Bu məqalə qaralama halındadır. |
Baş ağrısı və ya başağrısı[1] — Hər bir insan həyatının bu və ya digər anında qisaca da olsa baş ağrısı ilə qarşılaşır. Nüfuzlu bir Amerika İnstitutu tərəfindən aparılan sorğuda müəyyən edilib ki, iştirak edən hər dörd nəfərdən üçü keçən bir il ərzındə bir dəfə də olsa baş ağrısından şikayətlənib. Baş ağrısı diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və etinasız münasibət ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları fərqli səbəblərdən əmələ gəlir və sağlamlıq üçün təhlükə dərəcəsi də fərqli ola bilir. Odur ki, istənilən baş ağrısı epizoduna ciddi yanaşmaq və onun requlyar xarakter alması hallarında həkimə müraciət etmək vacibdir.
Baş ağrısı | |
---|---|
XBT-10 | R51 |
XBT-9 | 339, 784.0 |
DiseasesDB | 19825 |
MedlinePlus | 003024 |
MeSH | D006261 |
Vikianbarda əlaqəli mediafayllar |
Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin şikayəti kimi meydana çıxması nəzərdə tutulur. Məsələn, ümumi soyuqdəymənın əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur və bu xəstəliyin müalicəsi üçün spesifk yanaşma tələb olunur. Birincli baş ağrılarına tipik nümunə kimi Miqreni misal göstərmək olar.
Birincili baş ağrılarının növləri:
Gərginlik baş ağrıları birincili baş ağrılarının ən çox rast gəlinən növlərindən biridir. Bu zaman gicgah və ya ənsə nahiyəsində, bəzən isə bütöv başda orta intensivlikli ağrı qeyd edilir. Ağrı 30 dəqiqədən bir neçə günə qədər davam edə bilər. Yanaşı olaraq insanlarda “tələffüzün aydın olmaması”, “aydın düşünə bilməmə” kimi hallar qeyd edilir. Bəzi hallarda baş ağrıları ilə yanaşı ürəkbulanma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlər də qeyd edilir. Gərginlik başağrılarının səbəbi elmə tam məlum deyil.
Miqren periodik olaraq narahatlıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Miqren zamanı ağrılar əsəsən başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlərlə müşayət olunur. Bəzi hallarda miqren zamanı görmə pozğunluğu, iflic kimi hallar da qeyd edilir. Miqrenin müalicəsi ilə daha çox nevropatoloqlar məşğul olurlar və müalicə prosesində individual yanaşma seçilir.
Klaster başağrısı tutmaları dövri olaraq baş verir və adətən 15 dəqiqədən 90-dəqiqəyə qədər dam edir. Bu tip başağrısı çox kəskin və dözülməz olur. Ağrı əsasən göz arxasında hiss edilir və insanlarda gözün xaricə basılması hissini yaradır. Klaster başağrılarının aradan qaldırılmasında Oksigen inhalyasiyasının böyük köməyi olur. Miqren əleyhinə istifadə edilən dərman maddələri də Klaster baş ağrılarında effektiv tətbiq edilir.
Bəzi insanlarda müəyyən yaşdan sonra onurğa sütunun boyun hissəsində degenerativ proseslər baş verir. Bir çox hallarda məhz bu dəyişikliklər baş ağrılarının əsas səbəbi kimi qeyd edilir. Əgər onurğa sütununda olan problem əsas səbəb kimi təsdiq olunursa narkotik tərkibli dərmanlar və xüsusi gimnastika tədbirləri vasitəsilə müalicə aparılır.
Ağrıkəsicilərin uzun müddət qəbul edilməsi təkrarlanan baş ağrılarının yaranmasına gətirib çıxara bilər. Belə hallarda dərman qəbulu nəticəsində baş verən ağrı ilə öncədən mövcud olan ağrını fərqləndirmək çətin olur.
Baş ağrılarının səbəblərindən biri də infeksiyadır. Adi soyuqdəymə nəticəsində dişlər və burunətrafı ciblərdə iltihabi proses baş verə bilər ki, bu da əsas xəstəliklə yanaşı gedən başağrıları verə bilər. Daha ağır hallarda baş beyinin (ensofalit) və ya baş beyin örtüyünün iltihabı (meningit) kəskin baş ağrıları verə bilər.
Baş ağrılarının ən çox rast gəlinən səbəblərindən biri arterial təzyiqin “oynaması”dır. Arterial təzyiqin yüksəlməsi baş ağrılarının daha çox rast gəlinən səbəblərindəndir. Təzyiqin azalması da baş ağrısı törədə bilir.
Tez-tez təkrarlanan baş ağrılarıı zamanı da həkimə müraciət etmək vacibdir. Aşağıdakı hallarda dərhal həkimə müraciət etmək lazımdır:
Yuxarıda göstərilən əlamətlər hər hansı bir arzuedilməz vəziyyətin ilkin göstəricisi ola bilər və bu həkim tərəfindən yoxlanılaraq dəqiqləşdirilməlidir.
Uzunmüddətli dərman qəbulu vasitəsilə baş ağrıları sakitləşdirilə bilər. Amma yadda saxlamaq lazımdır ki, uzunmüddətli dərman qəbulunun ağırlaşmaları da var. Bunlara böyrək və qaraciyər zədələnmələri aid edilə bilər.
Yuxarıda göstərilən hallarda siz ilk növbədə ümumi terapevtə müraciət edə bilərsiniz. Terapevtin qərarı ilə siz Burun-qulaq-boğaz həkiminə, nevropatoloqa, diş həkiminə göndərilə bilərsiniz.
Təsadüfən meydana çıxan və təkrarlanmayan baş ağrıları zamanı istənilən bir ağrıkəsici dərmandan istifadə edə bilərsiniz. Dərmanın istifadə qaydasını ya aptekdən, ya da dərman qutusunda olan instruksiyadan öyrənə bilərsiniz. Dərman qəbulu zamanı ehtiyatlı olmalısınız. Elə dərmanlar var ki, onlar mədəyə zədələyici təsir göstərir və yeməkdən sonra qəbul edilməlidir. Bunlara Aspirin, voltaren, İbuprofen tipli dərmanları misal gətirmək olar. Paracetamol baş ağrılarına qarşı güclü təsir göstərsə də onun həddən ziyadə qəbulu qaraciyər çatışmazlığı törədə bilər.
Baş ağrılarının elə növləri var ki, təmiz havaya çıxmaq, alkoqol və ya nikotin qəbulunu azaltmaq kimi tədbirlərlə aradan qaldırıla bilər. Gərginlik baş ağrıları sakitləşdirici gimnastika, gəzinti kimi tədbirlərlə götürülə bilər. Gərginlik baş ağrılarının əsas səbəblərindən biri strssdir. Stressin azaldılması vasitəsilə təkrarlanan gərginlik baş ağrılarında qurtulmaq olar. Baş ağrıları zamanı akupunktura, massaj kimi vasitələrdə kömək edir.
Lipton RB, Bigal ME, Steiner TJ, Silberstein SD, Olesen J. Classification of primary headaches. Neurology. August 10, 2004;63(3):427-35.