Ş. 1991. 11 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 October 2013.