Süleyman Qanuninin yürüşlərinin siyahısı

Qanuni Sultan Süleyman 1520-ci ildən 1566-cı ilə qədər Osmanlı imperiyasını 46 il idarə etmişdir. İmperiyanın sərhədləri Vyanadan Ərəbistana qədər uzanırdı.

Süleyman Qanuninin yürüşləriOsmanlı sultanı Süleymanın 46 illik hakimiyyəti dövründə etdiyi yürüşlərin siyahısı. Qərbdə "Böyük Süleyman" və şərqdə "Qanuni" adlanan I Süleyman 25 yaşında atası I Səlimin ölməsi ilə 1520-ci ildə sultan oldu. Onun dövründə hərbi yürüşlər çox oldu. Vəzirləri və komandirləri ilə 13 böyük yürüş etdi. Yürüşləri 10 il 3 ay müddətində şəxsən özü idarə etdi. İlk səkkiz yürüşünü qərbə etdi. Digər beş yürüşü isə şərqə yönəlmişdi. Qərb yürüşlərində Macarıstan ilə 1521-ci ildə II Mehmedin tuta bilmədiyi Belqradı tutdu və 1526-cı ildə Mohaç döyüşündə II Layoşu öldürdü. Macarıstanın tam fəthi isə 1541-ci ildə tamamlandı. 1529-cu ildə Vyananı mühasirəyə aldı, amma şəhəri ələ keçirə bilmədi. 1529-cu ildən 1534-cü ilə qədər etdiyi bir çox yürüşdə böyük zəfərlər qazandı. 1534-cü ildə Səfəvilərdən BağdadTəbrizi aldı. Özünün komandanlıq etmədiyi hərbi birləşmələr və dənizçilər Şimali Afrikadan Aralıq dənizinə, Əl-Cəzairdən Qırmızı dənizə və hətta Hindistana qədər yürüşə başladılar. I Süleyman 1566-cı ildə sonuncu böyük yürüşünə başladı. 72 yaşında olmasına baxmayaraq ordunu şəxsən özü idarə edirdi. 1 may 1566-cı ildə ordusu ilə birlikdə İstanbuldan ayrıldı. Osmanlı ordusu Siqetvar şəhərini ələ keçirsə də Sultan Süleyman bu qələbəni görmədən öldü.

border=none Əsas məqalə: Sultan Süleyman Qanuni

Məlumat:

Yaşıl — Qələbə
Qırmızı — Məğlubiyyət
Döyüşün adı Tarix Qeydlər Şəkil
1 Belqradın fəthi 18 may 1521 -

19 oktyabr 1521

Yürüşün istiqaməti: Plovdiv–Niş–Belqrad–Smederevo[1] I Süleyman dövründə fəth edilən Belqrada Fateh Sultan Mehmed yürüş etsə də, uğursuz olmuşdur.[2] Bu yürüş ərəfəsində heç yerdən kömək almayan Belqrad 1521-ci ilin avqust ayında ələ keçirildi. Belqrad XVI əsrdə
2 Rodosun fəthi 16 1522 -

30 yanvar 1523

Yürüşün istiqaməti: Kütahya-Dənizli-Rodos-Alaşəhər[1] Osmanlı padşahı I Süleyman 1522-ci ildə donanma göndərərək Rodosu ələ keçirmişdir. Rodosun fəth edilməsi ilə Rodos Cəngavər Dövləti Maltaya sığınmışdır. Osmanlıların EgeyAralıqda təhlükəsizliyi təmin etməsi asanlaşmışdır.[2] Rodos mühasirədə
3 Mohaç döyüşü 23 avqust 1526 -

13 noyabr 1526

Yürüşün istiqaməti: Belqrad-Petrovaradin-Osiek-Mohaç-Buda-Seqed-VyanaMohaç döyüşü 29 avqust 1526-cı ildə Osmanlı imperiyasıMacarıstan krallığı arasında olan və Macarıstanın böyük hissəsinin Osmanlının hakimiyyətinə keçməsi ilə nəticələnən döyüşdür.[3] Döyüş Osmanlı ordusunun süvariləri, o vaxta qədər Avropanın görmədiyi 300 səyyar top və tüfənglərdən istifadə səbəbi ilə macar ordusunun əsas gücü olan süvariləri qısa müddətdə məhv edildi. Nəticədə osmanlılar macarları ağır məğlubiyyətlə üzləşdirdi. Macar müqaviməti çökdükdən sonra Osmanlı imperiyası Balkan yarımadasında "böyük güc"ə çevrildi.[4] Mohaç döyüşü
4 Vyananın mühasirəsi 10 may 1529 -

16 dekabr 1529

Yürüşün istiqaməti: Mohaç-Buda-Komarom-Dyör-Vyana[1]V Karl və qardaşı Ferdinandı tutmaq üçün Osmanlının ilk cəhdi 1529-cu ildə Vyanada uğursuz oldu. Habsburqlar Buda və Macarıstanı ələ keçirdi, amma I Süleyman cəld şəkildə Budada hakimiyyəti ələ aldı və yaza yaxın Vyana mühasirəyə alındı, amma bu mühasirə uğursuzluqla nəticələndi. Buna baxmayaraq, mühasirə Osmanlı imperiyasının gücünü və Osmanlının Mərkəzi Avropada genişlənməsinin zirvəsini maksimum dərəcədə göstərirdi.[5] Vyananın mühasirəsi
5 Almanlar üzərinə yürüş 25 1532 -

21 noyabr 1532

Yürüşün istiqaməti: Osiek-Babossa-Rum-Ştiriya-Köseq-Ptuy-Varadin-Pojeqa[1]Almanlar üzərinə yürüş 1532–1533-cü illər arasında I Süleymanın başçılığı ilə Osmanlı ordusunun alman torpaqlarına etdiyi yürüşdür. Osmanlı almanların nəzarətindəki macar torpaqlarını ələ keçirmək, alman gücünü məhv etmək və bir neçə ərazi fəth etmək üçün savaş başlatmışdır. Bəzi mənbələrə görə hədəflərin içərisində Vyananın yenidən mühsairəyə alınıb fəth edilməsi də vardı. Bu yürüş Osmanlı imperiyası üçün uğurlu olmuşdur.[6][7][8][9][10] Köseq qalası
6 İraqeyn yürüşü 11 iyun 1534 -

8 yanvar 1536

Yürüşün istiqaməti: Konya-Sivas-Ərzurum-Ərciş-Təbriz-Sultaniyə-Dəryəzin-Qəsri-Şirin-Bağdad-Ərbil-Zaqros-Təbriz-Xoy-Van gölü-Mardin-Şanlıurfa-Hələb-Adana-Konya-İstanbul[1] Osmanlı imperiyası qərbdə Avropa dövlətləri ilə savaşarkən, şərqdə Avropayla yaxınlaşan Səfəvi imperiyası Osmanlı sərhədlərini keçməyə başlamışdı. Cəlalilərdən istifadə edən Şah Təhmasibin bu hərəkətlərinə qarşı Sultan Süleyman hərəkətə keçdi.[11] 1 iyul 1535-ci ildə Osmanlı sultanı Təbrizə gəldi. Süleyman 8 yanvar 1536-cı ildə İstanbula gəldi.[11] Matrakçı Nasuhun "Təbriz" miniatürü
7 Kerkiranın mühasirəsi 17 may 1537 -

22 noyabr 1537

Yürüşün istiqaməti: Plovdiv-Skopye-Elbasan-Vlyora-Kerkira-Bitola-Saloniki[1] Kerkira yürüşü I Süleymanın 1537-ci ilin yayında Kerkira adasına etdiyi yürüşdür. Yürüş zamanı Kerkira və digər adaları ələ keçirməyə cəhd edilsə də, Kerkira adası ələ keçirilə bilməyib. Şira, Patmos, Naksos adaları isə Xeyrəddin Barbarossa tərəfindən fəth edilmişdir.[12][13]
8 Moldavia yürüşü 9 iyul 1538 -

27 noyabr 1538

Yürüşün istiqaməti: Babadağ-Yassı-Suçava[1] Moldavia yürüşü Osmanlıya vergi ödəməyən və üsyan qaldıran Moldavia voyvodası Pötr Rareşə qarşı edilmiş yürüşdür. Osmanlının qarşısında aciz qalan Rareş Transilvaniyanın içərilərinə qaçmışdır. Osmanlı isə Yassı şəhərini və 1538-ci il 16 sentyabrda isə mərkəz şəhər Suçavanı da ələ keçirdi. Bu yürüşün sonunda Osmanlı PrutDnestr çayları arasındakı əraziləri də tutmuşdular. Ələ keçirilən bu ərazilər sancaqlığa çevrilmişdir. Moldavia yürüşü Süleymanın ən qısa yürüşlərindən biridir.[14] Suçava qalası
9 Budanın mühasirəsi 20 iyun 1541 -27 noyabr 1541 Yürüşün istiqaməti: Buda[1]

İstabur yürüşü I Süleymanın 1541-ci ildə Avstriyaya etdiyi yürüşdür. Yürüş Osmanlının qələbəsi ilə bitmişdir. I Zapoyyanın ölüb yerinə oğlu Sigizmundun keçməsi fürsətindən istifadə edən Ferdinand Budanı mühasirəyə aldı. Nəticədə Osmanlı Macarıstana yeni yürüşə başlamalı oldu. Osmanlı 1541-ci ilin yazında yürüşə başladı. Ordunun yaxınlaşması xəbərini eşidən Ferdinand və ordusu gecə gizlicə qaçmaq istəsə də, yaxalandılar və düşərgələri də türklərin əlinə keçdi. Baş komandirləri Rokendorf Komaran öldürüldü. Bu döyüşdə avstraliyalılar düşərgələrinin ətrafında xəndəklər qazıb maneələr yaratmış və "İstabur — Tabur" adı verilən istehkamları qurmuşdurlar. Sultan Süleymanın bu dördüncü Macarıstan yürüşünə İstabur yürüşü adı verilmişdir. Bu yürüşün nəticəsində Macarıstan tam olaraq Osmanlıya birləşdirildi.[15]

Budanın mühasirəsi
10 Esterqomun mühasirəsi 23 aprel 1543 -16 noyabr 1543 Yürüşün istiqaməti: Osiek-Siklos-Buda-Esterqom-Peşt[1] Ferdinand müxtəlif xalqlardan ibarət 80.000 nəfərlik ordu toplamışdı. Ferdinandın bu böyük hərəkətini fransız elçisinin vasitəsilə xəbər alan Osmanlı Budaya kömək göndərmək üçün dərhal tədbirlərə başladı. Peşt mühasirəsi xəbəri yayılanda lazımlı tədbirləri görmüş Sultan Süleyman 23 aprel 1543-cü ildə İstanbuldan Macarıstana yürüşə başladı. İrəlidən gedən osmanlılar Nana və Valpo kimi iki mühüm qalanı tutub daha sonra Siklosu mühasirəyə aldılar. Həmin vaxtda Osiekə çatmış sultan Siklosun mühasirəsinə köməyə getdi. Beləliklə qala 8 iyul 1543-cü ildə tutuldu. Həmçinin Peç şəhəri də təslim olmuşdu. Sultan bunun ardınca Esterqoma gəldi. Beləcə şiddətli döyüş başladı. Məğlub olacaqlarını bilən qaladakılar elçi heyəti göndərərək 10 avqust 1543-cü ildə təslim oldular. Esterqomun fəthi ilə nəticələnən bu yürüşdə Ferdinandın əlindən keçmiş macar krallarının mərkəzi olan Esterqom və Budanın cənub-qərbində bəzi ərazilər alındı.
11 Səfəvi-Osmanlı müharibəsi 29 mart 1548 -21 dekabr 1549 Yürüşün istiqaməti: Təbriz-Van-Muş-Bitlis-Diyarbəkir-Ergani-Harput-Elazığ-Diyarbəkir-Urfa-Birecik-Hələb-Həma-Hüms-Əntakiyə[1]

Sultan Süleyman Avstriya yürüşündə olanda, Səfəvi şahı I Təhmasib Təbriz, NaxçıvanVanı ələ keçirdi. Həm də şiə hakimiyyətini möhkəmləndirmiş, hətta buraya "xəlifə" adlı casuslar da göndərmişdi. Təhmasibin qardaşı Əlqas Mirzə isə Səfəvilərdə hakimiyyəti ələ keçirmək istəyirdi. Üsyan qaldırdı, amma uğursuz oldu və I Süleymana sığındı. Bunlardan xəbər tutan Təhmasib də ordusunu topladı. Təbrizdəki şah I Təhmasib Osmanlı sultanının Xoya gəldiyini öyrənən kimi bütün şəhəri təxliyə etdi və özü Qəzvinə getdi. 27 iyul 1548-ci ildə osmanlılar döyüşsüz Təbrizi işğal etdi. I Süleyman şəhərdə 5 gün qaldıqdan sonra Vana getdi və qalanı mühasirəyə aldı. 25 avqustda Van qalası tutuldu. Sultan 29 sentyabrda Diyarbəkirə, 25 noyabrda isə Hələbə gedib qışı burada keçirdi. Sultan Süleyman 21 dekabrda İstanbula qayıtdı.

Van
12 Səfəvilər üzərinə III yürüş (Naxçıvan yürüşü) 28 avqust 1553 -31 iyul 1555 Yürüşün istiqaməti: Kütahya-Ereğli (Mustafanın öldürülməsi)-Hələb (qış orada keçir)-Diyarbəkir-Ərzurum-Qars-Qarabağ-Naxçıvan-Ərzurum-Sivas-Amasya (ikinci qış)[1] Səfəvilər 1553-cü ildə yenidən hücuma keçdi və Ərzurumu mühasirəyə aldı. Buna qarşılıq Süleyman 12-ci yürüşünü də (1553–1555) Azərbaycana etdi. Bu yürüş Naxçıvan yürüşü və ya Sultan Süleyman Qanuninin III yürüşü adlanır. 1554-cü ildə Osmanlı ordusu Qarsa gəldikdən sonra İrəvan, NaxçıvanQarabağı tutaraq dağıtdı. Şah Təhmasib Süleyman Qanuniyə elçi göndərərək məktubla sülh istədi. 1555-ci ildə imzalanan Amasya müqaviləsinə görə Bağdad və Gürcüstanın bir hissəsi Osmanlıya verildi. Bu müqavilə Osmanlı və Səfəvi arasında imzalanmış ilk sülh müqaviləsidir. Nəticədə qələbə qazanan Osmanlı Şərqi Anadolunu qazanmış və Hind ticarət yolunun keçdiyi İraq ərazisini ələ keçirmişdi.[16] Naxçıvan yürüşü
13 Ziqetvarın mühasirəsi 1 may 1566 -6 sentyabr 1566 Yürüşün istiqaməti: Siklos-Peç-Ziqetvar

Süleyman Qanuninin rəqibləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 Pitcher (1972), pp. 111–112.
  2. 1 2 Imber (2002), p. 49.
  3. Turnbull (2003), pp 55–56.
  4. Kinross (1979), p. 187.
  5. Encyclopaedia Britannica, Expo 70 ed., Vol 21, p.388
  6. Wheatcroft (2009), p. 59.
  7. Turnbull (2003), p. 51.
  8. Thompson (1996), p. 442.
  9. Ágoston and Alan Masters (2009), p. 583.
  10. Vambery, p. 298.
  11. 1 2 Cavendish (2006), p. 193.
  12. Setton (1984), pp. 432–433.
  13. Kurat (1966), p. 49.
  14. Iorga (2005), p. 356. (Vol 2)
  15. Iorga (2005), pp. 26–27. (Vol 3)
  16. Kinross (1979), p. 236.