Bağdadın işğalı (1534) — 1532-ci ildən yenidən alovlanan və 1555-ci ildə Amasya sülh müqaviləsi ilə bitən Osmanlı-Səfəvi müharibəsi zamanı Bağdadın Osmanlı ordusu tərəfindən ələ keçirilməsi nəzərdə tutulur.
Bağdadın işğalı (1534) | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1514–1555) | |||
Tarix | 1534 | ||
Yeri | Bağdad | ||
Səbəbi | Səfəvi dövləti ilə Osmanlı arasında olan ziddiyətlər | ||
Nəticəsi | Bağdadın Osmanlı imperiyası tərəfindən ələ keçirilməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
1524-cü ildə Şah İsmayılın ölümündən sonra onun yerinə 10 yaşlı oğlu Təhmasib şah olmuşdu. Şahın azyaşlı olması nəticəsində taxt-tac uğrunda Qızılbaş əmirləri arasında aramsız mübarizə gedirdi.[1] Bu daxili çəkişmələr Səfəvi dövlətini və ordusunu zəiflətmiş və nəticədə qonşu Osmanlı imperiyasının sultanı Süleyman bundan yararlanmağa çalışmışdı. Bu iki dövlət arasında hüquqi baxımdan 1514-cü ildən — Sultan Səlimlə Şah İsmayılın hakimiyyəti illərindən müharibə mövcud olsa da, 1516-cı ildən faktiki 1534-cü ilə qədər keçən 18 il ərzində hərbi toqquşma yaşanmamışdı.
Bağdad şəhəri Osmanlı ordusu tərəfindən müqavimətsiz ələ keçirilmişdir. Osmanlı ordusu şəhərə yaxınlaşarkən Səfəvi canişini şəhəri boşaldaraq geri çəkilmişdi.[2] Bağdadın ələ keçirilməsi böyük uğut hesab edilirdi. Beləki şəhərin ələ keçirilməsi ilə Dəclə və Fərat çayları və onlar vasitəsiylə həyatakeçirilən daxili və xarici ticarət Osmanlı suverenliyi altına keçmişdi.[3] Bağdadın Səfəvilər prizmasından itirilməsini 1546-cı ildə Bəsrənin itirilməsi izlədi. Bəsrənin itirilməsi ilə Osmanlı hakimiyyəti cənubi Mesopotamiyanın işğalını da başa çatdırmış, Dəclə və Fərat çaylarının İran körfəzinə töküldüyü ərazini ələ keçirmiş oldu. Artıq Osmanlı imperiyası İran körfəzində ticarət edə bilmə imkanına malik idi.[4]
Bağdad ələ keçirildikdən sonra Sultan Süleyman da daxil olmaqla, Osmanlı ordusu qışı orada keçirdi və sünni-şiə məzhəblərinin müqəddəs yerlərini, suvarma sistemlərini təmir etdirdi. Sultan Bağdadda güclü qarnizon buraxaraq, növbəti il İstanbula geri döndü. Hər zaman Bağdada xüsusi önəm verən və oradakı qüvvələrini daim yeniləyən Osmanlı dövləti 1623-cü ilə qədər şəhəri öz hakimiyyəti altında saxladı. 1623-cü ildə I Abbas tərəfindən geri qaytarılan şəhər onun sələfi zamanı yenidən Osmanlılar tərəfindən ələ keçirildi.[2]