Başqırdıstan Trolleybus Zavodu

«Başqırdıstan Trolleybus Zavodu» ASC (1999-cu ilə qədər — Ufa Tramvay-Trolleybus Təmiri Zavodu ) — Ufa şəhərində trolleybus istehsalı və təmiri zavodu. BTZ marxalı trolleybuslar Rusiyanın və MDB ölkələrinin əllidən çox şəhərimndə istifadə edilir.

Başqırdıstan Trolleybus Zavodu
Ümumi məlumatlar
Tipi Açıq Səhmdar Cəmiyyəti
Sənaye Avtomobil sənayesi
Məhsulu Trolleybuslar
Təsis tarixi 1964
Bağlanma tarixi 2017
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri 2,7 mln. rubl (2011)
oaobtz.ru

Tarixi[redaktə | mənbəni redaktə et]

1964-cü ildə Ufa Tramvay-Trolleybus Zavodu işə salınır. Bu zaman zavodlarda nəqliyyat vastələri istehsal edilir və ya təmirlər həyata keçirilirdi. Fəaliyyəti dönəmində zavodda hər il 250—270 trolleybus əsaslı təmirdən çıxırdı. Bununla yanaşı zavod geologiya işləri üçün nəqliyyatlar, neft və enerji avadanlıqları istehsal edirdi.

Yenidənqurma dönəmində istehsalat açağı düşür.

1999-cu ildə Ufa Tramvay-Trolleybus Zavoduu, Başqırdıstan Trolleybus Zavodu MMC adlanmağa başlayır. Hələ bir il öncə burada trolleybuslar istehsal olunmağa başlanılır. Bundan sonra istehsalat ilbəil artırılır.

2009-cu ildə Başqırdıstan Respublikasının ən yaxşı şirkəti elan edilir. 2010-ci ildə Başqırdıstan Trolleybus Zavodunda 119 trolleybus istehsal olunur ki, buda respublika istehsalatının 32 % təşkil edir.[1].

2011-ci ildə auksionların keçirilməsi və nəqliyyat vastələrinin dövlət tərəfindən alınması ilə maliyyələşmənin azaldılması ilə vəziyyət dəyişir. B iribci ildə cəmi 20 trolleybus yığılır. Bununlada istehsalat dayandırılır.[2].

2012-cü ildə zavodda cəmi 26 BTZ-52763 və BTZ-52768 istehsal edilir.

2013-cü ildən etibarən istehsalat tam olaraq dayandırılır. Rəsmi son məlumat 2013-cü ilin iyulunda verilir[3]. 2013-cü ilin sonları Ufa üçün БТЗ-52763А trolleybusları istehdal edilir.

2014-cü ildə zavod demək olar ki, dayanır. 12 ay ərzində cmi 6 trolleybus yığılır. 6 BTZ-52768 tyrolleybusu Çuvaş Respublikası (Novoçeboksari trolleybusu və 2 Çeboksar trolleybusu) üçün istehsal edilmişdir. 6 BTZ-52768 trolleybusu isə Ufa trolleybusu üçün hazırlanır. 2016-cı ilin martında zavod müflis olmasını elan etdir[4].

1990-cı illərin ortalarından sonrakı dövrdə cəmi 1675 trolleybus hazırlanmışdır.

İstehsal[redaktə | mənbəni redaktə et]

BTZ-52763 modeli Ufa küçələrində

Zavodun buraxdığı modellərin xronoloğiyası:

  • BTZ-5201 — ЗиУ-9 analoqu
  • BTZ-52011 — ЗиУ-9 analoqu.
  • BTZ-5276-01 — 131 ekzemplyar.
  • BTZ-5276-04 — Zavodda buraxılan ən kütləvi model. 285 ekzemplyar.
  • BTZ-52763 — aşağı döşəməli
  • BTZ-5276-05 — БТЗ-52761Р modelinə keçid (bir ekzemplyaristehsal edilmişdir. Oda Moskvaya göndərilmişdir.).
  • BTZ-52761 — 2+2+2 qapılı sistemə malik model.
  • BTZ-52764Р — daxili və xarici görünüşü dəyişdirilmiş model.
  • BTZ-52764Т — daxili və xarici görünüşü dəyişdirilmiş model.
  • BTZ-52767 — bəzi ekzemplyarlar əlillər üçün qaldıcı kranla təmin edilmişdir.
  • BTZ-52768А — daxili və xarici görünüşü dəyişdirilmiş model.
  • BTZ-52768Р — daxili və xarici görünüşü dəyişdirilmiş model.
  • BTZ-52768Т — BTZ-52768 modefikasiya olunmuş versiyası.
  • BTZ-52761А — cəmi 7 trolleybus buraxılmışdır.
  • BTZ-52761Н (btz-100) — 2 ekzemplyar buaxılmışdır.
  • BTZ-6227 — istifadəyə verilməmişdir.
  • BTZ-6227М — istifadəyə verilməmişdir.
  • ZiU-6205М — 15 trolleybus buraxılmişdir.
  • NefAZ-BTZ-52765А — bütün modellər Sterlitamak və Ufada istifadə edilir.
  • NefAZ-BTZ-52765Р — Ufada istifadə edilir.
  • BTZ-52763А — modellər Sterlitamak və Ufada istifadə edilir. 2013-cü ilin may-iyun ayları 10 ekzemplyar Almeteyvka çatdırılmışdır.[5].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Уфа заняла второе место в России по выпуску троллейбусов Arxivləşdirilib 2015-04-19 at the Wayback Machine // Башинформ, 22.03.2011
  2. Троллейбусы не пользуются спросом Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine // «Коммерсантъ-Online», 06.07.2011
  3. "Есть ли будущее у троллейбусов в Уфе? - ОАО «Башкирский Троллейбусный Завод»". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
  4. "Ъ-Уфа - БТЗ доехал до банкротства". 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
  5. "Альметьевск, БТЗ-52763А — Список подвижного состава — TransPhoto". 2015-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.

Mənbə[redaktə | mənbəni redaktə et]

54°51′32″ şm. e. 56°06′24″ ş. u.