Delphinium

Mahmızçiçək (lat. Delphinium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Mahmızçiçək
Elmi təsnifat
Beynəlxalq elmi adı

Gülçülükdə mahmızçiçəyinin aşağıdakı çoxillik növlərindən istifadə olunur. İrigüllü mahmızçiçək (D. grandiflorum) kökümsovlu bitkidir. Onun sallaq gövdəsi 60 sm hündürlüyə çatır. Göy rəngli çiçəkləri gövdənin yuxarı hissəsində salxım çiçək qrupuna yığılmış bu bitkinin vətəni Altay, Şərqi Sibir, Uzaq Şərq, Monqolustan və Çinin şimalıdır.

Mədəni mahmızçiçək (hibrid) (D.x. cultorum) (D.x. hybridum). Mahmızçiçəyinin ilk hibrid çeşidləri XIX əsrin ortalarında yaranmış, azləçəkli, çoxləçəkli çiçəkləri ilə xarakterizə olunur. Bitkilər forma və ölçüləri, çiçəklərinin rəngi və ölçülərinə görə hibrid sortlarına bölünür: hibrid-Belladonna, hibrid-Elatum, Sakit okean hibridləri. Mahmızçiçəyinin çoxillik növlərinin kökümsovlar, qələmlərlə çoxaltdıqda yay bitkisi kimi yetişdirmək olar. Mahmızçiçəyi çəpərlərin və ya evlərin bayır divarları boyunca əkildikdə gözəl görünür. Bitkinin gülləri günəş şüalarından yandığı üçün yarımkölgəli yerdə əkmək məsləhətdir. Qiymətli dərman bitkisidir.