Bəzəktoxum mahmızçiçəyi (lat. Delphinium dictyocarpum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Bəzəktoxum mahmızçiçəyi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Bəzəktoxum mahmızçiçəyi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Çoxillik ot bitkisi olub,hündürlüyü 60-100 sm-ə bərabərdir. Yarpaqları növbəli, uzunsaplaqlı, dairəvi-böyrəkşəkilli, uzunluğu 5-10 sm, eni isə 6-13 sm, dişli-yarılmış, 5-7 rombşəkilli, çılpaq və ya seyrək tükcüklüdür. Çiçəkləri sıxlaşmış çoxçiçəkli fırçalı olub, uzunluğu 40 sm-ə qədərdir. Çiçəkləri qeyri-düzgün, kasacığı tacvarı, 5 tünd-göy yarpaqcıqlı, yuxarı yarpaqları əsasından tam mahmızlaşmış, zeh əmələ gətirmişdir. Ləçəkləri qısa kasa yarpağından nektarlıqdan, mahmızdan ibarət hamar, ağımtıl, bükük və yarısına qədər yarılmışdır. Erkəkcikləri çoxdur. Meyvəsi çoxyarpaqlı, üç çoxtoxumlu yarpaqcıqlardan ibarət, uzunluğu 1 sm-ə qədər olub, yarpaqcıqları dimdiklidir. İyun-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir.
Gövdəsinin uc hissəsindən 70 sm aralı kəsilməlidir.Qurudulma kölgəli və havalı yerlərdə aparılmalıdır. Süni qurudulma 45-50°С-də aparılmalıdır. Bitki zəhərli olduğundan toplama və qurutma zamanı ehtiyatlı olmaq lazımdır.
Bitkinin hər bir pöhrəsi toxum əmələ gətirənə qədər qorunmalıdır. Təkrar toplanılma 2 ildən sonra aparıla bilər. Xammal B siyahısında saxlanılır.
Yarpaqlı gövdəsinin uzunluğu 40-70 sm olub, buton və çiçəklərə malikdir. İysiz olmaqla, dadı təyin olunmamışdır.
Bitkinin tərkibində 0,1-0,7% deterpen, başlıca olaraq mellikakonitin alkaloidi tapılmışdır. Bundan başqa izoxinolin alkaloidi də vardır.
Famakoterapevtik qrup – Mioreleksant, qanqlioblokatr dərmandır.
Mellikakonitin alkaloidi kurareyəbənzər təsir etməklə, antidepolyarlaşmış mioreleksant və zəif qanqlioblokatr dərmanlardan ibarətdir.
Melliktin həbi, 0,02 q (hidroyod mellikakonitin alkaloidi). Mioreleksant, qanqlioblokatr dərmandır.
Xammalından «Millektin» adlı keyfiyyətli mioreleksant preparatı alınır ki, bu dərman əsəb sistemini sakitləşdirməklə yüksək əzələ tonusunu azaltmaq üçün istifadə edilir.