BMT Təhlükəsizlik Şurasının 1165 saylı qətnaməsi

BMT Təhlükəsizlik Şurasının 1165 saylı qətnaməsi — 1998-ci il aprelin 30-da Ruanda Beynəlxalq Cinayət Tribunalının (RBCT) yerinin müəyyən edilməsi ilə bağlı öhdəliyi ifadə edən 955 (1994) saylı qətnamənin xatırlandığı, RBCT-də III Palatanın yaradılmasını nəzərdə tutan, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3877-ci iclasında yekdilliklə qəbul edilmiş qərar.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası
1165 saylı qətnamə
Aruşa vilayəti
Aruşa vilayəti
Tarixi 30 aprel 1998
Sessiya № 3877
Kod S/RES/1165
Səsvermə
  • Lehinə: 15
  • Əleyhinə: 0
  • Bitərəf: 0
Mövzu Ruanda Beynəlxalq Cinayət Tribunalı
Nəticə Qəbul edildi
Təhlükəsizlik Şurasının tərkibi 1998-ci ildə
Daimi üzvlər
Qeyri-daimi üzvlər
Sənəd

Sənəddə Təhlükəsizlik Şurası xatırladıb ki, 955 saylı qətnamə RBCT-də məhkəmə palatalarının və hakimlərin sayının artırılmasına icazə verir. Qətnamə Ruandada beynəlxalq humanitar hüququn pozulmasına görə məsuliyyət daşıyanların mühakimə olunmasının sülh və barışığa töhfə verəcəyini təsdiqləyib.[1] Sənədə görə mühakimə olunmağı gözləyən çox insan olduğu üçün Ruanda məhkəmə sisteminin gücləndirilməsinə ehtiyac da var idi.

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəslinə əsasən fəaliyyət göstərən Təhlükəsizlik Şurası RBCT-də üçüncü məhkəmə palatası yaratdı və məhkəmə palatalarına seçkilərin 24 may 2003-cü ildə, yəni cari hakimlərin səlahiyyət müddətinin başa çatacağı tarixdə keçiriləcəyini bildirdi.[2] Hakimlər seçkilərdən sonra mümkün qədər tez öz səlahiyyətlərinin icrasına başlamalı idilər. RBCT-də əlavə səmərəlilik təşviq edildi və Baş katib Kofi Annandan Tribunalın səmərəli fəaliyyətini asanlaşdırmaq üçün tədbirlər görməsi xahiş olundu.

  1. Klip, André; Sluiter, Göran. Annotated leading cases of International Criminal Tribunals: The International Criminal Tribunal for Rwanda 2000–2001. Intersentia nv. 2003. səh. 242. ISBN 978-90-5095-319-1.
  2. van den Herik, Larissa J. The contribution of the Rwanda Tribunal to the development of international law. Martinus Nijhoff Publishers. 2005. səh. 62. ISBN 978-90-04-14580-1.