Başqırd üsyanı (1755–1756) — Başqırdların rus müstəmləkəçilərinə qarşı milli qurtuluş müharibəsi. Axırıncı olmayan sayca 5-ci üsyan.
1740-cı il üsyanının yatırılmasından sonra başqırd xalqı zəiflədi, ama silahı yerə qoymadı. Yaxınlarının və qohumlarının edam və işgəncə səhnələri, hərbçilərin özbaşınalığı, talanları, yanğınlar xalqın yaddaşında qalmışdı. Ciddi rejim tətbiq olunurdu: başqırdlara odlu silah gəzdirmək qadağan olunmuşdu, əgər kimdəsə silah tapılsaydı o adamın atlarını alıb xəbərçiyə verirdilər; bütün kəndlərdə dəmirçixanalar bağlanmışdı, heç bir başqır öz kəndindən xüsusi icazə olmadan uzaqlaşa bilməzdi; bütün bunlardan əlavə ağır vergilər tətbiq olunurdu. Sonuncu damla duza qoyulan inhisar oldu. Bu vaxta qədər başqırlar duzu göllərdən tədarük edirdilər, lakin hökumət duz inhisarının xəzinəyə vergilərdən daha çox gəlir gətirəcəyini düşünürdü. 1754-cü ilin fərmanına görə yasağ xəracı ləğv olundu, onun əvəzinə başqırdlar duzu puduna 36 kopeyka ödəmək şərti ilə dövlət mağazalarından almalı idilər.
Başqırdlar etiraz etməyə başladılar və duz inhisarından imtina etdilər. Üsyan təhlükəsi yarandı. Bütün vədlərə və cəza təhdidlərinə baxmayaraq başqırdları fərmana tabe etmək cəhdi baş tutmadı. 1755-ci ildə başqırdların üsyanı başladı. Bu üsyana Batırşa adı ilə tanınan Abdulla Məzgildin adlı molla başçılıq edirdi. Batırşa ilk təhsilini Kama nahiyəsinin İlşa kəndinin mollasından almışdı. Görünür sonralar Batırşa çox oxumuş və hərtərəfli dünyagörüşə malik ziyalı olmuşdu. O natiqliyi, elmi və ağlı ilə seçilirdi. Onu bütün Başqırdıstan tanıyırdı. Kənddən kəndə gəzərək o dini ayinləri yerinə yetirir və alovlu çıxışlar edirdi. Onu dinləmək üçün böyük insan kütləsi toplanırdı. O başqırdları xarisi istilaçıların zülmündən qurtulmağa çağırırdı.
Üsyanın alovlanmasını və bir çox başqırdın silaha sarılmasına hazır olmasını görən Batırşa rus çarizminin müstəmləkə siyasətini kəskin tənqid etməyə başlayır. Bütün Başqırd elindən onun yanına məslətələr üçün gəlirlər. O hamıya hazır olmağı, hər şeyə göz qoymağı və vaxt yetişənə kimi hər şeyi gizli saxlamağı məsləhət görürdü.
Batırşa Orenburq və ona bitişik quberniyaların əhalisinin Rusiyaya düşmən münasibətini bilirdi və onları kafirlərlə mübarizə bayrağı altında birləşdirmək və müstəqil müsəlman dövləti yaratmaq niyyətində idi. Üsyandan üç il əvvəl onun yanına Kazan tatarlarının səfiri gəlmiş və tatarların üsyana qatılacaqlarını demişdi.
Hərəkət zamanının yetişdiyini görən Batırşa əhaliyə alovlu və ehtiraslı çağırış edir. Bu çağırışda başqırdların indiki durumu ilə onların keçmiş azad durumu müqayisə olunur, və qurtulmaq üçün müharibəyə qalxmağın zərurətindən danışırdı. Onun çağırışı evdən evə gəzir və tezliklə bütün Başqırd eli üsyana hazır olur. Üsyanın başlanması 10 iyul 1755-ci ilə təyin olunur.
Çar inzibati idarəçiliyinin məsul məmuru Neplüyev hazırlanan üsyan haqqında bəzi məlumatlar alsalar da onun başlanmasına inanmırdılar.
Lakin üsyan təyin olunmuş vaxtdan iki ay əvvəl başlayır. Üsyana bilvasitə bəhanə Burzyan nahiyəsinin Noqay yolunun başqırdlarının farfor zavodu üçün gil yatağı axtaran Braqinin düşərgəsinə hucumu oldu. Braqini öldürərək 100 nəfərdn ibarət dəstə öz ailələri və mülkiyəti ilə birlikdə Yaiki(Ural çayıı) keçərək Qazax çölünə üz tutdular. Onların ardınca podpolkovnik İsakovun başçılığı ilə dəstə göndərildi, lakin ölü və yaralı olmaqla 50 nəfər itirərək darmadağın edildi. Başqırdlar yerli inzibati idarəçiləri və onlara xidmət edən başqırdları qovub öldürməyə başlayırlar.
Noqay yolundan gərgin xəbərlər almağa başlayan Neplüyev senata üsyan barədə məktub göndərir. Qısa zaman kəsiyində üsyan br çox: Usrqet, Tünqaur, Çakmın-Qıpçaq və başqa nahiyələri bürüyür. Bir çox yerdə müstəqil dəstələr yaranır. Dəsətələr başçılıq edənlər bilirdilər ki məğlub olsalar rus inzibatçılığının nizamnaməsinə görə onlara aman olmayacağdı. Belə dəstələrdən biri Saltıkov və Tiyaumbetin başçılığı altında Şuvalovun misəritmə zavoduna basqın edir. Zavodda olan rusların müdafiyəsi üçün kapitan Şkopskinin başçılığı ilə dəstə göndərilir, lakin üsyançılar onları dərədə mühasirəyə salır və məhv edirlər.
Üsyançılar rusların yerləşdiyi zavodlara, qalalara və kəndlərə hucum edir. Üsyanın uğrusuz olması ehtimalını nəzərə alaraq üsyançılar qazax çölünə uz tutmağı nəzərdə tuturular, bu barədə onlar 1754-cü ildə Orta juzun xanı Abılay xanla əvvəlcədən sövdələşirlər. Neplüyev üsyanın yatırılması üçün təcili tədbirlərə əl atır. Onun əlinin altında 24 minlik qoşun vardı. Bütün qalalarda müharibə vəziyəti elan olunur, Başqırd elinin içərilərinə: Moskva, Revel və Troitsk alayları, 1000 nəfər yaitsk, 1000 nəfər Don kazakı və 1000 kalmık göndərilir.
Vəziyətin olduqca ağır olduğunu nəzərə alaraq Neplüyevin sərəncamına mərkəzdən daha üç alay: Penzadan Vladimir, Şatskdan Həştərxan və Alatırskdan Azov alaylarını göndərilər. Kazan tatarlarının və Sibir xalqlarının üsyana qoşulacağından əndişələnən Hərbi kolleqiya Orenburq diyarına daha beş alay: Yaroslav əyalətindən Vyatsk və Sibir, Moskvadan Kursk, Kolomnadan Yaroslav və Kozlovdan Rostov alaylarını göndərir. Bütün Başqırdıstan dairəvi şəkildə mühasirəyə alınır. Üsyançılara yardın heç yerdən gəlmir. Ruslar isə Dondan 2000 kazakın gəlişini gözləyir. Saltıkov İvan və Uşakov Fedor Neplüyevə yardım üçün xüsusi məmurlar qismində təyin olunur. Birincisinə Orenburq diyarındakı bütün qoşunların idarəsi həvalə olunur. Üsyanı istənilən vasitəlrələr yatırmaq əmrini alan qoşunlar başqırdlara qarşı əsl qətliam törətməyə başlayır. Kəndlər yandırılır, insanlar öldürülür və işgəncələrə məruz qalır.
Batırşanın tutulması üçün 1000 rubl xüsusi müjafat təyin olunur və hədiyələr vəd edilir. Üsyançılarla mübarizədə Neplüyev bütün vasitələrdən o cümlədən başqırd elitasını ələ almaq üçün rüşvətdən yararlanır. 1755-ci ilin sentyabrınd Neplüyevin xüsusi manifestinə görə üsyançı başqırdları tutub təhvil verənlərə mükafat təyin olunur, tutulanların arvad uşaqları isə onlara verilir. Onları qul kimi satmaq icazəsi verilir.
Hər tərəfdən rus qoşunları ilə əhatələnən 50 000 başqırd Yaikin(Uralın) o tərəfinə Qazax çölünə üz qoyur. Lakin burada onları pusqu gözləyir. Və burada başqırdlar qanına qəltan olunur. Yaik çayındakı keçidləri qoruyan qoşunlar, hər öldürülən başqırdın mülkiyətinin onu öldürənə keçəcəyini bilərək başqırdları amansızcasına qılıncdan keçirirlər. Burada olan yetkin başqırdların hamısı öldürülür, onların arvadları və uşaqları isə rus ordusunun əskərlərinə qənimət kimi verilir.
Başqırd elində qalanlar meşələrə və çətin keçilən dağlara çəkilir, lakin Neplüyev tərəfindən satın alınan "ağsaqqllar" onları hər yerdən tutub hökumətə təslim edirlər. Batırşa öz yaxın ətrafı ilə meşələrdə gizlənir. Qış yaxınlaşır. Onu tapmaq üçün onlarca casus dəstələri ova çıxır. 1756-cı ilin avqustun 7-dən 8-ə keçən gecəsi Batırşa Ufadan 150 verst aralıqda olan Osin yolunun Azika kəndinə gəlir. Onun bura gəlinin məqsədi naməlum qalır. Ola bilsin qalıq və soyuqlar onu bu addımı atmağa məcbur edir. Bir günlüyə o məsciddə gizlənir və oradan qaçarkən Süleyman Devayev tərəfindən tutularaq Ufaya göndərilir. Ufadan Orenburqa Batırşanı 1756-cı ilin 23 avqistunda gizli, 100 nəfərlik konvoyla gətirirlər. Qapalı arabada, gücləndirilimiş konvoyla Samara, Arzamas, Murom və Vladimir vasitəsilə Peterburqa gətirilir. Bir ilə yaxın istintaq gedir, və 1757-ci ildə Batırşanı Şlisselburq qalasına məhkum edirlər. Burada onu əli qandallı olaraq 5 illik ayrıca bir nəfərlik qazamata salırlar. Lakin Batırşanın sağ olmasını başqırdlar bilir və bu rus hökumətini çox narahat edirdi. Nəhayət onlar onu 24 iyun 1762-ci ildə Bolotnikovu öldürdükləri kimi "qaçışa cəhd zamanı" Şlisselburq qalasında öldürürlər.