Başavtotrans — bütün Başqırdıstanı əhatə edən avtonəqliyyat şirkəti. Rusiyadakı ən böyük avtomobil nəqliyyatı müəssisələrindən biridir.
Başavtotrans | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 1921 |
Baş qərargahın yeri | |
bashauto.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Ufa küçələrində bir avtomobil haqqında ilk xatırlama 1907-ci ilə aiddir[1].
1921-ci ildə Ufa vilayətinin Mərkəzi Nəqliyyat İdarəsi 14 yük maşını və 12 avtomobildə 718 sərnişin və 88 711 pud yük daşıdı. Bununla belə qoşqu heyvanları ilə yük daşıma yenə öndə gedirdi.
1923-cü ildə BaşMİK “Başqırdıstan Respublikasında nəqliyyat vasitələrinin gücləndirilməsi haqqında” qərar qəbul edir. Bundan sonra 1924-cü ildə Ufada ictimai nəqliyyat vasitələri sayıla bilən 3 yük maşınından istifadə edərək müntəzəm sərnişin axını açılır.
1929-cu ildə Ufa - Sterlitamak və Ufa - Börü marşrutları boyunca şəhərlərarası sərnişin avtobusları hərəkət etməyə başlayır. O zaman Başqırdıstanda daxili və şəhərlərarası nəqliyyat üçün 42 avtobus var idi. Avtonəqliyyat vasitələrinin meydana gəlməsi avtomobil müəssisələrinin yaranmasına səbəb olur. 1925-ci ildə Sterlitamak avtonəqliyyat şirkəti qurulur. 1928-ci ildə 12 yük, yarı yük, sərnişin avtomobilləri və 1 motosiklet ilə 3 nömrəli Ufa sərnişin avtomobil müəssisəsi, 1933-cü ildə isə Meleuz avtonəqliyyat şirkəti qurulur. Yerli avtomobil zavodlarının (Moskva və Qorki) inşası Başqırdıstanda nəqliyyat vasitələrinin genişlənməsinə təkan verdi və atlı artellərin avtomobil nəqliyyatı ilə əvəzlənməsinə töhfə verdi. Olduqca güclü hala gələn nəqliyyat idarələri və trestlər qurulur.
1927-ci ildə Başqırdıstanda şəhərlərarası avtobus hərəkəti açıldı. Sonra 2 marşrut fəaliyyət göstərməyə başladı: Ufa-Börsk və Ufa-Sterlitamak. Hal-hazırda Başavtotrans ANŞ 236 şəhərlərarası marşrut üzrə fəaliyyət göstərir. 1999-2000-ci illər üçün 46 nəqliyyat hərəkəti açılır və 15 marşrut bərpa edilir. Bütün şəhərlərarası daşımalar 19 avtovağzal və 58 avtostasniyalar tərəfindən təşkil olunur və həyata keçirilir. Hər gün şəhərlərarası və regionlararası marşrutlarda 540-dan çox reys yerinə yetirilir. Son illərdə uzunluğu 500 km-dən çox olan şəhərlərarası nəqliyyatın inkişafına böyük diqqət yetirilmişdir. Hazırda avtobuslar Ufadan Surqut (1790 km), Sıktıvkar (1258 km), Nefteyuqansk (1680 km), Anapa (2346 km), Həştərxandan (1821 km) sərnişin daşıyır. Nijni Novqorod, Çeboksarı, Kirov, Tümen, Aqtöbe, Uralsk, Yekaterinburq, Perm, İjevsk, Çaykovski, Yoşkar-Ola şəhərlərinə müntəzəm reyslər açılır. Uzun məsafəli şəhərlərarası marşrutlar şəbəkəsi genişlənir . Orenburq-Ufa-Tyumen, Çelyabinsk-Ufa-Naberejnıe Çelnı və digərləri kimi marşrutlarda razılaşdırılmış cədvəllərə uyğun olaraq uzun məsafəli avtobusların istismarını tətbiq edilir.
Xətt taksiləri respublikanın dörd böyük şəhərinə 67 marşrut boyunca, 400 maşınla fəaliyyət göstərir. Gündə 5.1 min reys yerinə yetirilir. 150 min sərnişin daşınır.