Bağdad Beynəlxalq Hava Limanına hücum (ing. Baghdad International Airport attack) - 2020-ci ilin 3 yanvar tarixində ABŞ Silahlı Qüvvələri tərəfindən Bağdad Beynəlxalq Hava Limanında təyin olunmuş xüsusi hədəflərə qarşı keçirilmiş hücum aktı. Hava limanına endirilmiş hava zərbələri nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 1998-ci ildən etibarən ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri Qasım Süleymani öldürülüb.[2][3] Raket hücumu Süleymaninin içərisində olduğu avtomobilin raketlə vurulması ilə gerçəkləşib. Avtomobil karvanına eyni anda bir necə raket zərbəsi endirilib və hadisə nəticəsində azı 7 nəfər həlak olub.[4][5][6]
Bağdad Beynəlxalq Hava Limanına hücum | |
---|---|
Əməliyyatın yeri |
|
Hədəf | Qasım Süleymani |
Tarix | 3 yanvar 2020 |
İtkilər |
|
Vikianbarda əlaqəli mediafayllar |