Başqırd üsyanı (1735 – 1740) — Başqırdların sayca dördüncü üsyanı. Çar hökumətinin Başqırdıstanda qalaların tikilməsi məqsədilə başqırdların torpaqlarının əllərindən alınmasına cavab olaraq başlamışdır. Ufadan çıxan Orenburq ekspedisiyasının şəhər tikmək məqsədilə Ori çayı mənsəbinə yürüşü üsyana bilavasitə təkan olmuşdur. Üsyançılar qalaların tikintisinin dayandırılmasını tələb edirdilər. 1735-1736-cı illərdə Cənub-Qərbi və Cənub Başqırdıstan üsyanın ocağı oldu. 1737-1739-cu illərdə hərəkat diyarın şərq, Sibir yolu tərəfinə keçdi. Üsyana iri başqırd feodalları – axund Kilmək Nuruşev, Akay Küsumov, batırlar – Yusub Arıkov və Tülkuçula Aldaqurov, mollalar – Bepenya Truberdi və Yuldaş Süyarımbetov və başqaları başçılıq edirdilər. Üsyançılar hökumət qoşunları ilə mübarizə aparırdılar, dayaq mətəqələrinə, rus kəndlərini və hərəkata qoşulmayan yerli qeyri rusların kəndlərini hucumlar təşkil edirdilər. Qazax xanı Abulxayra güvənən başqırd feodalları, rus təəbəliyindən imtinaya israr edirdilər. 1740-cı ildə üsyan Sibir yolunda fəallaşdı. Üsyançılar Qarasaqqal adı ilə tanınan Minliqul Yulayevin ətrafında toplşırdılar. Buna görə üsyan Qarasaqqal üsyanı adlanırdı. Bu üsyan qəddarcasına yatırıldı. Üsyanın əsas başçıları ölümə məhkum olundular, sıravi üzvlər isə müxtəlif cəzalara aldılar. Çar hökuməti, başqırd icmalarının daxili həyatını nəzarət altına qoyan bir sıra inzibati islahatlar keçirdi.