Baça bazı ya da Beçəbazlıq (fars.بچه بازی, Beçə bazi - "oğlanlarla oynamaq";بچهbeçə, "bala, uşaq" və بازیbāzī, "oyun") — Əfqanıstanda uşağbazlıq üçün istifadə edilən söz. Cavan oğlanların qız obrazında erotik rəqslər və başqa cinsi fəaliyyətlərdən ibarət olan[1] cinsi quldarlığın və uşaq fahişəliyin növü[2]. Əfqanıstanda və Pakistanda mövcuddur.[1][3]
Taliban Dövründə (1994-2001) beçə bazı üçün edam cəzası tətbiq olunurdu.[4][5] İddia edilir ki, ABŞ hərbi qüvvələri Əfqanıstanda beçə bazı fəaliyyətini etina edirdilər.[6] ABŞ hərbi qüvvələri bu iddiaları inkar edirlər və məsələnin çözülməsi böyük nisbətdə Əfqanıstan hökumətin məsuliyyəti olduğunu qeyd etdilər.[7]beçə bazı indiki Əfqanıstan qanunlara da şəriətə də, mülki məcəlləsinə də qarşı olduğuna görə ziddir.[8]
Bu biznes günümüzdə Əfqanıstanda artır, bəzi kişilər beçə bazıları sərvətin və yüksək vəziyyətin göstəricisi kimi saxlayırlar.[9][10][11]
Beçə bazıMərkəzi Asiyada IX və ya X əsrdə ortaya çıxdı.[1]Birinci Dünya Müharibəsindən sonra o, böyük şəhərlərdə azalıb. Tarixçi Entoni Şeyin fikirinə görə bunun səbəbi qərbi kolonial dəyərləri idi.[12]
Mərkəzi Asiyana səfər edən bir sıra xarici səyyahlar beçə bazı haqqında yazırdılar. Məsələn üçün, 1872-1873 illərin arasında Türküstana səfər edən Yucin Şuler qeyd edirdi ki, valrı yiyələr sevdiyi rəqsçisi böyəndə onlara öz biznesi təsis etməyə kömək edirdilər.[13]
2010-cu ildə, Əfqanıstan parlamentinin üzvü olan Abdulxabir Uçqun beçə bazı fəaliyyətinin artımda olduğunu demişdi.
2010-cu ilin dekabr ayında WikiLeaks açıqlayıb ki, DynCorp hərbi podratçının işçiləri şimalı Əfqanıstanda baçı bazına pul xərclədilər. Əfqanıstan Daxili Naziri Məhəmməd Hanif Atmar ABŞ hərbçilərdən DynCorp fəaliyyətini kontrol etməyə tələb etmiş, lakin, ABŞ səfirliyi iddia etmiş ki, bu DynCorp ilə mövcud olan kantrakt çərçivəsində hüquqi baxşışdan mümkün deyil idi.[8]
↑ 123Winterdyk, John; Perrin, Benjamin; Reichel, Philip. Human Trafficking: Exploring the International Nature, Concerns, and Complexities. CRC Press. 2011. ISBN9781439820360.