Bağ ştatı (ing. Garden State) — 2004-cü ildə istehsal olunmuş ABŞ filmi. Film komediya-dram janrındadır. Senari müəllifi və rejisoru Zak Braffdır. Baş rollarda Natali Portman, Piter Sarsqaard, İen Holm və Zak Braff iştirak edir. Filmin süjetini 26 yaşı olan aktyor Endryu Larcmanın anasının ölümündən sonra doğulduğu Nyu Cersiyə qayıtması təşkil edir. Braf bu filmi öz real həyatındakı hadisələr əsasında çəkib. Filmin çəkilişləri 2003-cü ilin aprel və may aylarında aparılıb və çəkiliş yeri əsasən Nyu Cersi olmuşdu. Sandens Film Festivalının seçilmiş filmi olmuşdur. Braff tərəfindən seçilərək hazırlanan film musiqisi Qremmi mükafatına layiq görülmüşdür.
Bağ ştatı | |
---|---|
Garden State | |
Janr | romantik komediya, komediya-dram, dram filmi, dram, komediya |
Əsas mövzu | disfunksional ailə[d] |
Rejissor | |
Prodüserlər | |
İcraçı prodüser | Denni De Vito |
Ssenari müəllifi |
|
Baş rollarda | |
İstehsalçılar |
Camelot Pictures Jersey Films Double Features Films |
Distribütor | Searchlight Pictures[d], Netflix, Disney+ |
İlk baxış tarixi |
16 yanvar, 2004 (Sandens) 28 iyul, 2004 (ABŞ) |
Müddət | 112 dəq |
Büdcə | 2.5 mln $ |
Gəlir | 5 825 316 $ |
Ölkə | ABŞ |
Dil | ingilis |
İl | 2004 |
Rəng | Rəngli |
Çəkiliş yeri | Nyu-Cersi |
IMDb | ID0333766 |
Çətinliklərlə mübarizə aparan aktyor Endryu Larcmana (Zak Braff) bir gün atası Qideon (İen Holm) zəng edərək anasının öldüyün və təcili olaraq evə gəlməli olduğunu deyir. Endryu Los-Ancelesi tərk edərək anasının dəfn mərasimi üçün Nyu Cersiyə gəlir. Qəbir qazanların köhnə dostu Mark (Piter Sarsqaard) və Deyv Aleks Byerns olduğunu görür. Köhnə dostları onu gecə partiyə dəvət edirlər. Evdə isə atası onu başağrılarına görə həkim ilə görüş təşkil edir.
Ertəsi gecə dostlarının dəvətini qəbul edən Endryu Mark, Deyv və Cessi Armando Riesko ilə partiyə gedir. Burada marixuana çəkir və ekstazi qəbul edirlər. Səhər ayıldıqda Endryu həkim qəbuluna gedir. Gözləmə zalında Sem Natali Portman adında gənc bir xanımlar tanış olur. Sem pataloji yalançılıq xəstəliyinə düçardır. Sem danışdığı yalanların səbəbini bilmədiyini və daha sonra etdiklərini boynuna aldığını ona deyir. Həkim görüşündə Dr. Koen (Ron Libman) ona dərmanlarını qəbul etmədiyi üçün başağrılarının meydana gəldiyini izah edir. Həkim Endryuya atasının ona dərman təyin etməsini də tapşırır. Həkimin otağından çıxdıqdan sonra Semlə yenidən qarşılaşan Endryu evə qədər onu evinə maşını ilə aparmağı təklif edir. Sem onu evə dəvət edir və anası ilə tanış edir. Endryu Sema anasının ölümü haqqında danışır. Evə qayıtdıqdan sonra atası o təkrar ayrılmadan əvvəl söhbət edirlər.
Daha sonra Endryu və Cessi qəbirstanlıqda otururlar və Mark başqa bir qəbir qazır. Endryu Markın meyitlərin zinət əşyalarını oğurladığının şahidi olur. Endryu Semin evinə gedərək bütün günü onunla keçirir və daha sonra Cessinin evində digər dostlarına qoşulurlar. Endryu Sema doqquz yaşında olarkən bilmədən anasını itələdiyini, onun qaz sobasına düşərək iflic olduğunu və bunun günahının oğlunda görən atasının isə onu müalicələrə tabe etdiyini deyir. Endryu Semə qarşı olan hisslərini də ona açıb deyir.
İl | Mükafat | Kateqoriya | Nominasiya | Nəticə |
---|---|---|---|---|
2004 | ÇFTA Mükafatı | Ən yaxşı yeni rejissor | Zak Braff | Qazandı[6] |
FFTC Mükafatı | Polin Keyl Mükafatı | Zak Braff | Qazandı[7] | |
Hollivud Film Mükafatı | Müvəffəqiyyətli Rejissor | Zak Braff | Qazandı[8] | |
Humanitas Mükafatı | Sandens Filmləri | Bağ ştatı | Namizəd[9] | |
Milli Tənqidcilər Kollegiyası Mükafatı | Ən yaxşı reisssoru debütü | Zak Braff | Qazandı[10] | |
Kinematoqrafiya sahəsində xüsusi tanınmaya görə | Bağ ştatı | Qazandı[10] | ||
FiFTC Mükafatı | İlin çıxışı — Kamera arxasında | Zak Braff | Qazandı[7] | |
Stokholm Film Festivalı | Ən yaxşı aktyor | Piter Sarsqaard | Qazandı[11] | |
Sandens Film Festivalı | Qrand Jüri Mükafatı | Zak Braff | Namizəd[11] | |
2005 | Tənqidçilərin seçimi film mükafatı | Ən yaxşı film musiqisi | Bağ ştatı | Namizəd |